Want create site? Find Free WordPress Themes and plugins.

Fiziklərin bir araşdırması kütlə cazibə və kvant təsirlərinin elektromaqnit sahənin simmetriyasını pozaraq, simmetriyanın kainatımızda mümkün olmadığını kəşf etdi. Əgər nəticələr doğrulanarsa kainatın mənşəyini öyrənmək üçün daha çox araşdırma etməli ola bilərik. Kütlə cəkimi və elektromaqnetizm bu ilin mart ayında Physical Review Letters`də dərc edilən, Louisiana Əyalət Universiteti (LSU) və Valencia Universitetindən olan fiziklərin liderlik etdiyi bir araşdırmada, elektromaqnetizm üzərinə klassik nəzəriyyələrin cavabsız buraxdıqları suallara yeni cavablar təklif edir. Əgər araşdırma bu sirrin bəzi qisimlərini həll etməyi bacarsa, kainatın mənşəyinə dair yeni qapılar açmağımıza da imkan təmin edə bilər. İşıq da daxil olmaqla bütün elektromaqnit dalğalar, maqnetik və elektrik sahələrdən ibarətdir. Təxminən 150 il ərzində elm adamları, elektrik və maqnetizmanın əslində eyni medalyonun iki fərqli üzü olduğu fikrini qəbul etdilər. Michael Faraday maqnitləri çevirərək elektrik yaratdığını və elektrik axınlarını istifadə edərək maqnitləri dönməsini təmin etdiyindən, aralarındakı əlaqə daha aydın hala gəldi. James Clerk Maxwell, Faradayın təcrübələrini ələ alaraq, onları klassik elektromaqnetizm nəzəriyyəsinə çevirdi, beləcə optik, maqnetizm və elektrik haqqında işləmək üçün ortaq bir çərçivə təqdim etmiş oldu.

 

 

Elektromaqnetizmin sirri, maqnetik yüklərin yoxluğunun altında yatır. Elektrik-maqnetik cütlüyü olaraq bilinən Maxwell nəzəriyyəsi, simmetriya konsepsiyasına əsaslanır və maqnitlərin yüklərə sahib olduğunu hesab edir. Bununla yanaşı, təbiətdə bu zamana qədər təcrid edilmiş maqnetik yüklər tapılmamışdır və maqnetik yüklərə bənzər davranışlar sərgiləyən bir şey laboratoriyada süni edilmiş olsa da, bu gerçək bir təcrübə dəlilinin yerini demək olar ki əvəz etmir. Əgər maqnit yüklər həqiqətdə yoxdursa, Maxwellin simmetriya nəzəriyyəsi mümkün ola bilməz. Araşdırma, maqnetik monopol olaraq da bilinən, təcrid edilmiş maqnetik yüklərin niyə tapılmadığına dair fikir yaradır: kütlə çəkim və kvant təsirləri, elektromaqnit sahənin simmetriyasın pozur. Maqnetik monopoli var olsun və ya olmasın, kütlə cazibə simmetriyanı hər daim pozur. Bu olduqca çaşdırıcı bir haldı. Burda əsas nəticə isə, simmetriyanın kainatımızda əsla təməl səviyyədə tapılmayacağı olmalıdır, çünki kütlə cazibə hər yerdədir.

 

 

Kainatın doğumunu araşdırmaq

Bu araşdırma, kainatın mənşəyi kimi digər işlərə təsir edə biləcək bir çox təməl elmi nəticələrə meydan oxuyur. Peyklər, Böyük Partlama əsnasında yayılan və kainatın tarixi haqqında olduqca qiymətli göstərişlər təqdim edən kosmik mikrodalğa arxa plan şüalanmasına dair məlumatlar toplayır. İndiyə qədər kosmik mikrodalğa arxa plan şüalanması məlumatlarını analiz edən elm adamları, kainatdakı kütlə cazibə sahəsinin kosmik mikrodalğa arxa plan şüalanması fotonların tezlikləri üzərində hər hansı bir təsiri olmadığını hesab edirdilər. Amma yenə də, bu ancaq elektromaqnit simmetriyasının varlığının etibarlı olduğu müddətcə mümkündür. Əgər vəziyyət bu deyilsə, kainatın təkamülü əsnasında kosmik mikrodalğa arxa plan şüalanması fotonların tezliklərini davamlı dəyişmiş olmalıdır. Bu araşdırmanın doğruluğu sübut edilsə, elm adamları kosmik mikrodalğa arxa plan şüalanması məlumatlarını yeni üsullarla yenidən analiz etmək məcburiyyətində olacaqlar. Qrupun gələcəkdə fokuslanmağı düşündüyü araşdırmalar isə, dəyişən tezliklərin nə qədər olduğu və elm adamlarının bu yeni asimmetrik gerçəkliklə mübarizə etmək üzrə analizlərini necə tənzimləyə biləcəkləri üzərinə olacaq.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın