Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər fizika tarixində ilk dəfə antihidrogen spektrini əldə etməyə nail olublar.

Hidrogen necə ki maddənin ən sadə atomudur, antihidrogen də ən sadə antimaddədir. Antiprotondan ibarət nüvədən təşkil olunub, bunun ətrafında isə pozitron (“antielektron”) fırlanır. Çox az sayda antimaddədən ibarət olduğu və peyda olan bütün antihissəciklər tez bir zamanda adi maddə hissəciklərilə qarşılıqlı əlaqəyə girərək annihilyasiya olunduğu üçün təbiətdə antihidrogenə rast gəlinmir.

Buna baxmayaraq alimlər laboratoriya şəraitində ayrı antihissəcikləri əldə etməyi bacarırlar – hətta bütöv antihidrogeni belə. Bu, kifayət qədər mürəkkəb və baha başa gələn məsələdir və elə də böyük və uzunmüddətli nəticə vermir. Sintezlənmiş antimaddə yalnız çox qısa zaman aralığında güclü elektromaqnit sahə tələlərində ələ keçirilib saxlana bilər, lakin tezliklə təsadüfi annihilyasiya baş verir. İndiyəcən maksimum iki antihidrogen atomu üçün belə manipulyasiyalar edilə bilib.

Bütün bunlar antimaddə xüsusiyyətlərinin təcrübi olaraq öyrənilməsi işini çətinləşdirir. Nəzəriyyədə qeyd olunduğu kimi spektral xarakteristikalar və şüalanma tezlikləri adi hidrogen spektrilə üst-üstə düşsə də, indiyəcən sınaqdan keçirilməmişdi. Avropa nüvə araşdırmaları təşkilatından (CERN) olan onlarla fizikdən ibarət komanda elm tarixində ilk dəfə belə müşahidəyə imza atıb ki, Nature jurnalı da bu vacib irəliləyiş barədə xəbər yayır.

ALPHA-2 təcrübəsi çərçivəsində bir tsiklə təxminən 1,6 milyon pozitron və 90 min antiproton əldə edilib. Yekunda yaranan əksər antihidrogen atomları həddindən artıq hərəkətli olduğu üçün ən soyuq olanları tələyə düşüb. İyirmi beş minə yaxın atomdan 14 ədədi tələyə salındıqdan sonra lazerlə şüalandırılıb. Atomlara müəyyən tezlikdə verilən şüalarla tərkibindəki pozitronlar konfiqurasiyada 1S-dən 2S energetik səviyyəsinə keçir.

Nəzəriyyədən təxmin olunduğu kimi, nəticələr adi hidrogeninkilə eyni olub. Spektral hesablamaların dəqiqliyilə bağlı şübhələrə əsas yoxdur, mütəxəssislər deyir. Alimlər gələcəkdə qravitasiya qüvvələrinin antimaddəyə təsirini yoxlamağı planlaşdırır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın