Want create site? Find Free WordPress Themes and plugins.

Mərakeş sərhədləri daxilində yerləşən seyrək ağaclı sahədə, atəşin ətrafına toplanmış bir qrup erkən insanlara aid fosillər tapıldı. Fosillər tapılmış sahənin ətrafına dağılmış daş alətlər də kəşf edildi. Od içində bişirilmiş alətlərin araşdırması qədim insanların 300-350 min il əvvəl yaşamış olduğunu göstərir. Bu əvvəldən düşünülən tarixlərdən 1,5-2 qat qədimdir.

 

7 noyabrda Nature jurnalında nəşr olunan tapıntılar insanın fosil qeydlərində çox əhəmiyyətli bir əksikliyi tamamlayır,çünkü yaşı 195.000 il olaraq hesablanmış Efiopiyadakı bilinən ən qədim Homo sapiens fosillərindən çox əskidir və bununla yanaşı müasir insanla çox güclü bənzərlikləri əks etdirir. Mərakeşdəki, məskunlaşman sakinlər tam mənasıyla Homo sapiens deyildirlər, kəllələri daha az yumru xəttlərə və bizimkilərdən daha uzundur ki, bu yəqin beyinlərimiz arasındakı fərqləri göstərir. Ancaq dişləri müasir insanınınkına çox bənzəyir və üzləri eynilə bizim kimidir.

 

Max Planck Təkamül Antropologiya İnstitutundan və araşdırmaya liderlik edən paleoantropoloq Jean-Jacques Hublin’ə görə bu insanların üzünü metroda qarşılaşdığınız hər hansı birinin üzündən ayıra bilməzsiniz və bu olduqca təsir edicidir. Əlavə olaraq şimali qərbi Afrikada yerləşən Mərakeş sahəsi, digər insan fosillərinin aşkar edildiyi şərq və cənubi Afrikadan olduqca uzaq idi. Paleoantropoloqlara görə sahənin yaşını və mövqeyi birlikdə dəyərləndirdiyiniz  zaman, müasir insanın təkamülünün daha qədim kökləri və Afrika boyunca yayılmış olduqlarının güclü bir dəlili ortaya çıxır. Əvvəlki araşdırmalar bunu əks etdirmirdi.

 

Bunlar Mərakeşdən əldə edilən və bilinən ən qədim Homo sapiens fosillərinin mikro hesaplamalı tomoqrafik analizinə əsaslanaraq yaradılmış kompozisiyanın iki görüntüləridi. 300 min il əvvələ aid bu erkən Homo sapiens, indiki vaxtda yaşayan insanların varyasiyasında iştirak edən müasir görünüşlü bir üzə malikdir. Lakin arxaik-görünüşün kəlləyə aid virtual təzyiqi (mavi) buna işarə edir; beyin şəkli və ehtimalla beyin funksiyaları Homo sapiens soyunda təkamülləşmişdir.Vizual müəllif: Philipp Gunz, MPI EVA Leipzig (License: CC-BY-SA 2.0)

 

Illərcə Əvvəl Bağlanan Qazıntı sahəsi yenidən açılır

Mərakeşdəki Jebel Irhoud olaraq bilinən sahə keçmişdə fəal bir barıt mədəniydi və elmi əhəmiyyətini ilk olaraq 1960-cı illərdə qazandı. Elm adamları qazılan daş alətlərin və sirrli kəllə parçalarının erkən insanlara aid olduğunu incələyərək təyin etdilər. Ancaq fosillərin insan tarixindəki gerçək yerini anlamaq üçün sahənin yaşını təyin etmək lazım idi və bu çətin bir iş idi, bir fosilin hansı qaya təbəqəsində yerləşdiyini qəti şəkildə təyin etmək lazım idi. Jebel Irhoud’da 1960-cı illərdə edilən qazıntılarda bu qeydlər olduqca uğursuz oldu. Huble, paleoantropoloq olduğu zamandan və Jebel Irhoud’u öyrəndiyi zamandan bəri sahəni qazıntı üçün yenidən açmaq üzrə cəhdlər edirdi. Nəhayət 2004-cü ildə Mərakeşin yerli səlahiyyətlilərini bunu etmək üçün razı saldı. Sahəyə gedən yol yenidən inşa edildi və 200.000 litr qaya diqqətlə qaldırıldı. Jebel Irhoud qazıntı sahəsi.

 

                   Jebel Irhoud axtarış sahəsi. Müəllif: Shannon McPherron, MPI EVA Leipzig

 

Araşdırmaçıların şansına mədənin altında bir parça arxeoloji bir sahədə varlığını qorumuşdu. Sahə daş alətlər, atəş istifadəsinə dair xeyli dəlil, alt çənə və kəllə parçalarını da ehtiva edən skelet qalığı vardı. Əhəmiyyətli nöqtə, daş alət və skelet qalıqlarının eyni qaya təbəqəsində tapılması, Hublin’in qrupuna daş alətlərin Jebel Irhoud fosillərinin daha məqsədəuyğun tarixlənməsində istifadə edilə biləcəyi fikrini verdi. Qrup ətraf mühitə yayılmış daş alətlərin Jebel Irhoud’takı insanlar tərəfindən fərqində olmadan düşərgə atəşində isidilmiş olmasının üstünlüyünü istifadə etdilər. Isidilən daş alətlərin daşıdıqları elektrik yükləri sıfırlanır.

 

 

Bu alətlərdəki hər hansı bir yükün torpağa basdırıldıqdan sonra çöküntülərin ətrafını bürüdükləri qayanı təbii radioaktivlik ilə bombardumana tutmasıyla meydana gəldiyini göstərir. Huble və qrupu bir illərini daş alətlərin radyoaktivliyini ölçməyə sərf etdilər. Illik radiasiya miqdarı ilə alətlərin mövcud elektrik yükünü müqayisə edən qrup Jebel Irhoud’dakı düşərgə atəşlərinin daş alətlərinin təxminən 315,000 il əvvəl (34,000 il səhv payıyla) bişirildiyini təyin etdilər. Bu eyni sahədə 2007-ci ildə reallaşan və Hublin’in də iştirak etdiyi araşdırmaya görə iki qat daha qədim bir tarix, bu uyğunsuzluq daha əvvəlki çalışmanın nisbi olaraq daha kobud bir radioaktiv model istifadə etməsindən qaynaqlanır.

 

 

Yeni çalışmaya görə keçmişdəki məlumatları yeni modeldən istifadə edərək qiymətləndirildiyi zaman kobudca 286.000 illik bir tarix verir. Tapıntılar bu sahəni Afrika fosil sahələrinin içərisində yaxşı tarixlənmiş olan qısa bir siyahının içinə əlavə edir. Əlavə olaraq, Jebel Irhoud’dakı tarixlər yaxın zamanlarda Cənubi Afrikada kəşf edilən nəsli kəsilmiş Homie növü Homo naledi ilə üst-üstə düşür. Tapıntılar bir-birindən diqqətə çarpacaq şəkildə fərqli iki homo növünün eyni zaman daxilində Afrikada yaşadığını göstərməsi baxımından diqqət çəkicidir.

 

Mənbə;National Geographic

 

Hazırladı; Qubad Muxtarlı

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın