Want create site? Find Free WordPress Themes and plugins.

İş həyatında, ictimai münasibətlərdə və s. mövzularda cinsi bərabərlik (təəssüf ki) ən çox müzakirə edilən mövzulardan biridir. Qadınların elm, incəsənət və iş dünyasında məruz qaldıqları ayrı-seçkiliyə rəğmən çox böyük addımlar atdığı və uğurlar qazandığı məlum bir həqiqətdir. Günümüzdə sayılıb-seçilən qadınlardan başqa elm tarixində qadınlar və onların müvəffəqiyyətləri olduqca çoxdur.

Albert Eynşteynin Mariya Küriyə yazdığı və yaxınlarda kəşf edilən məktublarında elm dünyasındakı cinsi ayrı-seçkiliyin 1900-cü illərin əvvəllərində başladığı müşahidə edilir. Radioaktivlik üzərində işləyən Küri Eynşteynə yazdığı məktubda qadın olduğu üçün elm çevrələrindən uzaqlaşdırılmağa çalışdıqlarını yazır, Eynşteyn isə cinsi ayrı-seçkiliyin görməzdən gəlməsinin lazım olduğunu, Kürinin uğurları ilə qürur duyduğunu, elm ictimaiyyətində “kişilər klubu” olmadığını yazır.

İskəndəriyyəli Hipatia
Elm tarixində məlum ilk qadın riyazıyyatçı olan Hipatia İskəndəriyyəli riyaziyyatçı Teonun qızı və İskəndəriyyə kitabxanasının son rəhbəri
Elm tarixində qadınlar: İskəndəriyyəli Hipatia

Elm tarixində məlum ilk qadın riyazıyyatçı olan Hipatia İskəndəriyyəli riyaziyyatçı Teonun qızı və İskəndəriyyə kitabxanasının son rəhbəri olmuşdur. Tibb və astronomiya üzərində etdiyi işlərlə məşhurdur: planetlərin elliptik orbitə sahib olduğunu Kopernikdən öncə irəli sürmüşdü. Həmçinin fəlsəfə ilə bağlı etdiyi araşdırmalar və irəli sürdüyü baxış bucaqları ilə birlikdə tarixdəki ilk qadın filosof olaraq da tanınır.

O dövrdə Xristianlıq Romada hakim dinə çevrilmişdir. Dini fanatizm bütün imperiyanı bürümüş, xristianlar bütpərəst saydıqları antik mədəniyyəti və elmi darmadağın edir, alimləri və filosofları təqiblərə məruz qoyurdular. Antik mədəniyyətin mərkəzlərindən biri olan İskəndəriyyədə də bu proseslər gedirdi. Xristian fanatları Museyona hücum çəkmiş, onu dağıtmış və qədim kitabxananı yandırmışdılar.

Hipatia isə o zaman dini fanatizmə qarşı çıxış etmişdir. Xristianlar onu bütpərəstlik, dinsizlik və əxlaqsızlıqda günahlandırmışdırlar. Hipatianın alimliyi, dini ehkamlara şübhələrlə yanaşması, dini fanatizmə qarşı çıxması, sərbəst davranışı xristianları qıcıqlandırırdı. Buna görə İskəndəriyyə yepiskopu (müasir xristian kilsələrində ali, üçüncü dərəcə ruhani rütbəsi, eyni zamanda arxierey də adlanır), sonralar kilsə müqəddəsi elan olunmuş Kiril ona qarşı çıxış etmiş, onu çoxlu günahlarda ittiham etmişdir. Sonda Kirilin əmri ilə evə gedərəkən yolda bir qrup tərəfindən həbs edilmiş və daşlanaraq öldürülmüşdür.

Rozalind Frenklin
İngilis alim Rozalind Frenklin molekulyar biologiyanın liderlərindən biri
Elm tarixində qadınlar: Rozalind Frenklin

İngilis alim Rozalind Frenklin molekulyar biologiyanın liderlərindən biri idi. Frenklin 20-ci əsrin bəlkə də ən böyük kəşfi olan DNT qurluşu kəşfini elan edən qrupun daxilində yer alırdı. İxtisası bərk maddələri rentgen şüası vasitəsi ilə analiz etmək idi. DNT kəşfində önəmli roluna baxmayaraq qaynaqlarda hər zaman adı ya köməkçi olaraq çəkilir ya da heç çəkilmir.

Coselin Bernell Bell
Şimali İrlandiyalı astrofizik, pulsarları kəşf edən ilk alim
Elm tarixində qadınlar: Coselin Bernell Bell
1943-cü ildə doğulmuş Şimali İrlandiyalı astrofizik pulsarları kəşf edən ilk alim olaraq tarixə adını yazıb. Həmçinin böyük bir radiotelekopun yaradılmasında rol alan alim pulsarların davamlı olaraq yaydığı radiodalğalar barəsəində araşdırmalar etmişdir.
Elizabet Bləkbörn
Xromozomların uclarında olan və onları qoruyan telemor adlı strukturlarla bağlı işləri ilə məşhurdur
Elm tarixində qadınlar: Elizabet Bləkbörn
Elizabet Bləkbörn biyologiya sahəsində araşdırmalar etmişdir. Xromozomların uclarında olan və onları qoruyan telemor adlı strukturlarla bağlı işləri ilə məşhurdur. Telomer yaradılmasında önəmli rolu olan telomeraz fermenti kəşf edənlər arasındadır. Bu işlərinə görə 2009-cü uldə Fiziologiya və Tibb üzrə Nobel mükafatı qazanmışdır.
Barbara MakKlintok
1983-cü il Fizyologiya və Tibb Nobel mükafatının sahibi
Elm tarixində qadınlar: Barbara MakKlintok
1983-cü il Fizyologiya və Tibb Nobel mükafatının sahibi olan Amerikalı alim Barbara MakKlintok dünyanın ən önəmli sitogenetiklərindən biri olaraq qəbul edilir. MakKlintok 1927-cü ildə botanika sahəsində Cornell Universitetindən doktor dərəcəsi almış və burada qarğıdalı sitogenetikası sahəsində önəmli işlər görmüşdür.

1920-ci illərin sonundan etibarən MakKlintok xromozomlar və qarğıdalıda xromozomların çoxalma zamanı necə dəyişdiyini ilə bağlı araşdırmalar etmiş, ilk dəfə qarğıdalının genetik xəritəsini çıxarmışdır. Nobel mükafatını isə transpozonların kəşfinə görə almışdır.

Daroti Croufut Hodqkin
Zülal kristalloqrafiyası adlı elm sahəsinin qurucusu
Elm tarixində qadınlar: Doroti Croufut Hodqkin

Daroti Croufut Hodqkin zülal kristalloqrafiyası adlı elm sahəsinin qurucusu olan ingilis alimdir. Biomolekulların 3 ölçülü quruluşunu müəyyən etəmək üçün istifadə edilən rentgen şüası texnikasının yaradıcısıdır. Ən önəmli uğurları xolosterol, penisilin. B12 vitamini və insulinin molekulyar quruluşunun kəşfidir. B12 vitamini haqqında olan araşdırması 1964-cü ildə Nobel Kimya mükafatına layiq görülmüşdür.

Mariya Küri
Fizika və Kimya səhəsi olmaq üzrə iki müxtəlif elm sahəsində nobel almış yeganə alim
Elm tarixində qadınlar: Mariya Küri

Fizika və kimya səhəsi olmaq üzrə iki müxtəlif elm sahəsində nobel almış yeganə alim Mariya Küri balaca bir daxmada, mühafizəsiz, çılpaq əllərlə uraniumla apardığı təəcrübələr nəticəsində radioaktivliyi kəşf etmiş, bu gün tibdə istifadə edilən radioloji avadanlığın, tarixi əşyaların, sənət əsərlərinin, fosil qalıqlarının, yəni həyatın yaşını öyrənilməsində istifadə edilən avadanlığın yaradılmasını təmin edən elm insanıdır. Mariya Kürinin işləri olmasaydı, bəlkə hələ də zirkon kristalının yaşını ölçə bilməyəcək, hətta bu gün belə bəzi fanatiklərin ağızdan-ağıza yaydığı 6000 illik tariximiz olduğu haqda bir fikir bildirə bilməyəcəkdik.

Radioaktiv elementlərlə işləyən Küri radioaktiv şüalara məruz qaldığına və o zamanlar radioaktivliyin insan üzərində təsiri bilinmədiyi üçün bir uranium parçasını boynunda gəzdirdiyinə görə radioaktiv zəhərlənmə nəticəsində xərçəngdən ölmüşdür.   Küri “elm üçün ölən qadın” qadın olaraq xatırlanır.

Meri Enninq
İngilis fosil toplyıcısı ve paleontoloqdu
Elm tarixində qadınlar: Meri Enninq

Meri Enninq ingilis fosil toplyıcısı ve paleontoloqdur. Hələ 10-12 yaşlarındaykən dinozavr qalıntıları kəşf etmiş və bu qalıntılar bütöv şəkildə gün üzünə çıxarmışdır. Fosil kəşfləri sayəsində bu sahələrdə dünyanın ən önəmli alimlərindən biri olaraq qəbul edilir.

Ada Lavleys
Mir maşına tətqbiq edilə bilinən ilk kompyuter proqramının yaradıcısı
Elm tarixində qadınlar: Ada Lavleys

Şair Lord Byronun qızı Ada Lavleys riyaziyyat, fizika və kimya təhsili aldıqdan sonra 18 yaşıında uçan bir mexanizm icad eləmişdi. Daha sonra hesablama maşını kəşf etmişdi. Sonra hesab maşınları üzərində işləmiş və rəqəmləri hesablamaq haqqında məqalələr yazmışdır. İşlərini davam etdirərək ilk kompyuter proqramı yazmağa başlamışdır. Çarlz Babbagenin köməyi ilə bəlli və sonlu sayda addımdan ibarət bir sistem istifadə edərək Bernulli rəqəmlərinin necə hesablanacağını izah etməsinə görə bir maşına tətqbiq edilə bilinən ilk kompyuter proqramının yaradıcısı olaraq qəbul edilir. Programlamanın təməllərini təkmilləşdirən bu qadın riyaziyyatçı texnoloji inkişaf nəticəsində bu gün kompyuterlərdə musiqi bəstələnə və ya rəsm çəkilə bilinəcəyini proqnozlaşdırmışdı. İşlərinə görə Ada proqramlama dili Lavleysin şərəfinə adlandırılmışdır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın