Want create site? Find Free WordPress Themes and plugins.

Əgər bu yazını oxuyursunuzsa, əlinizdə olan telefona, masanıza, yatağınıza, onların üstündə olan kompyuterə, paltarınıza toxunur və ya barmaqlarınızı bir-birinə toxundurursunuz. Düzdür, insanın aldadıldığını, illuziyada olduğunu öyrənməsi yaxşı bir hiss deyil, lakin həqiqət budur ki, əslidə heç bir şeyə toxunmursunuz və bu bir “illuziyadır”.

“NİYƏ?” VƏ “NECƏ?” SUALLARINDAN ÖNCƏ

Gördüyünüz, toxunduğunuz və “hiss etdiyiniz” hər şey maddənin son dərəcə kiçik hissələrindən – atomlardan ibarətdir. Bu kiçik ölçünü araşdıran Kvant fizikası ətraf aləm haqqında, xüsusilə də subatom ölçüsündə ayırd edilməyəcək fəaliyyətlər barəsində bizə olduqca çılğınca məlumatlar verir. Subatom dünyasının günlük həyatımızda önəmli rolu olmadığı düşüncəsi başa düşüləndir. Amma bu məlumatlar dörd əsas fundamental qüvvənin kainatı necə formalaşdırdığıyla bağlı anlayışlarda önəmli nöqtədir və məhz buna görə də kainatı anlamaqda açar rolunu oynayır. Nəticədə kiçik şeylərin xüsusiyyətini bilmədən böyük şeylərin necə işlədiyini anlamamız çətin olar.

Kvant fizikasına bu fonemenlər daxildir: Kvant dolanıqlığı, real və virtual zərrəciklər, dalğa-zərrəcik dualizmi, təsdüfi forma dəyişdirən zərrəciklər, maddənin aqreqat halları və hətta qəribə maddənin özü. Kvant Mexanikası bizə çox kiçik zərrəciklərdən ibarət olduğumuzu deyir, bu da o deməkdir ki, mikroskopik ölçüdə insan gözü ilə görülməyəcək formada bizə heç də məntiqli gəlməyən qəribə şeylər baş verir.

ZƏRRƏCİKLƏRİN QƏRİBƏ DÜNYASI

Niyə heç bir şeyə həqiqətən toxunmadığınızı anlamaq üçün elektronun necə işlədiyini anlamalı, bunu anlaya bilməniz üçün isə atomun quruluşu haqqında fudemantal məlumata sahib olmalısınız.

Dəmir atomu
Dəmir atomu

İlk olaraq, demək olar ki, atomun sahib olduğu bütün kütlə atomun mərkəzində – nüvədə toplanmışdır. Nüvənin ətrafında boş bir sahə və bu sahədə nüvə ətrafında fırlanan elektronlar mövcuddur. Elektronların sayı elementin növündən aslıdır. Məsələn, sağda dəmir atomunun atom quruluşunu görə bilərsiniz.

Uşaq olduğunuzda oynadığınız lazer şüası kimi düz xətlə irəliləyərək zərrəcik kimi davranan, eyni zamanda iki fərqli mənbədən düşdüyü halda dalğa kimi davranıb sizin ətrafınızda dolanaraq arxanıza keçib sizin tam arxanızda müxtəlif çalarda kölgə yaradan fotonlar (işıq) kimi elektronlar da dalğa-zərrəcik dualizmi (ikiliyi) xassəsinə malikdirlər. Yəni onlar tək bir zərrəcik kimi düzxətt boyunca hərəkət edə bilir (zərbə endirdiyiniz topu düşünün), həm də dalğa kimi cisimlərin arxasına keçə bilir (əlinizi suya saldıqda suda yaranan dalğaların əliniz arxasında hərəkətə davam etməsi kimi). Digər tərəfdən onların yükü mənfidir. Maqnitin iki üzü kimi zərrəciklər eyni işarəli (mənfi və ya müsbət) yüklü zərrəcikləri itələyir, əks yüklü zərrəcikləri isə özünə cəzb edir. Bu da elektronların heç bir zaman bir-biri toxunmamasını təmin edir. Onlar dalğa kimi davrandığı zaman dalğalar bir-birinin üzərinə düşə bilər, lakin heç zaman toxunmaz.

Eyni şey insan üçün də keçərlidir, nəticədə biz də zərrəciklərdən ibarətik. Stula oturduğunuzda, yataqda yatdığınızda sizin elektronlarınız stul və ya çarpayının elektronlarını itələdiyi və toxunmadıqları üçün əslində siz çox kiçik ölçülü boşluq üzərində dayanırsınız. Əgər çarpayını və sizi 108 dəfə böyütsək, çarpayı ilə aranızda bir metr məsafə olmuş olar.

BƏS NİYƏ BİR ŞEYLƏRƏ TOXUNMUŞ KİMİ HİSS EDİRİK?

Ağlınızdan bu sual keçir sanki: Əgər eyni yüklü elektronlar bir-birini itələyirsə və bir-birləri ilə toxunmurlarsa, o zaman niyə toxunuş hissini real olaraq hiss edirik? Bu, bizim beynimizin fiziki dünyanı necə şərh etdiyi ilə bağlıdır. Bu prosesdə bir neçə faktor rol alır. Bədənimizdə olan sinir hüceyrələri bizim elektronumuz ilə çarpayı elektronu arasındakı fəza-zamanda yaranan elektromaqnit sahədə elektronların qarşılıqlı təsirini bir şeylərə toxunduğumuzu deyən hiss olaraq beynimizə göndərir. Həmçinin kimyəvi rabitələr və yuxarıda qeyd etdiyimiz 4 fundamental qüvvə də burada müəyyən rol oynayır. Əşyalar bir-birinə toxunduqda sürtünmə yaranır və bu sürtünmə elektronların əlavə enerji almasına, bu da müvəqqəti rabitələrin yaranmasına səbəb olur.

Sizin oturduğunuz stulun üzərində “havada asılı qalmanız” sadəcə elektrostatik itələmə ilə bağlı deyil. Normal hallarda zərrəciklərin bir-birini itələməsində Pauli Prinsipinin rolu böyükdür. Elektrostatik itələmə ilə Pauli Prinsipinin kombinasiyasının zərrəciklərin həqiqi davranışında böyük önəmi vardır. Pauli Prinsipini tək cümlə ilə izah edəcək olsaq, belə deyə bilərik: Elektronlar bir-birlərinin harada olduqlarını “bilirlər”. Və bir-birlərindən mümkün olduqca uzaq durmağa çalışırlar. Nəticədə elektrostatik itələmə olmadan belə elektronlar arasındakı qüvvə üstlü şəkildə azalır.

Nəticədə bu şeylərin necə baş verdiyi təəccüblü deyilmi? Şeylərin olduqları kimi görünməməsi və ya ən azından qavradığımız kimi olmaması fundamental elmi həqiqətdir. Elm kainat haqqında bildiyimiz hər şeyə işıq tutur.

QEYD – PAULİ PRİNSİPİ:

Atomun quruluşuna dair Ernest Rezervord və Nils Borun klassik modellərinin açıqlanmasından sonra D.Mendeleyev dövri sisteminin izah olunması problemi gündəmə gəlib. Elektronların atom nüvəsi ətrafında orbitlərdə yerləşməsini qəbul etməklə yanaşı onların nüvə tərəfindən cəzb olunmaya tabe olaraq yaxınlıqda olan orbitə keçməməsi  səbəbini  izah etmək lazım idi.  Bu problemi həll etmək üçün Volfqanq Puaili adi  klassik təsəvvürlərdən daha bir addım uzaqlaşmalı olub (Pauli sonralar xatırlayırdı ki,   bu məsələ onu o qədər məşğul edirdi ki, bəzən ona elə gəlirdi, artıq dəli olmaq dərəcəsinə çatır). Klassik mexanikada hissəciklər arasında yalnız “qüvvə” qarşılıqlı təsiri gözdən keçirilir. Pauli isə belə bir fikir irəli sürmüşdü ki, iki elektron eyni bir vəziyyətdə ola bilməz və bu heç bir qüvvə təbiətinə malik deyil, yəni buna hissəciklər arasında hansısa itələmənin nəticəsi kimi baxmaq olmaz.

Sonrakı tədqiqatlar göstərdi ki,   burada hissəciklər spini anlayışı əsas rol oynayır.    İlk dəfə elektronun spini (fırlanma) anlayışını elmə daxil edən Pauli 1929-cu ildə müasir kvant fizikasının ən vacib prinsiplərindən birini – iki eyni cür kvant hissəciyi eyni bir vəziyyətdə ola bilməz, yəni onların xarakterini müəyyən edən bütün 4 kvant ədədi eyni bir yerdə eyni qiymətə malik ola bilməz – daxil etdi.   Yəni, əgər iki elektron eyni orbitdədirsə, onların əsas orbital və maqnit ədədləri üst-üstə düşürsə, onda dördüncü spinin qiyməti fərqli olmalıdır. Bu o deməkdir ki, orbiti iki elektrondan artıq elektron saxlaya bilməz.

XÜLASƏ:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın