BiologiyaTəkamül

Canlılarda simmetriya. Assimetik canlılar.

Want create site? Find Free WordPress Themes and plugins.
Simmetriya canlılara üstünlük təmin edən bir xüsusiyyətdir, ancaq bu qətilyyən əümumiləşdirilə və hər şeyə tətbiq edilə bilməz. Bəzi qaynaqlar biologiyanı bilmədikləri və canlılar haqqında ətraflı məlumatları olmadığı üçün insan əsaslı və ətrafındakı bir neçə heyvan üzərindən bütün açıqlamalarıı edə bilirlər.

Məsələn dəniz döşəməsində olan süngərlər (Porifera filimi) tamamilə asimmetrikdir və heç bir simmetriyaya rast gəlinməz.


Ayrıca Uca pugnax adlı bir yencək növünün bir məngənəsi digərindən onlarla dəfə böyükdür.



Dəniz kərgədanlarının bir buynuzu həddindən artıq uzunkən, digəri çox qısa ola bilər.


Ən maraqlı nümunələrdən biri yastı balıq deyilən bir növdür. Bu növ dəniz döşəməsində yaşayır və gözləri asimmetrik olaraq təkamülləşmişdir. Bir skat kimi düşünə bilərsiniz, skatda gözlər başın iki yanındadır. Bu heyvan da bənzər şəkildə hərəkət etməsinə baxmayaraq, bir göz yuxarıya tərəf böyümüşdür, digəri aşağıda kiçik qalmışdır. Bunun səbəbi ovçuların həmişə üst tərəfdən gəlməsi, alt tərəfdə isə qidaların olması və yastı balığın kiçik bir gözlə belə görülə biləcək qidalarla bəslənməsidir.
Bənzər şəkildə bir çox bayquşun qulaqları asimmetrikdir.




Ayrıca xarici görünüşümüz simmetrik olsa belə daxili orqanlarımız asimmetrikdir: ürək soldadır, ağciyərlər asimmetrikdir, qaraciyər, dalaq, bağırsaqlar – bunların hamısı asimmetrikdir.
Simmetriya təməl olaraq heyvana üstünlük təmin edər, çünki ümumiyyətlə təbiətdə bir təhlükənin və ya ovun sağda və ya solda olması ehtimalı, yuxarıda və ya aşağıda olma ehtimalı böyük nisbətlərdə eynidir. Bu səbəblə simmetrik canlılar təkamülləşmişdir. Ayrıca, bəzi fiziki qanunlara görə də simmetriya üstünlük təmin edə bilər: Məsələn asimmetrik bir leopard, kifayət qədər sürətli qaça bilməz və ya qartal kifayət qədər təsirli uça bilməz(baxın: havanın müqaviməti, moment kimi anlayışlar).
Ancaq bəzən təbiət ekoloji faktorlar altında simmetriyanı poza bilər, onsuz datam bir simmetriyaya sahib olmaq statistik olaraq mümkün deyil. Ən bilinən nümunə üzünüzün iki yarısının bir-birindən olduqca fərqli ola bilməsidir. Qollarınızın uzunluqları millimetrlərlə də olsa fərqli ola bilər. Canlıların simmetriyadan sapma, yəni asimmetrik olma fazilərinə baxaraq təkamüllü keçmişlərini və qohumluqlarını ortaya çıxa bilməmiz mümkündür. 
Əgər canlı simmetriksə bunun təmin edən isə genlər olur, hər zaman olduğu kimi. Gen bəlli orqanlara nəzaət etdiyi üçün üçün qol və qıçlarınız iki yanınızda simmetrik olaraq yaranar və ya gendə baş verən dyişiklik simmetrik olaraq təsir edər. Ancaq bu da inkişaf pozuqluqlarına bağlı olaraq dəyişə bilər. Məsələn bəzi insanlarda qıçlar asimmetrik olar və bu sümüklərin şəkillərinin pozulmasına və irəlidə bel və kürək ağrılarına qədər gedə bilər. Genetik pozuqluqlar və mutasiyalar da bu simmetriyada sapmalara və pozulmalara səbəb ola bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: