Want create site? Find Free WordPress Themes and plugins.

İnsanlıq tarixinin Afrikadan başladığı və ilk əcdadımızın vətəninin Afrika olduğu elm dünyasına artıq məlumdur. Afrikada tapılan ən qədim insan fosilləri buna başlıca sübutdur, üstəlik, bugün insanların DNT.sini incələdiyimiz zaman E xromosomu bizi ilk bilimsəl Adəm və Həvvaya aparır. DNT.də baş verən dəyişikliklər bizə Afrikadan başlayan köçün ardlcıllığını tapmağa şərait yaradır, DNT.də baş verən ilk dəyişikliklər isə A.nın G.ə, T.nin isə C.ə çevrilməsi ilə başlayır. İnsanlıq tarixi isə bu günümüzdən tam 200.000 il əvvəl Cənubi və Şimali Afrika arasındakı ərazinin şərq bölümündə başlayıb. Bilinən ilk modern insanlar olan əcdadlarımız uzun müddət, təxmininən 140.000 il bu əraziləri tərk etmiyiblər. Bu da insanlıq tarixinin 4də 3ünün Afrikada keçdiyi deməkdir. Təxminən 60.000 il öncə bu insanlardan 1 qrupu ayrılaraq şimala doğru, digər qrup cənuba doğru, başqa bir qrup isə qərbi Afrikaya doğru şaxələndi. Bu köçün əsas səbəbi hələ də dəqiq bilinməsə də, elm dünyasında buna iqlim dəyişiklikləri səbəb olduğu qəbul olunur. Buz dövrünün Dünyada hökm sürdüyü bir dövrdə qütblərdə buz çağının başladığı bir halda, ekvatora yaxın bölgələrdə xüsusən Afrikada ağır quraqlıq meydana çıxır, buz qatlarının yaranması ilə okean sularının səviyyəsinin kəskin enməsi ilə su problemi ortaya çıxır. Bu ilk insanların kütləvi köçünə və dünyaya yayılmasına səbəb olur. Köç nəticəsində uyğun mühitlərdə məskən salan insan qrupları ətraf mühitə uyğunlaşaraq müxtəlif dəyişikliklərə məruz qalır ki, bu da bugünümüzdəki insanlar arasındakı irq ayrımına səbəb olur. Buz dövrünün qısa müddət sürdüyü daha sonra qütblərdəki buzların əriməsi səbəbi ilə dəniz səviyyəsinin artması, su probleminin aradan qalxması, havadakı nəmin artması səbəbi ilə qısa bir müddətə Afrikadakı quraqlığın yenidən meşəliklərlə əvəz olunması insanların daha çox nəsil artırmasına və Afrikadakı insan şaxələnməsinin artmasına səbəb oldu.

 

 


Afrikadan Asiyaya ilk keçid təxminən 60.000 il öncə baş verib. Bu insan qrupu ərəb yarımadasına keçərək daha sonra Hindistan və Çin ərazisinə daxil olaraq müəyyən müddət orda məskunlaşıblar. Daha sonra bu qrupda 2 qrupa bölünərək, 1 qrup şərqi Asiyaya hərəkət etdiyi halda digər qrup Avstraliyaya keçid edir. Avstraliyaya ilk keçid təxminən 45.000 il bundan əvvəl baş tutur. Avstraliyadakı iqlimin Afrikadan çox da fərqlənməməsi səbəbi ilə onların xarici görünüşündə də çox dəyişiklik yaranmır. Bugün Avstraliya yerli əhalisinə baxdıqda qıvrım saçlı, və düz saçlı iki qrup görmək mümkündü. Asiyadan Avstraliyaya keçidin isə adalar və dəniz vasitəsi ilə baş tutduğu ehtimal olunur. Həmin dövrdə Buz dövrünün tez-tez qalxıb və enməsini nəzərə alsaq dəniz səviyyəsində də oynama olduğunu müşahidə edərik. Bu da o deməkdir ki, bu gün Asiya və Avstraliya arasında su altında qalmış ərazilər həmin dönəmdə quru bağları idi. Asiyaya doğru yol almış 2 qrupdan 1i şərqə doğru hərəkət edir və soyuq hava onların görünüşlərində başda gözlərinin qıyıq olması kimi bir çox dəyişikliklərə səbəb olur. Digər qruo isə orta Asiyada məskən salır. Daha sonralar orta asiyadakı qrupun da Şərq və Avropa yönündə iki istiqamətdə köç edir. Avropaya ilk insan addımının atılması 35.000 il öncə reallaşır. Avropada insan görünüşünün dəyişməsi istiqamətində insanların ağbəniz, daha açıq rəngli göz və saç rənginə sahib olduqlarının şahidi oluruq ki, bu da şimala doğru irəlilədikcə soyuq hava iqlimi səbəbi ilə artır. Afrikadakı ilk əcdadlarımızın qəhvəyi göz rənginə sahib olmasının əksinə avropada yeni göz rənglərinə malik insanlar peyda olur.

 

Şərqə doğru irəliləyən orta Asiyalılar isə 15.000 il öncə Rusiya üzərindən Şimali Amerikaya keçid edir. Həmin dövr Buz dövrünə təsadüf etdiyindən suların çəkilməsi ilə Rusiya ilə Şimali Amerika birləşdirən quru mövcud idi. Bu quru vasitəsi ilə ilk yerli Amerikalılar Şimali Amerikaya ayaq basdı və bundan sonra insanlıq tarixinin ən uzun köçü başlayır. Bu köç Şimali Amerikanın şimal hissəsindən start götürərək Cənubi Amerikaya qədər davam edir. Yerli Amerikalıların Amerikaya Şərqdən keçməsinin əksinə, bugün Amerikalı olaraq tanıdığımız mənşəyi qərbi Avropaya dayanan insan toplusu Ametikaya qərbdən, yəni Avropadan keçid edib və günümüz Amerikalıları və ingilislərlə Amerikaya gələn ingilis dili günümüzdə Amerikanın yerli dili hesab olunan Amerikan ingiliscəsini formalaşdırıb. Amerikanın Avropa tərəfindən ilk kəşfi isə Kolumbun Hindistan səyahəti adı altında Şimali Amerikaya çatması və yerli amerikalıları “Hindu” adlandırması ilə tarixə keçib. Avropalıların bunun ardına Şimali Amerikaya kütləvi köçü,ardından yerlilər ilə anlaşa bilməməsi isə tarixə “Hindu-Kovboy” düşmənçiliyi ilə düşüb.

 


Beləliklə, 60.000 il öncə başlanan “miqrasiya” toplu olaraq Afrikada başlayıb Amerikada bitir. Müxtəlif zamanlarda bir-birindən ayrı düşərək müxtəlif irqlərin yaranmasına səbəb olsa da Dünyadakı bütün insanların ortaq Vətəninin Afrika və ortaq əcdadının olduğunu bir daha sübut edir.

 

Dr. Qalib Əsədov

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın