Want create site? Find Free WordPress Themes and plugins.

Ümumiyyətlə qarğaların olduqca ağıllı canlılar olduğu bilinir. Belə ki bu canlılar alət istifadə etmə və kompleks problemləri həll edə bilmə kimi bir çox qabiliyyətə sahibdirlər. Yeni edilən bir araşdırma zamanı əldə edilən məlumatlar, qarğaların ədalətsiz olan mübadilələrin fərqində olduqları və özlərini aldadan insanlardan kənarlaşdığını göstərir. Edilən yeni bir çalışma, qarğaların ədalətli olan və olmayan arasındakı fərqi başa düşdüklərinə işarə edir. Həmçinin bu quşlar, özlərinə ədalətsiz davranan adamlardan da qaçırlar.

 

Animal Behavior jurnalında dərc olunan nəticələrə görə bu ağıllı quşlar, yemək hədiyyə edərək özlərini aldadan insanı tanıyırlar və bir ay sonra o insanı gördükləri zaman bu insandan uzaqlaşırlar. Araşdırma daxilində qarğalar, qarşılıqlılıq təcrübələrdə test edildilər. Quşlara aşağı keyfiyyətdə olan qida verildi (yaxşı olmayan bir parça çörək) lakin quşlar bu qidalarını əlində daha keyfiyyətli qida (düzgün kəsilmiş keyfiyyətli pendir) olan bir insanla mübadilə edə bilirdilər.

 

 

Ancaq burada diqqət edilməsi lazım olan bir şey var. Bəzi insanlar quşları aldadaraq quşlardan çörək parçasını almalarına baxmayaraq yerinə pendir vermədi, yəni həm çörək və həm pendir insanda qalmış oldu. Aydın bir şəkildə, qarğalar bu vəziyyətdən olduqca narahat oldular və özlərini aldadılmış hiss edib, özlərini aldadan insanlardan uzaqlaşmağı seçim etdilər. Araşdırmaçılar qarğaların bu qaçma davranışının nə qədər müddət davam edəcəyini sınamaq üçün eyni təcrübəni bir ay sonra təkrarladılar. Əldə edilən nəticələrə görə, ədalətsiz mübadilə təcrübəsi etmiş qarğalar bunu xatırladılar və ədalətli davranıb mübadiləni həyata keçirən insanlarla yeni mübadiləni reallaşdırmağı seçdilər.

 

 

Qarğalar ailəsi, quş dünyası içərisindəki ən ağıllı quşların olduğu ailələrdən biridir və digər quşlara müqayisədə nisbətən daha böyük beyinləri vardır. Qarğaların zəkalarına görə də ən yuxarıda olduğu düşünülür. Qarğalar alət istifadə etmə və kompleks problemləri həll edə bilmə qabiliyyətinə sahibdirlər. İndi də ədalətli və ədalətsizlik arasındakı fərqi anlaya bilmə qabiliyyəti qarğa qabiliyyətləri siyahısına əlavə edildi. Araşdırmaçılar, başqa bir adamın ədalətli olub olmadığının fərqində olma qabiliyyətinin, quşların qrup əməkdaşlığı inkişaf etdirməsinə köməkçi ola biləcəyini düşünürlər.

Qısacası müasir elmlə daxilində beyni olan hər canlının ağıllı və müəyyən bir ölçüdə şüurlu olduğunu bilirik. Heyvanlar tam instinktləri ilə hərəkət etmirlər, avtomatik maşınlar də deyildilər. Onlar da bizim kimi düşünürlər, analiz edirlər, qərarlar alırlar. Aşağıdakı videoda ən ağıllı canlılar arasında yer alan qarğaların problem həll etmə qabiliyyətlərini izləyəcəyik. Eynilə bir insanın bir problemi həll edərkən sınamaq,yanılmaq və müşahidə bacarıqları etməsi kimi, qarğa da qarşılaşdığı problemi eyni şəkildə həll etməyə çalışır. Tapmacanın cavabını bilmir və əvvəllər bununla heç qarşılaşmayıb. Buna baxmayaraq zəkası sayəsində problemi həll etməyi çox da vaxtnı almır.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın