Want create site? Find Free WordPress Themes and plugins.
Çarlz Darvin elm tarixinə təkamül nəzəriyyəsinin banisi kimi daxil olmuşdur. Darvinin nəzəriyyəsi uzun illərdir ki, müasir biologiyanın əsaslarından biri olaraq qalır və o olmadan elmi təsəvvür etmək mümkün deyil.

12 fevral günü elm tarixinə təkamül nəzəriyyəsinin yaradıcısı kimi adını yazdırmış ingilis səyyah və təbiətşünas Çarlz Darvinin anadan olmasının 205-ci ildönümü qeyd edildi.

Bu nəzəriyyənin artıq 150 ildən çox yaşı olsa da, yenə də cəmiyyətdə qızğın mübahisələrə səbəb olur, hətta məktəblərdə tədrisininin qadağan edilməsi tələblərinə qədər. Bu arada, Darvinin nəzəriyyəsi artıq uzun illərdir ki, onsuz elmi təsəvvür etməyin mümkünsüz olduğu müasir biologiyanın əsaslarından biridir.

Lakin biologiyanın müasir təsəvvürləri Darvinin dövründən bu günə qədər xeyli təkamülləşmişdir. Moskva Dövlət Universitetinin biologiya fakültəsinin təkamül biologiyası kafedrasının müdiri, insanın mənşəyi haqda bəhs edən kitabın müəllifi və “Prosvetitel” mükafatı laureatı Aleksandr Markov RİA Novosti‘yə Darvinin səhvlərilə yanaşı cəmiyyətdə onun nəzəriyyəsi barədə dolaşan yalnış təsəvvürlərdən danışdı.


Qazanılan irsiyyət


Darvin qazanılan əlamətlərin irsən ötürülə biləcəyinin mümkünlüyünü rədd etmirdi, misal üçün, məşq nəticələrinin birbaşa ötürüldüyünü.

Bu, Darvinin spesifik səhvi deyildi, o vaxt hamı belə düşünürdü. Həyat ərzindəki təlim və hadisələr irsiyyətə təsir edə bilərdi – bu, ümumən qəbul edilmişdi. Yalnız bir neçə on illik sonra alman zooloqu Avqust Veysman təcrübi olaraq sübut etdi ki, misal üçün, əgər nəsillər ərzində siçovulların quyruğunu kəssək, bu, irsiyyətə təsir etməyəcək, quyruqsuz siçovul balaları doğulmayacaq. Və digər təcrübələrlə qazanılmış əlamətlərin irsən ötürülmədiyi təsdiq edildi.Lakin molekulyar biologiyanın yeni nailiyyətləri yenə də bir sıra spesifik istisnaların olduğunu göstərdi. Yəni Darvin 100% səhv etmirdi.

Qandaki irsiyyət daşıyıcıları

Darvin hesab edirdi ki, irsi əlamətlərin daşıyıcıları submikroskopik obyektlər – gemmulalardır, hansılar ki qan cərəyanı ilə cinsi hüceyrələrə düşür və irsi informasiyanı daşıyırlar.
Markov deyir:

İrsiyyətin təbiətini bilmədən o, qazanılan əlamətlərin irsən ötürülməsinin izahı üçün molekulyar mexanizm yaratmağa çalışırdı və pangenezis fərziyyəsini irəli sürdü. O, hesab edirdi ki, bədən hüceyrələrində bədəndə baş vermiş hadisələrlə bağlı informasiyaları, əldə edilən təcrübəni saxlayan belə hissəciklər mövcud olmalıdır və bunlar qan cərəyanı ilə cinsi hüceyrələrə düşür və informasiyanı ötürürlər. Bu olduqca cəsarətli hipotez idi, lakin ümumən təsdiq edilmədi. 

O qeyd etdi ki, texniki olaraq belə bir ehtimal ola bilərdi: ali canlıların xromosomlarına basdırılmış, Darvinin gemmulalarının rolunu oynaya biləcək endogen retroviruslarla bağlı hipotez var idi.

Təbii seçmənin rolunu azaltdı

Sonraki işlərində Darvin təbii seçməni lazım olduğundan az dəyərləndirirdi. Markov qeyd edir:

Darvin sonraki nəslin tənqidinə çox hissiyatlı idi. Bu səbəbdən “Növlərin Mənşəyi” kitabının birinci nəşri indi ən yaxşısı hesab olunur.  O, sonraki nəşrlərə bir çox düzəlişlər əlavə etmişdir. Xüsusilə də təbii seçmə mexanizminə əvvəllər verdiyi əhəmiyyəti azaltdı: mühitin təsirləri və uyğunlaşma ilə bağlı bir çox şərtlər əlavə edirdi. Lakin bu gün aydındır ki, Darvinin, təbii seçmənin hərəkətverici rolu ilə bağlı olan ilk versiyası həqiqətə daha yaxın idi.

O həmçinin vurğuladı ki, Darvinin dövründə irsiyyətin və dəyişikliyin təbiəti məlum deyildi. DNT, xromosomlar, mutasiyalar haqda heç nə bilməyərək Darvin, bu yarımçıq məlumatlar işığında planetimizdəki canlı müxtəlifliyini təmin etmiş əsas təkamül mexanizmini tapmağa nail oldu.

Cəmiyyətin səhvləri

Darvin həyatın necə yaranması ilə bağlı heç nə demirdi.

O, ümumiyyətlə bu haqda yazmırdı. Kitablarında həyatın necə yarandığı haqda bir söz belə yoxdur. Yalnız bir dəfə tanışı Xukerə yazdığı məktubunda bir frazada həyatın özündən yarana biləcəyi barədə qeyd etmişdi. Son nəşrlərində o hətta Yaradan haqda yazmışdı.

Təkamül – təsadüfi prosesdir

Təkamülü tez-tez qeyri-adi, məqsədəuyğun şəkildə hazırlanmış varlıqların meydana gəlməsinə səbəb olan kor mutasiyaların hədəfi olaraq görürlər. Lakin Darvinin təbii seçməsi heç də kor qüvvə deyil.

Bu, təkamülə istiqamət verən ciddi qanunauyğun prosesdir, məhz bu, canlı orqanizmlərin məqsədəuyğun hesab edilən quruluşlarını izah edir. Təsadüfi proses və təbii seçmə təsiri altındaki təkamül arasında uçurum var. Təkamüldə təsadüfi mutasiyalar və genetik sürüşmə kimi təsadüfi proseslər olur, amma bunlar istiqamət vermir.

Meymundan yaranan insan?

 
“İnsan meymundan yarandı” cümləsi yalnış şərh edilə bilər.

Anlayışın bir çox variantlarında, misal üçün, əgər “meymun” dedikdə müasir meymunlar nəzərdə tutulsa, yalnış olacaq. Biz nə şimpanzelərdən, nə oranqutanlardan, nə də qorillalardan yaranmışıq.

İnsan onlarla ortaq əcdada sahibdir: insan və şimpanzenin son ortaq əcdadı 6-7 milyon il əvvəl yaşamışdır, elə ondan da yaranmışıq.

Bioloji taksonomiya nöqteyi-nəzərindən bu ortaq əcdad primatlar dəstəsinə, qıyıqburunlu meymunlar qrupuna aid idi. Amma taksonomiya nöqteyi-nəzərindən insan meymundan yaranmayıb, elə özü meymundur, insanabənzər primatlara aiddir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin