Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur rusiyalı bioloq, paleontoloq və elm populyarizatoru Aleksandr Markov hesab edir ki, qadınların savadsız olmağı təkamül nöqteyi-nəzərindən daha sərfəlidir.

Mütəxəssis son verdiyi intervyuda qadınların təhsili sualına toxunur. Onun sözlərinə görə, qadının intellektual olması nəsilartırma potensialına mənfi təsir göstərir. Qadın yazma-oxuma bilmədikdə, savadsız olduqda isə özündən sonra nəsil qoyma şansları artır. “Ölkədə qadın savadlılığı nə qədər çoxdursa, doğum bir o qədər azdır”, – bioloq qeyd edir. Alim həmçinin məşhur tezisi bir daha xatırladır – savadlı qadın hər şeydən əvvəl öz karyerası və gələcəyi barədə düşünürsə, savadsız qadın əsasən öz uşaqlarının tərbiyəsi ilə məşğul olur.

Markov demoqrafik məsələyə başqa prizmadan da baxdığını etiraf edir. “Kasıblar, varlılardan daha sürətli artırlar. Bu vəziyyət hər zaman, hər yerdə və hər cəmiyyətdə təkrarlanmasa da, yenə də müşahidə olunur. Kasıb məhəllələri əhali çoxluğundan aşıb-daşır, varlılarsa varislərinin olmamasından əziyyət çəkir” – alim deyir. Dolayısı ilə doğum səviyyəsini təkcə qadının cəmiyyətdəki mövqeyi nöqteyi nəzərindən qiymətləndirmək yanlış olardı.

Lakin maraqlı bir istisnaya da rast gəlirik. Hal-hazırda İranda doğum statistikaları hər qadına 1,92 uşaq düşdüyünü göstərir. Bu göstərici Avropa İttifaqı üzrə ortastatistik göstəricidən azca yüksəkdir. İran cəmiyyətini, qərb nöqteyi-nəzərindən, bərabərhüquqlu adlandırmaq çətin olardı. Qərbləşmə siyasəti və bununla əlaqəli “qadının ali təhsil alma dəbi” müşahidə olunmayan bu islam ölkəsindən belə göstəricilər insanı heyrətləndirməyə bilməz.

Bioloq bununla yanaşı insanların yaşlılara baxma və onların qeydinə qalma davranışı məsələsinə də toxunur. İbtidai icma dövrü ovçuları üçün qocalara qayğı göstərmək sərfəli idi, çünki bunun əvəzində böyük nəsil nümayəndələrindən dəyərli həyat təcrübəsi dərsi alırdılar.

O ki qaldı kreasionistlərə, Markov qeyd edir ki, onlar da təkamül tərəfdarlarından fərqli olaraq, sərfəlidirlər. Bu mövzu daha çox siyasi müstəvidədir və bunu ən sadə belə şərh etmək olar ki, inanclı insanları idarə etmək daha asandır və istənilən hökümət bunu yaxşı dərk edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin