Want create site? Find Free WordPress Themes and plugins.

Tədqiqatçıların gəldiyi yeni qənaətə görə, müasir dövrdə ateistlər yox olma təhlükəsi ilə üz-üzədirlər. Səbəblər təkcə mədəni deyil, həm də əvvəllər araşdırılmamış bəzi genetik amillər zəminindədir.

Sirr deyil ki, əhalisinin əksəriyyəti inanclı olan bir çox inkişafdan qalmış ölkələrdə insan sayı artımı müşahidə olunur. Eyni zamanda əhalisinin müəyyən bir hissəsi inancsız olan inkişaf etmiş ölkələrinsə tədricən “yox olma” ehtimalı var. Ateistlərin ən çox yaşadığı ölkə olan İsveçdə hər qadına 1,91 uşaq düşür ki, bu da yerli əhalinin nəsil davam etdirə bilməsi üçün zəruri minimumdan daha azdır.

İndi isə ABŞ və Malayziyadan olan alimlər iki ölkənin inanclı və inancsızlarının doğum statistikasını yoxlamaq qərarına gəliblər. Sorğuda 4 min nəfər iştirak edib. Gənclərə, onların qardaş və bacıya sahib olub-olmadığı, həmçinin özlərini hər hansı bir dinə aid edib-etmədikləri ilə bağlı suallar verilib. Nəticələrə əsasən, Malayziyanın ateist ailələrində ölkə üzrə orta uşaq statistikası göstəricisindən 1,5 az uşaq doğumu müşahidə olunur. ABŞ-da isə ateistlərin doğum göstəricisi daha stabildir ki, bu da ölkə inkişafı ilə doğum əlaqəsinin bu ölkədə bir o qədər də ifadə olunmadığını göstərir. Şimali amerikalı ateist ailələrində 3,04 uşaq doğulursa, bu üzrə ümumi əhali göstəricisi 3,2-yə bərabərdir.

Görünən budur ki, bir sıra ölkələrdə əhali strukturunda inanclı artımı müşahidə olunur, ateistlərin sayı isə əksinə azalır. Diqqətəlayiq başqa bir məqam budur ki, alimlərin fikrincə bütün bunların səbəbi yalnız tərbiyə və mədəni xüsusiyyətlər zəminində gizlənmir. Tədqiqatçılar hesab edir ki, oxşar demoqrafik dinamika daha yüksək dindarlıq göstəricisinə gətirib çıxaran bəzi genetik faktorlarla da şərtiləşdirilmiş ola bilər. Ola bilsin ki, insan təkamülünün müəyyən bir mərhələsində inanclı fərdlərdə nəsilartırma üstünlüyü meydana gəlib və beləliklə onların daha çox sayda artması xarakterik əhəmiyyət daşımağa başlayıb.

Xatırladaq ki, dindarlıq və ateizmlə əlaqəli daha əvvəl aparılmış araşdırmalarda olduqca maraqlı nəticələrə gəlinib. Tədqiqatların biri bəlli edib ki, əhali arasında dindarlıq faizinin düşməsi əxlaqi dəyərləri və onlara hörməti azaltmır. Başqa bir sorğunun nəticəsi isə ateist və sekulyar ailələrində böyümüş uşaqların daha əliaçıq fərdlər kimi formalaşdığını, valideynləri dindar olan həmyaşıdlarınınsa xəsisliyə daha meylli olduğunu göstərib.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın