Elmi xəbərlərHəyatın təkamülüTexnologiya

Canlı orqanizmlərlə qidalanan robot yaradılıb

Want create site? Find Free WordPress Themes and plugins.

Bristol universiteti və Bristol robotexnika laboratoriyasından olan mütəxəssislər canlı orqanizmləri yeyərək lazımi enerjini toplayan robot yaradıblar. New Scientist elm portalında dərc edilən xəbərdə xarici görünüşcə su üzərində hərəkət edən həşəratı xatırladan yeni qeyri-adi robotun konstruksiyasından bəhs edilir.

Alimlər robotun hazırlanmasında yumşaq polimer membrandan yararlanıblar. Bu sayədə robot su ilə birlikdə canlı orqanizmləri özünə çəkə bilir. Robot mikrob yanacaq elementi ilə təchiz edilib ki, bu da onun “mədəsi” funksiyasını yerini yetirir. Orada qida bakteriyalara parçalanaraq, elektroenerji təmin edir. Robotun arxa hissəsinə quraşdırılmış dəlikdən isə tullantılar xaric olunur.

Mütəxəssislərin rəyinə görə, robotun lazımi miqdarda qida alması üçün canlı orqanizmlər kifayət deyil – bioloji material bu ehtiyacının sadəcə müəyyən bir hissəsini qarşılayır. Lakin alimlər mikrob yanacaq elementlərini gücləndirməyi düşünür.

Robot praktiki məsələlərin həllində, xüsusilə də çirklənmiş su mühitində istifadə oluna bilər. Belə bir texnologiyanın üstünlüyü bundan ibarətdir ki, insanın nəzarəti olmadan belə uzun müddət özbaşına iş görə bilir.

Elmi fantastikada dünyanın sonunu təsvir edən versiyalardan biri məhz kiçik robotlarla bağlıdır. Hesab olunur ki, biokütlə ilə qidalanan miniatür robotlar insan tərəfindən idarə olunmadıqda və özünüistehsal edə bildikdə sürətlə artaraq bütün dünyanı ələ keçirəcək.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

1 thought on “Canlı orqanizmlərlə qidalanan robot yaradılıb”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: