Want create site? Find Free WordPress Themes and plugins.

Bu yaxınlarda böyük ekranlara çıxmış elmi-fantastik “Gəliş” (Arrival) filmi böyük marağa səbəb olub. Hətta əminliklə vurğulamaq olar ki, ilin ən gözlənilən elmi-fantastik filmi adına layiqdir. Bəzi tənqidçilər filmdə insan dramının daha ön planda olduğunu qeyd edir, digərləri isə əsərin fəlsəfi-əxlaqi hekayədən ibarət olduğunu deyir. Hər necə olsa da, məşhur rejissor Deni Vilnyovun yeni uğurlu filmində on iki yadplanetli gəmisinin Yerə eniş etməsindən bəhs edilir. Yadplanetlilər “heptapod” adlı yeddiayaqlı varlıqlardır. Seçilmiş bir neçə nəfər gəmiyə daxil olaraq, onlarla ortaq dil tapmağa çalışsa da, “yadellilərlə” ünsiyyət qurmağı bacaran universal tərcüməçi tapılmır. Elə bu səbəbdən hər ölkə ən bilikli dilşünaslarına müraciət etməyə başlayır ki, filmin baş qəhrəmanı da bunlardan biri olan Luiza Benks obrazını canlandıran məşhur aktrisa Emi Adamsdır.

Benksi ən yaxında, Montanada yerləşən kosmik gəmiyə aparıb, ondan yadplanetlilərin dilinin sirrini açmağını və niyə Yerə təşrif buyurduqlarını aydınlaşdırmağını istəyirlər. Yerdənkənar dillə qarşılaşdıqda dilşünasların necə reaksiya verə biləcəklərini dəqiq təsvir etmək üçün filmin yaradıcıları Makqill Universitetindən olan dilşünas Cessika Kunla məsləhətləşiblər.

Kunun dediyinə görə, bunlar iki əl və iki ayağa, həmçinin bizimki kimi vokal sistemə sahib tipik yadplanetlilər deyil – ümumiyyətlə insanlara oxşamırlar, çıxardıqları səslər tamamilə “qeyri-insanidir”. “Böyük bir ehtimalla, belə bir şey gözləməliyik” – alim deyir.

Elə isə niyə yadplanetli dilinin tərcüməsi bu qədər mürəkkəb məsələdir? Belə bir hadisə baş versə, dilşünaslar nə edəcək?

Yadplanetlilərin öz qaydaları olacaq

gelish-filmi-yasil-elm

Əgər bir gün yadplanetlilər Yerə eniş etsə, ehtimal ki, indiyəcən Yer dillərinin heç birində rastlamadığımız ən böyük problemlərlə üzləşəcəyik.

“Dilşünaslara məlumdur ki, əgər hətta Yer dilləri müxtəlif şəkildə səslənir və qrammatik cəhətdən fərqlənirsə belə, yenə də müəyyən sxemlərə riayət edirlər” – Kun izah edir. Buna görə də dilşünaslar insan dillərinə aid informasiyaları hissə-hissə toplayaraq, dilin digər özəlliklərinə aid dəqiq proqnozlar verə bilir.

Məsələn, söz ardıcıllığını götürək. Felin isimdən öndə gəldiyi dillərdə çox vaxt isimdən əvvəl önlüklər olur. Yapon dilinə oxşar dillərdə hər iki sxem dal-dalı gedir. Kunun sözlərinə əsasən, dünya dillərinin əksəriyyəti bu iki qanunauyğunluqdan birinə riayət edir.

Yadplanetlilərin dilinin də bu qanunlara tabe olacağına ehtimal olduqca azdır. Hər şey buna işarə edir ki, insanlar dilləri öyrənməyə “meyllidir”. Çünki bu, genetikamız və həyat tərzimizin bir hissəsidir. Bu istək bizdə işləyirsə, yadplanetlilərdə də işləməlidir – təməl səviyyədə dillərimiz arasında kəskin oxşarlıqlar olacaq.

Kun deyir ki, hər dildə niyyətin təsviri üçün istifadə olunan üsul var. Uşaqlar həmişə mən bu kasanı sındırmaq istəmirdim demək imkanını bildirmək istəyirlər. Filmdə Benks isə öz həmkarlarına izah edir ki, əgər yadplanetlilər instinktiv (qeyri-iradi) davranırsa, onların dilində ümumiyyətlə iradə azadlığı anlayışı mövcud olmaya bilər və yaxud təsadüfi və bilərəkdən atılmış addımlar arasında hər hansı bir fərq olmaya bilər.

Yadplanetlilərin dilində bəlkə də heç isim, fel, sual və digər elementlər olmaya bilər, dilşünaslar hesab edir. “Onların nitqində bizə tanış elementlər olacağına sadəcə ümid etmək qalır”, – Kun deyir.

Bununla yanaşı biologiyamız da onları anlamağımıza maneəçilik törədə bilər. Yadplanetlilərin ağza sahib olacağını güman etsək belə, çıxardıqları səsin nitq olub-olmadığını aydınlaşdırmaq mümkünsüz olacaq. Ted Çanqın “Sənin Həyatının Əhvalatı” əsasında çəkilmiş “Arrival” filmində Benks qeyd edir ki, insanın qulağı və beyni səs traktından çıxan nitqi anlamaq üçün yaranıb. Yadplanetlilərə gəldikdə isə ola bilsin ki, onların qulaqlarının belə bir funksiyası ümumiyyətlə yoxdur.

Necə dostlaşa bilərik?

gelish-filmi-heptapod

Kunun dediyinə görə, Luiza Benksin “Arrival”-da heptapodların dilini tərcümə etmək cəhdləri, həqiqi yadplanetlilər gəlsəydi dillərini necə tərcümə etməli olacağımızı olduqca dəqiqliklə təsvir edir. Əgər gələcəyin dilşünasları intellektual yadplanetlilərlə üz-üzə gəlsə, ilk öncə özlərini təqdim etməli, öz niyyətlərindən danışmalı və yazılı və şifahi formada bir az təcrübə etməli olacaqlar. Benks kimi, dilşünaslar da ən kiçiyindən başlayacaqlar: mürəkkəb suallara keçid almadan əvvəl, əsas terminləri anlamağa çalışacaqlar.

“Filmdə onun (Benksin) dili əslində necə oxuduğunun məğzinə, təfərrüatlara elə də toxunulmayıb, ümumənsə heç də pis alınmayıb” – Kun filmdən razı qaldığını bildirir. Qeyri-insani dillərin tərcüməsində əksər dilşünaslar özlərilə diktofon, kamera, qələm və vərəq kimi bir neçə sadə alətlər götürür. İlk məsələ qrammatikanın necə qurulduğu ilə bağlı hipotezlər hazırlamaqdan ibarətdir, ardındansa dil daşıyıcıları ilə canlı ünsiyyət prosesi müddətində düzəliş və dəqiqləşdirmə işləri gəlir.

Bir-birimizi uzaqdan öyrənə bilərik?

Göründüyü kimi, ən əsas mərhələ yadplanetlilərlə qarşılıqlı əlaqəyə girməkdir. Lakin başqa bir problem də bundan ibarətdir ki, ola bilsin onlara lazımi qədər yaxınlaşa bilməyəcəyik və dolayısıyla da yerdənkənar qonaqlarla ünsiyyətimiz baş tutmayacaq.

Filmdə baş qəhrəman Benks yadplanetlilərin səsini ilk dəfə diktofondan eşidir. Səsi ona dinlətdirən hərbiçi, alimin bu səs-küydən nə isə başa düşüb-düşmədiyini bildirməyini istəyir. “Bu, sözsüz ki, qeyri-mümkündür; səslənən və deyilənlərin mahiyyəti arasında heç olmasa kiçik bir uyğunluq olmalıdır” – Kun deyir. Lakin əgər Benks daha çox sayda səsyazma və uzun video görüntülər əldə etsəydi, müəyyən davranışlara uyğun gələn səsləri ayırd edə bilərdi. Kunun da dediyi kimi, lazimi miqdarda məlumat həcmi olsaydı, dilin qrammatikasının “özəyini” çıxarmağa cəhd etmək olardı.

Qədim dillərin sirri, onların canlı daşıyıcıları olmadan da aşkara çıxarılır. Əgər əldə lazimi informasiya, tarix və kontekst varsa, birbaşa ünsiyyət olmadan belə hər hansı bir dilin şifrəsini açmaq olar.

“Nəhəng kosmik gəmilər inşa etmək bacarığına malik varlıqlar, kosmosa göndərdiyimiz müxtəlif radioaparatlar vasitəsilə dilimizi asanlıqla öyrənə və anlaya bilsələr, buna heç də təəccüblənməyəcəm” – son olaraq Kun əlavə edir.

Material Hi-News portalının məlumatı əsasında hazırlanıb

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın