Təkamül

Fosillərin araşdırılması, analizi və təsnifatı.

Want create site? Find Free WordPress Themes and plugins.

Sual:
İnsanlarla ortaq bir atadan gəldiyi düşünülən bir canlı qalığının homo cinsindən olduğu necə bilinir? Məsələn homo erectus fosilini şimpanze fosilindən fərqləndirən şey nələrdir?

Bunu anlaya bilmək üçün, əvvəlcə, insanların tək bir cinsə aid olmadığını bilməmiz lazımdır. 6 milyon il qədər əvvəl başlayan insan və yaxın qohumlarının (şimpanzelərdən insana gedən qolun ayrılmasından sonrakı) təkamülündə təməl olaraq təyin olunan 7 fərqli cins və bu cinslərə aid olaraq təsbit edilən təxmini olaraq 30 fərqli insan növü var. Cins kimi bunları nümunə olaraq verə bilərik:

  1. Sahelantropus
  2. Orrorin
  3. Ardipithecus
  4. Australopithecus
  5. Kenyanthropus
  6. Paranthropus 
  7. Homo

Bu adların bəzilər sadəcə bir növ ehtiva etsə də, onların olduqları zamanın günümüzə daha yaxın olmadığı üçün Homo cinsinə aid 10 fərqli növ, Australopithecus cinsinə aid 8 fərqli növ təyin olunmuşdur. Bunların hər biri arasındakı keçidlər, növlər və fosillərlə haradasa tamamilə dəqiq olaraq bilinir (bəzi mübahisəli nöqtələr olsa da). Bu, insan təkamülünün elm tərəfindən nə qədər detallı bir şəkildə təyin olunduğunu göstərir. Əlbəttə ki, yeni tapıntılarla bu növ sayları artacaq və budaqlanacaq.

Burada suala cavab vermək üçün sadəcə insanı istifadə etdik, ancaq sualı digər bütün növlərə şamil etmək də mümkündür. Bir qalığın analizi ümumidən xüsusiyə doğru saysız təcrübə, test ilə edilır və bunların nəticəsində, əvvəl detallı olaraq növ tərifi, sonra isə ümumiyyətlə o növün içərisində xüsusi bir variasiya (növ) olub olmadığı belə diaqnoz edilə bilinməkdədir. Yenə insan fosillərindən bəhs edək (ancaq bunların hər hansı bir növ üçün də etibarlı olduğunu unutmayın):

Təkamüllü müddətdə geriyə getdikcə gedərək daha çox növün ortaq atası olan canlıları görürük. Məsələn bundan 500.000 il qədər əvvələ getsəniz, Homo sapiens ilə Homo neanderthalensisin ortaq atası olan Homo heidelbergensis növü ilə rastlaşarsınız. Ancaq 6 milyon il geriyə getsəniz, bəlkə də digər bütün insan növlərinin atası olan (ən az 30 növün atası olan) Sahelantropus tschadensis növünü görərsiniz. Bundan 26 milyon il əvvələ getsəniz, Propliopithecus cinsini görərsiniz, bu, bütün İnsanabənzər meymunların (şimpanzelər, qorillalar, insanlar, oranqutanlar və gibonlar) ortaq atasıdır. 30 milyon il əvvələ getsəniz Saadinus cinsini görərsəniz (bu da bütün Köhnə Dünya Memyunları (Afrikada yaşayan bütün meymunlar) ilə İnsanabənzərlərin ortaq atasıdır). 47 milyon il əvvələ getsəniz, lemurlara daha yaxın olmasına baxmayaraq bütün primatların ortaq atasını təmsil edən Darwinius masillae (İda) növünü görərsiniz. 60 milyon il əvvələ getsəniz Plesiadapis cinsinə, yəni primatların ortaq atalarından biri olduğundan əmin olduğumuz bir cinsi görərsiniz. Təbii ki, bunlardan daha yaşlısı da var. 600 milyon il əvvələ getsəniz qurudakı bütün heyvanların atalarına, 1 milyard il əvvəlinə getsəniz bütün çox hüceyrəli canlıların atalarına, 4 milyard il əvvəlinə getsəniz var olan, olmuş və olacaq olan bütün canlıların ortaq atasını (koaservatlar) görərsiniz. Təkamül Biologiyasının baş döndürücü gücü bu açıqlayıcılığından və dəqiqliyindən gəlir.

Yaxşı, bu milyonlarla, milyardlarla fərqli növ fosilləri bir-birlərindən necə fərqləndirilər? Məsələn alimlər əldə olan qalıqları nəyə görə “Homo cinsinə aiddir” ya da “Pan (şimpanze) cinsinə aiddir” deyərək fərqləndirə bilirlər?

Bunun üçün bir çox üsul istifadə edilir. Öncə morfoloji xüsusiyyətlərə baxılır. Bir çox fosil mütəxəssisi biologiya, paleontologiya, antropoloji, arxeologiya və geologiya kimi elm sahələri üzrə ixtisaslıdır. Buna görə canlıların ümumi formaları və nəyə oxşadıqları mövzusunda çox geniş məlumatları var. Bna görə ilk baxışda bir canlının təxmini olaraq hansı canlı qrupuna aid olduğunu anlaya bilmələri çətin deyil. Çoxumuzun “daş parçası” kimi düşündüyümüz bir qalıq bir alimin gözündə məsələn bir Orbiculoidea missouriensis növünə aid ola bilər. Alimlər bir baxışda bu qədər dəqiq təyin edə bilirlər. Ancaq bu, həmişə mümkün deyil. Məsələn, bir kəllə fosili tapıldığı zaman kəllənin ümumi quruluşuna baxaraq alim tapıntının bir insana aid olduğunu söyləyə bilər və qəti bir şəkildə bir şimpanzeyə aid olmadığını bildirə bilər, ancaq hansı insan növünə aid olduğunu deyə bilməsi üçün daha detallı məlumatlar lazım ola bilər.

 

Yuxarıda, sırayla Orbiculoidea missouriensis növünə aid fosillər və fosillərin ola biləcəyi formalara dair kobudca bir siyahısı verilib.

İnsan növlərindən bəhs etdikdə alimlərə lazım olan məlumatların ən önəmlisi kəllə həcmidir (cranial capacity). Bu da morfoloji xüsusiyyətlər arasındadır. Çünki insan təkamülünün ən əsas xüsusiyyəti beynin təkamülüdür və beynin təkamülünün xəritəsi kəllənin beynin böyüməsinə düz mütənasib olaraq genişlənməsinə görə çıxarılır. Məsələn A. garhi növündə 450 sm kub olan kəllə həcmi, H. habilis növündə 600 sm kuba olur, bir Homo sapiensdə isə bəzən 1500 sm kub ola bilir. Yəni kəllə həcmi insanın təkamül pillələrində günümüzə yaxınlaşdıqca artmaqdadır.

Üstəlik, ümumiyyətlə, bir növə aid sadəcə kəllə tapılmır, skeletə dair daha bir çox parça da fosilləşir və tapılır. Bu hallarda skelet quruluşu, sümük bağları, sümük tipləri kimi bir çox xüsusiyyət də edilən müqayisələrdə istifadə edilir. Aşağıd, Neandertallara aid olan saysız fosillərdən bəziləri göstərilib:

Bu digər qalıqlar arasında elm insanlarına ən geniş məlumatları verən ünsürlərdən biri xüsusilə bəslənmə tiplərinə (qida rasionu) görə dəyişən diş strukturlarıdır. Əsasən, ət ilə bəslənən növlərdə dişlər daha itidir. Daha çox otla bəslənən növlərdə isə arxa dişlər daha böyük və sayca çoxdur. Dişlər bir növü fərqləndirmədə çox böyük əhəmiyyət daşıyırlar. Darvin və digər alimlərin yalnız bir diş qalığından növü fərqləndirə bildikləri və edilən araşdırmalar nəticəsində təxminlərinin əksərən doğru çıxdığı bilinir. Darvin bu şəkildə – yalnız diş qalıqlarından bir Megatheriumu müəyyən etdiyini və İngiltərədə edilən araşdırmalarda təxmininin doğru çıxdığı məlumdur. Üstəlik, dişlər əsasən, canlının bəslənmə tipindən yola çıxaraq yaşadığı ekosistemi anlamamız və paleobioloji analizlər etməmiz baxımından da faydalıdır. Aşağıda fərqli diş tiplərinə aid fosillər görülməkdədir.

Ayrıca, bəzən yaxın dövr fosillərindən genetik material əldə etmək belə mümkündür. DNT-nin 50.000 – 100.000 il boyunca yaxşı qorunmuş fosillərin üzərində qala bildiyi bilinir. DNT-si əldə edilən bir canlının taksonomik təsnifi son dərəcə asanndır. Çox təəssüf ki, qatran içinə batmış və təsadüfən qeyri-adi səviyyədə yaxşı qorunan fosillər istisna olmaqla çox vaxt genetik material çox asan pozulduğundan bu mümkün olmur,. Məsələn Neandertal fosillərindən DNT əldə etmək olduqca asankən, bir dinozavr DNT-i əldə etmək qeyri-mümkündür.

Bu şəkildə üsullar istifadə edilərək və müqayisəli anatomiya kimi elm sahələrinə müraciət edilərək olan fosillərin növləri fərqləndirilə bilinir.

Bunlardan başqa əgər hələ də növün təyin olunması mümkün olmursa, bəzi arxeometrik üsullara müraciət edilir. Məsələn, ilk olaraq canlının yaşadığı dövrün müəyyən olunması üçün nisbi və qəti tarixləndirmə üsullarıyla növün nə qədər əvvəl yaşadığı omüəyyən edilir. Bu texnikalar son dərəcə qəti nəticələr verə bilir.

Sonra bu dövrə aid məlumatlar təyin eidlir və qiymətləndirilir. Fosilin tapıldığı bölgənin, yaşadığı zamanın şərtləri göz önünə alınaraq analiz edilir. Varsa, növün ətrafında eyni dövrdə yaşamış canlıların fosilləri və digər qalıqları analizə daxil edilir.

Sonra növün paleobioloji əlamətlərini müəyyən edilir. Əgər varsa, fosillər üzərindəki izlərdən mühitin ovçuları və ovladığı növlər araşdırılır. Bu, qida zəncirindəki yerinin aydın ola bilməsi baxımından əhəmiyyət daşıyır. Məsələn, bir çox qalığın qarın bölgəsində ölmədən əvvəlki son yeməyinin də qalıqları və parçaları fosilləşir. Bu sayədə qida zəncirindəki yeri aydın ola bilər.

Bundan başqa fosilin nəsil artırma forması da analiz edilir. Eynilə son yeməklərin fosilləşməsi kimi, bəzən ana rəhmindəki balalar belə fosilləşə bilir. Bu sayədə bəzən növlərin analizi embrioloji analizlər ilə də edilir.

Burada geoloqlar işə qatılır. Növün yaşadığı dövrün geologiyasını anlamağa çalışılar. Əgər əlimzdə Fanerozoy dövrdə (542 milyon il əvvəl ) yaşamış bir növün fosili varsa növün yaşadığı dövrün şərtləri, iqlimi, coğrafiyası, biologiyası haqqında 100%-ə yaxın məqsədəuyğunluqla məlumatlar əldə edilə bilər, çünki geoloqlar indiki vaxtda bu nəhəng zaman dilimini bir neçə min illik dilimlərə bölə biləcək qədər incə məlumatlara sahibdirlər. Növün ekoloji vəziyyətinin analizi sayəsində hansı növ qrupuna aid olduğu da aydın ola bilər.

Bunlar da kafi olmazsa və ya daha incə analizlərin edilməsi istənirsə riyazi kompüter modelləri tətbiq olunur. Bu modellər sayəsində sümüklərin bir-birləriylə olan bağı və birgə hərəkət zamanı canlıya necə bir forma qazandıracaqları analiz edilir. Növün hərəkət və davranış formaları, əvvəlki məlumatlar və fərziyyələrlə müqayisə edilir və əldəki məlumatlar genişləndirilir. Növün oynaq, sümük, skelet, duruş kimi xüsusiyyətləri dəqiq bir şəkildə ortaya qoyulur.

Bunlardan başqa  əlavə analizlərə və testlərə müraciət edilir. Bu testlər sayəsində sümüklərin tapıldığı mühitin növlər ilə olan əlaqəsinə və növlərin həyat müddətlərinin dalğalanmalarına baxılır. Bu analizlər əsnasında sümüklərə zərər verilmədən testlər icra edilir. Bütün bunların nəticəsində əldə edilən məlumatlar məlumat hovuzuna əlavə olunaraq riyazi kompüter modelləri daha da genişləndirilir və növün xüsusiyyətləri daha dəqiq bir şəkildə təyin olunur.

Bu da kafi olmasa digər elmlər də işə qatılır: litik analizləri, arxeometalurigiya, paleoetnobotanika, palinologiya, zooarxeologiya kimi sahələrdən dəstək alınır və bu sahələrin işləriylə əldəki məlumatlar birləşdirilərək müqayisə edilir. Səhvlər sıradan çıxarılır. Bütün bu əməliyyatlar arxeometrik analizlərlə yenilənir və detallandırılır. Bütün bu müddətdə edilən analizlər və testlər arasında radiokarbon yaş ölçmə, dendroxrinologiya, termoluminesans yaş ölçmə, optik impulslu luminesans, elektron spin rezonansı, kalium-arqon yaş ölçməsi, rentgen floresans, induksiya ilə cütlənmiş plazma kütlə spektrometri, neytron aktivasiya analizi, elektron mikroskopu analizi, lazer induksiyalı qırılma spektroskopiyası, provenans analizi kimi yüzlərlə metod var.

Nəticə olaraq, bütün bu əməliyyatlarda əldə edilən tapıntılar çox dəqiq bir şəkildə fosili  təsnif etməmizi təmin edir. Bu təsniflər  heç vaxt Təkamül Biologiyası ilə ziddiyyət təşkil edəcək məlumatlar təqdim etməmişdir. Bütün  analizlərin nəticəsində Təkamülçü Bioloqların nəzərdə tutduğu növ əlaqələri dəstəklənir və təkamül prosesi müəyyən edilir. Təkamül Biologiyasının verdiyi istiqamətləndirici və işıqlandırıcı məlumatlar bütün bəhsi keçən elmlər tərəfindən istifadə edilir. Bu elmlərin tapıntıları isə Təkamül Biologiyasının inkişaf etdirilməsində və gücləndirilməsində rol oynayır. Beləcə, elm tamamilə tərəfsiz bir şəkildə, yalnız təbii həqiqətlərə söykənərək irəliləyir, güclənər və həqiqətə bir addım daha yaxınlaşmamızı təmin edir.

Qaynaqlar :

  1. Pubs
  2. Talkorigins
  3. Biology
  4. Wisegeek
  5. Wikipedia
  6. Uky
  7. Paleoportal
  8. Kgs
  9. Kgs 2
  10. Invertebratepaleontology
  11. Oceansofkansas

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Etiketlər
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: