Elmi xəbərlər

Yeni primat növünə “Ulduzlar müharibəsi”nin adı verilib

Want create site? Find Free WordPress Themes and plugins.

Qüvvə (“Force” – obrazın adı) göydəgəzən qibbon (uzunqollu meymun növü) ilə güclüdür.

  • Gənc göydəgəzən qibbon hündür ağacda yaşayır. Bu yeni növlər Şərqi Myanmada və cənub-qərbi Çində aşkar olunub.

 

Bundan başqa, ağaclarda sallanan digər bir şirin məxluq da var – Evok. Alimlər Amerika Primatologiya Jurnalının (American Journal of Primatology ) cümə axşamı sayında yeni bir primat növünün aşkar olunduğunu elan ediblər, bu – göydəgəzən qibbondur (Hoolock tianxing). BBC-ə görə alimlər onu “Göydəgəzən” (skywalker) adlandırırlar, çünki bu elmi ad üçün Çin obrazı “Göyün hərəkəti” kimi tərcümə olunur, amma həm də ona görə ki, onlar “Ulduzlar müharibəsi”nin pərəstişkarlarıdır.

Filmdə Luke Skywalker roluna çəkilən Mark Hamill bu adla bağlı məsələyə öz münasibətini artıq bildirib. Çərşənbə günü o, Twitter-də yazırdı: “Çox qürurlandım! Əvvəlcə Pez konfet dispenseri, sonra Underoo – alt geyimləri və ABŞ poçt ştampları – indi də bu! #GorillaMyDreams #SimianSkywalker#JungleJedi.

 

  • BAXIN: Borneoda qibbonlar ağaclar arasında yellənirlər (onlar göydəgəzən deyillər, amma onlar kimi əla uşaqlardılar)

 

Viskonsin Primat Araşdırma Mərkəzinin Kitabxanasına əsasən, qibbonların hündürlüyü 32 dyumdur (0,82 metr), quyruğu yoxdur və cinsindən asılı olaraq, 13 funt – 5,9 kq (dişi), yaxud 15 funt – 6,8 kq (erkək) arasında çəkiyə malikdir. Yeni göydəgəzənlər digər qibbonlardan qaşlarının, genital hissədə (çoxalma orqanlarında) tük çəngələrinin və saqqallarının rənglərinə və müxtəlifliyinə görə fərqlənirlər.

Beləliklə, əgər siz ayaqlarının arası ağ və ya gümüşü çəngə (tük çəngəsi) olan qibbonlar görürsünüzsə, bilin ki, bu sizin axtardığınız qibbonlar deyil – erkək göydəgəzənlərdə qəhvəyi və ya qara çəngə (tük çəngəsi) olur.

 

  • Yaşlı dişi göydəgəzən qibbon uzaqlara baxır – gənc, təlaşlı Luke Skywalker-in Tatooinin qeyri-məhsuldar torpaqlarına baxmasına bənzəyir

 

Alimlər göydəgəzən qibbonun Şərqi Myanma və cənub qərbi Çində aşkar ediblər. Əvvəllər, onlar şərqi qibbonların  (H. leuconedys) – IUCN (Təbiəti Mühafizə üzrə Beynəlxalq Birlik – TMBB) Qırmızı kitabında həssas canlılar kimi təsnif edilən canlılar arasında nəzərə alınırdı.

Çünki göydəgəzən qibbon “yeni növləri təmsil edir, onun formal mühafizə statusu yenidən qiymətləndirilməlidir”, alim yazır. “Qibbon kimi az tanınan canlıların statusu haqqında aydın məlumatlar olmadan onların mühafizə statusunu qiymətləndirmək çətindir, amma biz təklif edirik ki, IUCN (Təbiəti Mühafizə üzrə Beynəlxalq Birlik – TMBB) Qırmızı kitabında təhlükədə olan canlılar kimi qiymətləndirilsin”.

Bəlkə də alimlər ümid edirdilər ki, bu primatlara pop mədəniyyətinə uyğun ad verməklə, onların qorunmasıyla bağlı diqqəti cəlb etmək mümkün olacaq. Hər bir halda bu, Qüvvənin onlarla birlikdə olmasını təmin etmiş kimi görünür.

Mənbə: National Geographic

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: