Want create site? Find Free WordPress Themes and plugins.

Yıxılan qarışqanın dostu yenə də qarışqadır. Qarışqalar koloniyanın bəzi fərdlərindən imtina edə bilən ictimai böcəklərdir. Ancaq bir termit hücumundan sonra qarışqaların yaralanan yoldaşlarını gözlənilməz bir davranış forması göstərərək yuvaya geri apardıqları müşahidə edilir. Əlbəttə ki, qarışqalar mərhəmətli olduqları üçün yaralı yoldaşlarını yuvaya geri daşımır. Bu davranış formasının arxasındakı səbəb, əslində bir sonrakı hücum üçün hazırlıqdır. Qarışqalar sonrakı hücum və ya basqın üçün yaralı yoldaşlarına ehtiyac hiss edərlələr. Afrikada yaşayan qarışqa növü olan Megaponera analisi böyük nisbətdə termitlərlə bəslənir. Qida axtarışı səbəbiylə 200-500 fərddən ibarət qarışqa orduları termit yuvalarına hücum təşkil edir. Hücumun ilk mərhələsi böyük qarışqaların liderli ilə termit yuvasının qapısının açılmasını ehtiva edir. İkinci mərhələ isə kiçik qarışqaların termitləri öldürüb çölə çıxardığı bir hücum təşkili ilə davam edir. Lakin termit yuvası da böyük çənəli əsgərlər tərəfindən müdafiə olunar və hücumcular ümumiyyətlə çox vaxt ciddi yaralar alır. Hücum zamanı üzvlərini itirən qarışqalar, yaralandıqdan sonra yoldaşları tərəfindən etibarlı bir bölgəyə aparılsa, bir neçə saat içində yaraları aradan qalxar və az qala yara almayan yoldaşları qədər sürətli qaçmaq qabiliyyətində hücuma yenidən qatılarlar. University of Würzburg’dan olan elm adamları tərəfindən Sciencedə dərc edilən araşdırma, qarışqaların ilk mərhələdə hələ davam etməyə çalışdıqlarını, çünki hələ altı qıçlarının var olduğunu düşündüklərini deyir. Araşdırmaçılara görə qarışqalar yuva içində etibarlı bir şəkildə hərəkət qabiliyyətlərini dəyişdirəcək bir uyğunlaşma içərisinə girir.

 

 

Itkin üzvlər

Araşdırma qrupu, Fil Dişi Sahillərindəki Como Milli Parkında bu qarışqalar tərəfindən edilən 54 hücumu yuvaların daxilinə yerləşdirdikləri infraqırmızı kameralarla müşahidə etdi. Orta hesabla, hər hücumdan sonra üç qarışqa yuvaya geri daşınır və bu qarışqaların hamısı da kiçik qarışqalardan ibarətdir. Edilən müşahidələrdə, yaralıların çoxunun üzərində hələ bir termit olduğu və bəzilərinin isə bir qıçını itirdiyi müşahidə edildi. Araşdırmaçılar yaralı qarışqaların sağalmasını təqib edə bilmək üçün onları yağlı boya ilə qeyd alıb. Maraqlı bir şəkildə yaralı qarışqaların 95%-i davam edən müharibəyə təkrar qatıldıqları, bəzilərinin yaralanmadan sonra az qala bir saatdan az bir müddətdən sonra hücuma qatılmaq üçün yola çıxdıqları müşahidə edilib. Bu maraqlı qurtarma davranışından cavabdeh isə yaralı qarışqaların alt çənə vəzindən çıxan bir feromon olduğu müşahidə edilmişdir. Araşdırmaçılar, yaralı qarışqaların alt çənə vəzindən ifraz olunan feromonu sağlam qarışqalara sürtdükləri zaman yoldaşlarının bu qarışqaları yuvaya geri daşıdıqlarını müşahidə etdilər. Yaralı qarışqalar üçün tək təhdid termitlər deyil. Araşdırma qrupu bəzi yaralı qarışqaları yalnız yuvaya dönməyə çətinlik çəkdikləri zaman, qarışqaların üçdə birinin əsasən hörümçəklər tərəfindən ovlanaraq öldüyünü müşahidə ediblər.

 

Dəyərli Fərdlər

Araşdırmaçılar bu növün müxtəlif xüsusiyyətlərinin bu davranışın təkamül etməsinə səbəb olduğunu düşünürlər. Növün qruplar halında ov etmək, yüksək bir zədə nisbətinə sahib olması və koloniyalarının olduqca kiçik olması, koloniyadakı hər fərdin dəyərli olduğu yanaşmasının ortaya qoyulmasına səbəb ola bilər. Bu vəziyyətlər göz önünə gətirildiyi zaman, davranışın son dərəcə məntiqli olduğunu deyə bilərik. Universtiy of Vermont’dan Sara Helms Cahan, qarışqaları yarpaqları olan bir ağaca bənzədir; bir neçə yarpağı itirməyin çox əhəmiyyəti yoxdur, ancaq kiçik bir koloniya üçün bu itkin olduqca əhəmiyyətlidir. Qarışqaların yoldaşlarına kömək etmələri çox da çaşdırıcı bir vəziyyət deyil. Çünki yardımlaşma mövzusunda qarışaqlardan bunun bir çox nümunəsini müşahidə edirik. Lakin yaralı fərdlərin koloniyanın digər üzvləri tərəfindən maraq görməsi qarışaqlardakı yardımlaşma davranışının yeni bir tipini də qarşımıza çıxarır.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply