BiologiyaTəkamül

Alimlәr siçanlarda xәrçәngin yayılmasını dayandıran tәkamüllәşmiş zülal kәşf etdilәr.

Want create site? Find Free WordPress Themes and plugins.

Stenford tədqiqatçıları istiqamәtlәndirilmiş təkamül kimi tanınan texnikadan istifadə edərək xərçəngin yayılması qarşısını alan və beləliklə siçanlarda xəstəliyin yayılmasını dayandıran bir zülal yaratdılar. Bu ümid verici nәticәlәr bir gün bu yeni müalicәnin kimyәvi terapiyadan daha təhlükəsiz vә daha effektiv alternativ müalicә kimi istifadə edilәcәyini düşündürür. Tədqiqat Nature Chemical Biology jurnalında nәşr olunub.
Xәrçәng bәdәndә yarandıqdan vә böyüdükdәn sonra bәdәnin digәr orqanlarına yayılır vә ya bәdәnin digәr sahәlәrindә digәr şişlәr yaranır. Metastaz kimi tanınan bu proses әslindә insanlarda xәrçәng ölümlәrinin tәxminәn 90%-dәn mәsuldur. Metastazı dayandırmaq üçün çox sayda dәrman hazırlanmışdır, lakin tәәssüf ki, onlar çox da sәmәri deyil vә onların faydalarını mәhdudlaşdıran ciddi yan tәsirlәri var. Stenford alimlәri buna görә metastaza mane olan yeni, daha tәhlükәsiz yol tapmaq istәyirdilәr, buna görә yenidәn zülallara baş vurdular.
Bir neçə il əvvəl alimlər metastazda mühüm rol oynadığı düşünülәn Axl adlı reseptor aşkar etdilәr. Axl reseptoruna Gas6 adlı zülal birlәşir vә bu zaman siqnalların bir dalğa kimi yayılması nəticəsində hüceyrәdә olan xәrçәg inkişaf edir vә bәdәnin digәr sahələrinә yayılır. Stenford komandası buna görə də metastaza mane ola biləcәk Axl və Gas6 әlaqәsinin qarşısının alınmasında maraqlıdırlar, bunun üçün “Axl”in bir “tәlә” versiyasını yaratdılar. Bu yeni zülal xərçəng hüceyrələri üzərində “Axl”in tәbii versiyasından daha effektivdir və metastatik siqnalları yavaşladıb blokladığı vә laboratoriya şәraitindә Gas6 bağladığı müşahidә edilib. Təbii “Axl”dәn 100 dәfә daha effektiv olan yeni Axl Gas6 ilә daha güclü bağlanır.
Bu zülalı yaratmaq üçün tədqiqatçılar istiqamәtlәndirilmiş təkamül kimi tanınan texnikanı mәnimsәyiblәr. İstiqamәtlәndirilmiş tәkamül sürәtlә arzulanan xüsusiyyәt vә ya funksiya üçün proteinlәri mutasiyaya uğradır vә sınaq balonunda tәbii tәkamülü tәqlid edir. Darvinist təkamül təbiətdә çox yavaş baş verir, lakin alimlәr sürətli genetik manipulyasiyadan istifadə edərək prosesi sürətləndirә bilir. Onlar Axl zülalı üçün 10 milyon fərqli DNT ardıcıllığını zülalın  dəyişdirilmiş versiyaları üçün  kodlaşdırıblar.
Sonra onları Gas6-la әlaqәlәndirәrәk hansının daha yaxşı olduğunu görmәk üçün bu mutantları nәzәrdәn keçirdilәr. Әn yaxşı namizəd seçilәndәn sonra qan, uzun ömürlülüyü vә Gas6 ilә yaxınlığını artırmaq üçün bir neçə digər yekun dəyişiklik edildi. Qrupun işi Gas6 ilә әlaqәsi qaçınılmaz olan bir zülal ilə sona çatdı.
Qrup daha sonra döş xәrçәngi və  yumurtalıq xərçəngi olan siçanlarda yaratdıqları zülalı tәtbi etdi və metastazın qarşısının alındığını, xəstəliyin inkişafının dayandığını müşahidә edildi. Müalicə edilәn döş xərçəngli siçanlarda digәrlәrindәn 78% və yumurtalıq xərçəngi olan siçanlarda isә 80% daha az metastaz  müşahidә edilib. Bundan başqa, zülalın heyvanlarda toksik olduğu qeydә alınıb.
Bu ilkin nəticələr belə ümid verici olduğundan tədqiqatçılar artıq insan üzәrindә sınaq etmәk mәsәdi ilә təsdiq haqda müraciət etmәdәn əvvəl təhlükəsizliyi və effektivliyi təmin etmək üçün daha çox heyvan üzәrindә tədqiqat aparacaqlar. Ancaq yalnız kiçik miqdarda zülal istehsal edildiyi üçün kütlәvi istehsal üçün bir yol tapmaq lazımdır.
Qaynaq: İflscience

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: