Beyin/PsixologiyaBiologiyaElmi xəbərlərHəyatın təkamülü

Çinli alimlər makaka-rezuslara şüur “yeridiblər”

Want create site? Find Free WordPress Themes and plugins.

Tədqiqatçıların apardığı eksperiment çərçivəsində makaka-rezus meymunlarında şüur elementləri meydana gəlib. Belə ki, bu heyvanlar güzgüdən faydalanmağa başlayıblar.

Bəzi heyvanlarda özünüdərk bacarığının olduğu illərdir ki alimlərə məlumdur. Bunlar şimpanze, oranqutan, qorilla, delfin, fil və sağsağan kimi, məsələn, özünü güzgüdə tanıya bilən canlı növləridir. Bir çox digər canlılarda da orta intellekt göstəriciləri müşahidə edilməsinə baxmayaraq, onlar sadalananlar siyahısından kənarda qalır. İndi isə Çindən olan alimlər böyük sürülər halında yaşayan makaka-rezuslara şüur yeridə bildiklərini deyirlər.

Hələ 70-ci illərdə psixoloq Qordon Qellap maraqlı təcrübə aparmışdı. Heyvanın bədənini gözə dəyəcək böyüklükdə nöqtələrlə işarələyərək, onları güzgü olan kameraya yerləşdirirdilər. Adi vəziyyətdə heyvan bədənindəki qəribəliyi görə bilmir, lakin əgər qarşısındaki güzgüdə özünü tanıyıb, bu ləkələri silmək və ya hər hansı bir yolla yox etmək istəyirsə, demək onda özünüdərk və şüur əlamətləri mövcuddur.

Çinli mütəxəssislər təcrübədə makakaların yanındaki əşyalara qırmızı işıq salıblar. Ardındansa onlar yavaş-yavaş işığın istiqamətini heyvanın birbaşa gözlə görə bilməyəcəyi obyektlərə doğru dəyişiblər. Nəticədə makakalar qırmızı nöqtəni xatırladan işığı güzgüdə fərq etməklə yanaşı, ona həm də toxunmağa cəhd ediblər. Maraqlısı budur ki, alimlər meymunları şirnikdiriblər: qırmızı nöqtəyə hər dəqiq toxunuşu yemək mükafatı gözləyirdi.

Əldə edilmiş nəticələri qazanılmış refleks kimi dəyərləndirmək olardı, lakin qırmızı nöqtə təcrübəsindən çıxmış makakalar gözlənilmədən müstəqil şəkildə güzgü istifadə etməyə başlayıblar: onlar, güzgü köməyilə “üst-başlarını” təmizləməyi öyrəniblər. Tədqiqatçıların dediyinə görə, tezliklə digər növlər üzərində təkrarlanacaq təcrübələrin nəticəsi oxşar olsa, müasir elmin ən vacib tapıntılarından birinə imza atılacaq. Ola bilsin ki, özünüdərk və intellekt bacarığı yalnızca insan və bir neçə digər növlərə deyil, əksər canlılara xarakterikdir. Qeyd etmək vacibdir ki, bir müddət əvvəl aparılmış test araşdırmasında itlərin özünüdərk xüsusiyyətinə malik olduğuna dair sübutlar əldə edilmişdi.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: