Want create site? Find Free WordPress Themes and plugins.

Aparılmış tədqiqatın nəticələrinə görə saqqal saxlama dəbinin ardında Çarlz Darvinin təbii seçmə nəzəriyyəsi dayanır. Avstraliyalı alimlər saqqal çoxluğunun cəlbediciliyi azaltdığı və nəticədə daha az saqqallı və ya təmiz qırxılmış üzlərə marağın artdığı qənaətinə gəliblər.

Hipotezlərini təsdiqləmək üçün alimlər eksperiment keçirməyi qərara alıblar. Eksperimentdə qadın və kişilər üz cəlbediciliyini “dörd saqqal tipi” ilə qiymətləndirməli idilər. Nəticələr göstərdi ki, təmiz qırxılmış üzlər əgər ətrafda nadirdirsə, daha cəlbedici görünürlər. Əldə edilən faktlar təkamül nəzəriyyəsinin əsas hadisələrindən birini – daha nadir xüsusiyyətlərin üstünlüyünü əks etdirir.

Tədqiqatda könüllü 1453 qadın və 213 kişi iştirak edib. Onlardan müxtəlif kişi üzü tiplərini qiymətləndirmələri istənilib. Birinci qrupa qalın tüklü, ikinci qrupa təmiz qırxılmış kişi üzləri göstərilib. Üçüncü qrupa isə qarışıq üz tiplərini qiymətləndirmək təklif olunub – təmiz qırxılmış və ya az tüklü üzlərdən, saqqallı və ya uzun saqqallı üzlərə qədər.

Qadınlar kimi, kişilər də təmiz üzlərin çoxluq təşkil etdiyi mühitdə saqqallıların daha cəlbedici olduğunu bildirdilər. Eynən oxşar vəziyyət qalın saqqallı üzlərin çox olduğu mühitdə baş verdi – bu dəfə “təmiz” üzlülər üstünlüklü mövqeyə keçdilər. Alimlər belə nəticəyə gəliblər ki, nadir fenotipə meyl kişi bığı və saqqalı dəblərindəki davamlı dəyişikliklərdə vacib rol oynayır.

“Geniş və qalın saqqallar yenidən dəbə minir. Bəlkə də saqqal populyarlığı öz pik nöqtəsinə qədər qalxıb. Saqqal dəbini eksperimentin əsası kimi götürərək belə qənaətə gəldik ki, onun hərəkətverici qüvvəsi seçmənin tezlikli əks asılılığıdır”, – Cənubi Uels universitetindən olan Rob Bruks qeyd edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin