BiologiyaElmi xəbərlərHəyatın təkamülüPaleontologiya

Yeni dinozavr növünə “Pinokyo” ləqəbi verildi

Want create site? Find Free WordPress Themes and plugins.

Paleontoloqlar Çin ərazisində tirannozavrın qohumu hesab edilən bir dinozavr növünə aid skelet aşkar ediblər. Uzun kəllə sümüyü və burnuna görə alimlər yeni növə “Pinokyo Reks” ləqəbini veriblər. Tapıntı ilə bağlı məqalə Nature Communications jurnalında dərc edilib.

Doqquz metr uzunluğa və bir tonn ağırlığa sahib yırtıcının skeleti Çindəki bir tikinti sahəsində aparılan qazıntı işlərində tapılıb. Edinburq Universitetindən olan alimlər yeni kərtənkələ növünün tirannozavra qohum olduğunu hesab edirlər. Çin ərazisində 66 milyon il əvvəl yaşamış yırtıcı rəsmi olaraq Qianzhousaurus sinensis adlandırılıb.

“Açıq-aydındır ki, Pinokyo çox komik görünüşə sahib idi, amma digər hər hansı bir tirannozavrdan daha az təhlükəli də deyildi”, – Edinburq Universitetindən (Britaniya) olan Stiv Brüsatt qeyd edir.

“Pinokyo” ləqəbli növ digər məlum dinozavrlardan bir qədər fərqlənir. Hərçənd ki, iri və iti dişlərə sahib çənəsi ona, Tirannosaur Rex‘in üzündəki zəhmi verir, burnu daha zərif və uzundur, başında isə kiçik buynuzları var.

Alimlərin rəyinə görə, Təbaşir dövründə Asiyada çoxlu tirannozavr növü yaşayırdı, hansılar ki bir-birindən fərqlənən ov üsulları üzrə “mütəxəssisləşmişdilər”. “Pinokyonun” nəzik dişləri və yüngül skeleti onun qida rasionunun kiçik kərtənkələlər və quşbənzəri dinozavrlar kimi heyvanlardan ibarət olduğuna dair məlumatlar təmin edir.

Yeni dinozavr növünün burnu və çənəsi digər dinozavrlarınkından 35% daha uzundur. Ehtimalla, kəllə sümüyünün belə quruluşu ona ovunu daha tez dişləmək və spesifik heyvanlara ovlanmaq üstünlüyü qazandırırdı. Əldə edilmiş məlumatlara baxmayaraq, alimlər dinozavrın qida rasionuna dəqiq hansı canlıları əlavə etməyə tələsmirlər. Gələcəkdə Asiya ölkələrində aparılacaq yeni qazıntı işlərilə digər uzunburunlu dinozavr növlərinin tapılacağı güman edilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: