Want create site? Find Free WordPress Themes and plugins.

Astronomlar, yeni doğan Günəş-bənzəri ulduzların qaz və toz diskində həyat üçün əhəmiyyətli bir quruluş komponenti kəşf etdi. Çoxlu ulduz sistemi IRAS 16293-2422; Dünyadan 400 işıq ili uzaqda, Opiuchus bürcündə yerləşir. Bu sistemdəki yeni doğan ulduzlar Günəşlə eyni kütləyə sahib olmasına yanaşı hələ formalaşmalarının ilk mərhələlərindədirlər. Çilidəki Atacama Böyük Millimetr (ALMA) teleskopunu istifadə edən araşdırmaçılar, bu ulduzların yaxınlığında həyatın təməl kimyəvi quruluş daşlarından biri olan və çox soyuq şərtlər altında buz hissəcikləri üzərindən ibarət olan metil izosiyanatın izinə rast gəldi.

 

 

European Southern Observatory’in şərhinə görə, həyatın təməli olacaq bu molekulun Günəş-bənzəri ulduzlarda olması bir ilkdir. Elm adamları, əvvəldən IRAS 16293-2422’nin ətrafındakı qaz və toz diskində şəkərin sadə bir formasını tapmışdılar. Glikolaldehit adındakı bu şəkər, həyatın quruluş komponentlərindən biri olan RNT-nin yaranması ilə əlaqəlidi. Niderland Leiden Rəsədxanası və London College Universitetindəki araşdırmaçılar Niels Ligterink və Audrey Coutens belə açıqlayır; “Bu ulduz sistemi bizə yeni tapıntılar verəcəkmiş kimi görünür!

 

 

Şəkərlərin kəşfindən sonra, indi də metil izosiyanat tapdıq. Bu molekul ailəsi bildiyimiz həyatın bioloji təməli olan zülal formaları peptid və amin turşularının sintezlənməsində rol oynayır. Dünya və Günəş Sistemimizdəki digər planetlər Günəşin meydana gəlməsindən artıq qalan maddələrdən meydana gəlmişdir. IRAS 16293-2422, Dünya ölçüsündəki planetlərin meydana gələ bilməsi üçün uyğun şərtlər ehtiva edir və həyatın başlanğıcındakı Günəş bənzəri xüsusiyyətləri özün də əks etdirir. Bu səbəblə bunun kimi Günəş bənzəri qabaqcıl ulduzlar üzərinə araşdırma etmək, həyatın planetimizdə necə başladığına dair bizlərə yeni fikirlər verə bilər. Tapıntılar Royal Astronomical Society və Monthly Notices’da nəşr olunacaq.

 

Qeyd: Astrokimyadaki tərifinə görə bir kompleks molekul, ən az altı ya da daha çox atomdan ibarətdir və bu atomlardan ən az bir dənəsi karbon olmalıdır. Metil izosiyanatın kimyəvi konfiqurasiyası CH3NCO şəklində olub, karbon, hidrogen, azot və oksigen atomlarını ehtiva edir.

 

 

Mənbə;Samantha Mathewson

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın