Want create site? Find Free WordPress Themes and plugins.

Astrofizik Stiven Hokinq bir müddət əvvəl Miçiqan Ştatı Universitetindən olan Qordon Keynə mərci uduzaraq, ona 100 dollar verməli olmuşdu. O, Böyük Adron Kollayderində işləyən fiziklərin Hiqqs bozonunu tapa bilməyəcəklərini iddia etmişdi. Hiqqs bozonu isə həmin kollayderdə kəşf edildi.

Britaniyalı astrofizik indi isə hesab edir ki, kainatın başlanğıcında meydana gəlmiş cazibə dalğalarının mövcudluğunun dünən tam təsdiqlənməsi onun başqa bir mərcdən qalib çıxdığını göstərir. Bu barədə Hokinq BBC Radio 4-ə açıqlama verib.

Dünən Harvard-Smitsonian Astrofizika Mərkəzindən olan alimlər Antarktikada yerləşən BICEP2 rəsədxanası köməyilə Böyük Partlayışdan qalma mikrodalğaları qeydə almağa və onların polarizasiyasını ölçməyə nail olduqlarına dair məlumat yaydılar. Onların fikrincə, yeni tapıntı cazibə dalğalarının mövcudluğunu və kainatın sürətlənərək genişləndiyini təsdiqləməyə kifayət edir.

Hokinq radioverilişin canlı yayımında kanadalı həmkarı Nil Turok ilə etdiyi bəhsdən qalib çıxdığını dedi. Turok davamlı “Böyük Partlayış” və”Böyük sıxılmadan” ibarət tsiklik kainatlar modelini dəstəkləyən alimlərdəndir. O isə əvəzində Hokinqlə etdikləri mərcin digər elmi alət – kosmik teleskop “Planka” dair olduğunu, Plankın isə cazibə dalğalarına rast gəlmədiyini bildirdi.

Turok həmçinin cazibə dalğalarının mövcudluğuna dair sübutların hələlik kafi miqdarda olmadığını qeyd etdi. Dediyinə görə, aparılmış tədqiqat həddindən artıq qəliz idi, tədqiqatçılar isə iddia etdikləri mövzunu dərin araşdırmadan və tam izah etmədən qəbul ediblər. Turok məlumatların tam dəqiqləşdirilmədən bəhsin başa çatmayacağını deyir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin