Həyatın təkamülüMaraqlı

Hokinq: “İqtisadi bərabərsizlik planetimiz üçün təhlükədir”

Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur britaniyalı nəzəri fizik Stiven Hokinq The Guardian‘a verdiyi açıqlamasında artmaqda olan iqtisadi bərabərsizlik və onun fəsadları ilə bağlı fikirlərini bölüşüb.

Nüfuzlu elm populyarizatoru 2016-cı ilin əsas siyasi hadisələri olan Brexit və ABŞ prezident seçkiləri nəticələri əsasında belə qənaətə gəldiyini bildirir və bütün bunları elit təbəqə, orta təbəqə və işçi sinfi arasındaki artmaqda olan bölünmə ilə əlaqələndirir. Hokinqin rəyinə görə, istehsalatın robotlaşdırılması, habelə insan resurslarının yüksək qazanc əldə edilməsi zəruriliyinin yoxluğu cəmiyyətdə parçalanmaya səbəb olur.

Kiçik qrupu təmsil edən sahibkarlar internet və rəqəmsal texnologiyalar köməyilə böyük mənfəət əldə etməklə yanaşı, işə bacardıqları qədər az əməkdaş götürməyə üstünlük verirlər. Fizikin dediyinə görə, bunlar qaçılmaz olaraq inkişafa səbəb olur, amma eyni zamanda sosial məhvə gətirib çıxara bilər.

Artıq insanların müasir cəmiyyətin dəyişikliklərilə barışmadıqlarının bariz nümunəsi ABŞ-daki son prezident seçkiləri və Britaniyadaki Brexit səsverməsinin nəticələridir. Stiven Hokinq bəşəriyyətin, öz tarixi ərzindəki ən təhlükəli dövrünə qədəm qoyduğunu qeyd edir. Hesab edir ki, bütün sosial və iqtisadi problemlərin həlli mümkündür, lakin bunun üçün bütün dünya ölkələrinin birləşməsi və cəmiyyəti bir-birindən ayıran təbəqələrin aradan qaldırılması zəruridir.

“Xeyli mümkündür ki, növbəti bir neçə yüz il ərzində digər ulduzlarda insan kaloniyaları quracağıq, indi isə bizim yalnız bir planetimiz var və onu qorumaq üçün bütün səylərimizi birləşdirməliyik”, – Hokinq deyir. – “Bunun üçün özümüz və ölkələr arasındaki divarları qaldırmamalı, əksinə yıxmalıyıq.”

Qeyd etmək vacibdir ki, daha əvvəl Stiven Hokinq intervyuda gələcəyin siyasəti və iqtisadiyyatı mövzusuna toxunduqda əslində kapitalizmdən qorxmalı olduğumuzu etiraf etmişdi. Nəzəri fizik hesab edir ki, bəşəriyyətin qarşısındaki ən böyük təhlükə robotlaşdırılmış iqtisadiyyat deyil, xəsis insanlardır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close

Spelling error report

The following text will be sent to our editors: