Beyin/PsixologiyaElmi xəbərlərGenetikaHəyatın təkamülü

İntellekt geni kəşf edildi

Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər intellekt və baş beyin qabığının qalınlığı arasındaki birləşdirici əlaqəni tapmağa nail oldular. Aşkar edilmiş gen insanların oxumada çəkdikləri çətinlikləri izah edə və bir çox xəstəliklərin müalicəsini mümkün edə bilər.

Bir beynəlxalq tədqiqatçı qrup 1500-dən çox yeniyetmənin DNT nümunələri və beyin tomoqrafiyası nəticələrini analiz etdi. Həmçinin onların verbal və qeyri-verbal intellekt əmsallarının müəyyən edilməsi üçün bir sıra təcrübə keçirdilər.

Hər şeydən əvvəl alimləri təcrübədə iştirak edənlərin “boz materiya” adlanan baş beyin qabığının qalınlığı maraqlandırırdı, hansı ki yaddaşın inkişafı, diqqət səviyyəsi, qavrayış, düşünmə və vicdan kimi məsələlərdə əsas rola malikdir.

Ardından beyin inkişafı prosesinə təsir edə biləcək on milərlə (54000-dən çox) genetik variantlar araşdırıldı. Nəticədə müəyyən genləri olan yeniyetmələrin sol beyin yarımkürəsi qabığının daha nazik olduğu aydınlaşdırıldı. Məhz həmin yeniyetmələr IQ testlərində ən pis nəticələri göstərmişdilər.

“İdentifikə etdiyimiz genetik büdrəmə neyronların kommunikasiya səviyyəsini müəyyən edir. Bu, neyron səviyyəsində sinir hüceyrələri arasındaki müəyyən əlaqə pozğunluqlarında baş verən proseslərin anlaşılmasını genişləndirəcək”, – Londonda yerləşən Krallıq Kollecindən (Britaniya) olan Sylvane Desrivieres qeyd edir.

Desrivieres və həmkarlarının aşkar etdiyi genetik büdrəmə neyron əlaqələrində aktiv olan zülalla əlaqəli və beyin hüceyrələri arasındaki kommunikasiyaya nəzarət edən NPTN geninə təsir edir.

11 fevral 2014 tarixində Molecular Psychiatry jurnalında dərc edilən məqalənin nəticələri şizofreniya və autizm kimi bir çox psixiki pozğunluqlarla əlaqəli bioloji mexanizmlərin anlaşılmasını dərinləşdirə bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close

Spelling error report

The following text will be sent to our editors: