Want create site? Find Free WordPress Themes and plugins.

Tədqiqatçıların hazırladığı yeni qeyri-adi model “zombi-apokalipsis” baş verdiyi təqdirdə bəşəriyyətin nə qədər müddətə Yer üzündən silinə biləcəyini hesablaya bilir. Bununla yanaşı alimlər belə bir epidemiya “partlayışı” ardından insan nəslini geri qaytarmağın mümkün olub-olmadığını aydınlaşdırıblar.

Dünyanın sonu ilə bağlı bir xeyli ssenari var. Bunlar arasında ən qəribəsi yəqin ki “zombi-apokalipsisdir”. Söhbət müəyyən bir virusun çox sürətlə yayılıb insanları şüursuz və vəhşi varlıqlara çevirməsindən gedir. Dəhşət filmlərində zombilər müxtəlif cür təsvir olunur: “yeriyən ölülər” bəzən bir neçə gündən çox tab gətirə bilmir (28 Days Later), bəzənsə on illərlə “yaşamağı” bacarırlar (Resident Evil).

Ceyms Mur və həmkarları zombi dişləməsi nəticəsində 90%-lik ehtimalla virusun yayılması hadisəsini, zombilərin özlərininsə təxminən 20 gün yaşaması, ardından aclıq və ya susuzluq səbəbindən öldüyü versiyasını modelləşdirmək qərarına gəliblər. Modeldə epidemiyanın baş qaldırdığı anda planet əhalisi 7,5 milyard insan təşkil edib. Əldə edilmiş nəticələri mütəxəssislər gözlənilməz hesab edir. Modelə əsasən sıx məskunlaşma müşahidə olunan ərazidə hətta bir zombi peyda olsa belə, virusun yoluxdurulduğunun iyirminci günündə qlobal epidemiya yaranacaq. Yüzüncü gündən sonra isə Yerdə cəmi 181 insan və təxminən 190 milyon zombi qalacaq.

Daha nikbin ssenaridə insanların epidemiya yayılmış ərazidən tez zamanda uzaqlaşmaları ehtimalı yer alır. Bu versiya isə göstərir ki, yüz gün sonra planetdə insan sayı 273, zombi sayı isə təxminən 1 milyon olacaq. Hər iki ssenari bəşəriyyətin qarşısıalınmaz məhvini proqnoz edir, çünki sağ qalmış insanların sayı planetin təkrar kolonizasiyası üçün kifayət etməyəcək, alimlər deyir.

Sözsüz ki, zombi-apokalipsis qulağa fantastik və qeyri-mümkün səslənir. Lakin bu kimi modelləşdirmələr Ebola kimi həqiqi xəstəliklərlə mübarizədə əvəzsiz yardım təmin edə bilər. Qeyd etmək vacibdir ki, “zombi-apokalipsis” modeli XIV əsrin Avropasında yayılmış və bir çox ərazilərdə əhalinin yarısının ölümü ilə nəticələnmiş dəhşətli taun epidemiyası bazasında yaradılıb.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply