Want create site? Find Free WordPress Themes and plugins.

Şimpanzelər yalnız meyvə, qoz-yemiş, kök, yarpaq və çiçək yeməzlər, bir necə böcək növü və ara-sıra orta ölçülü məməliləri də yeyirlər. Qorilla və oranqutanların xüsusiləşmiş bəslənmə qaydalarının əksinə, şimpanzelər də insanlarınkı kimi çox müxtəlif damaq dadları vardır və bu müxtəlif həyat sahələrində yaşamaqlarına imkan verir.

Erkək şimpanzelər zaman-zaman birlikdə Kollin donuzları, meymunlar və antiloplar kimi digər məməlilər tutmaq və yemək üçün ovlayırlar. Ceyn Qudall tərəfindən edilən ən erkən və ən əhəmiyyətli kəşflərdən biri şimpanzelər ov etməkləri və ətlə bəslənməkləri idi. Ceyn Qudall çöl donuzunu yedikləri müşahidə etmədən əvvəl şimpanzelər vegetarian olduqları fikri qəbul edilirdi. Araşdırma etdiyi zamanı Qudall bir qrup şimpanzenin bir ağacın yuxarısına çıxmış olan qırmızı colobus maymununa hücum edib onu öldürüb yediklərini müşahidə etdi. Ovçular bütün qaçış vəziyyətini tutuğu halda, bir erkək ova çataraq onu tutdu. Bundan dərhal sonra digər erkəklər tələsik halda ovdan parçalar qoparmağa başladılar.

 

Müvəffəqiyyətli ovçular ümumiyyətlə müxtəlif davranışlarına qarşılıq olaraq digər qrup üzvlərinə də ovlarının bir hissəsini paylaşırlar. Tutulan heyvanın demək olar ki, hamısı (beyni daxil olmaqla) şimpanzelər tərəfindən yeyilir. Digər məməlilər əti şimpanzelər arasında ən seçilən yemək olmasına baxmayaraq bəslənmələrinin yalnız 2%-ii təşkil edir.

Həmçinin, şimpanzelər şüurlu bir şəkildə tibbi bitkiləri (Aspilia yarpaqları və s.) və mineralları mədə ağrılarını sakitləşdirmək və bədənlərindəki parazitləri azaltmaq üçün yediklərinə dair başqa bir maraqlı müşahidədə də olmuşdur.

Şimpanzelərin bəslənməsinə dair video:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın