Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da Amerika və Cənubi Koreya institutlarının bir qrup alimi insan embrionunun DNT-sindən xəstəliklərin inkişafına cavabdeh olan mustasiyalı geni uğurlu şəkildə çıxarıblar. Araşdırma Nature jurnalında dərc olunub. Alimlər Genom redakte etmə aləti olan CRİSPR-Cas9 vasitəsilə hipertrofik kardiomiopatiya – 500 nəfərdən birində görülən və qəfil ölümün səbəbi ola bilən ürək xəstəliyini yaradan mutasiyalı geni kəsməyə nail olublar.
Təcübə 58 haldan 42-sində, yəni 72 faizində uğurlu alınıb. Embrionlar 5 sutkalıq inkişafdan sonra məhv edilib.

 

Təcrübənin gedişində alimlər genlərində müvafiq mutasiyanın olduğu kişinin sperması ilə 12 sağlam qadının yumurtalığını mayalandırıblar. Bununla eyni vaxtda onlar yumurtalıqlara CRİSPR-Cas9-u daxil edərək kişi DNT-sindən mutasiyaya səbəb olan geni kəsiblər.
“New York Times”ın yazdığına görə, alimlər yumurtalığa süni yolla yaradılmış sağlam genin köməyilə “düzəliş etmək” üçün material daxil ediblər, lakin embrionlar onun əvəzinə ananın DNT-sindən gələn sağlam gendən istifadə ediblər. “Biz aşkar etdik ki, sağlam gen kopiyası varsa, embrionlar özləri özlərinə düzəliş edirlər”, – alimlərdən biri Şuhrat Mitalipov bildirib.
Bu o deməkdir ki, CRİSPR-Cas9 vasitəsilə insan genini dəyişmək və “dizayn edilmiş” (müəyyən göz rənginə, bədən quruluşuna malik olan və s.) övladlar yaratmaq bu araşdırmaya qədər düşünüldüyündən daha çətin imiş.

Alimlər iddia edir ki, DNT-də heç bir arzuolunmaz dəyişiklik qeydə almayıblar. Belə dəyişikliklər əvvəllər Çində aparılmış analoji təcrübələrdə aşkar edilmişdi.
Embrionların genlərinin redaktə edilməsi etik mülahizələrlə bağlı müzakirələrə səbəb olub. Tənqidçilər “dizayn edilmiş” uşaqların yaradılması imkanı ilə bağlı qorxularını da ifadə edirlər, həmçinin bildirirlər ki, genomu redakte olunmuş insanda istənilən (o cümlədən planlaşdırılmamış) dəyişiklik onun gələcək nəsillərinə keçə bilər.

 

ABŞ-da belə araşdırmalara sərt məhdudiyyətlər var; xəstəliklərin inkişafına cavabdeh olan genləri redaktə etmək cəhdləri Çində həyata keçirilib, lakin onlar uğurlu hesab olunmayıb.
Şuhrat Mitalipovun qeyd etdiyi kimi, redaktə olunmuş DNT ilə embrionların qadın uşaqlığına yerləşdirilməsi ilə bağlı kliniki araşdırmaların aparılması ABŞ ərazisində mümkün deyil və “texnologiya daha az tənzimlənən ölkələrə gedəcək”.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın