BiologiyaTəkamül

Gözün təkamülü

Want create site? Find Free WordPress Themes and plugins.
Bir çox canlı üçün olduqca əhəmiyyətli bir yerə sahib olan və kompleks bir duyğu orqanı olan gözün təkamülü yüz milyonlarla illik bir müddətdə baş vermişdir. Belə kompleks bir orqan günümüzdəki halına olduqca kiçik addımlar halında, mərhələ-mərhələ gəlmişdir. Canlıların çoxalarkən çox kiçik bir miqdarda mutasiyaya uğradığı və DNT-nin 100% səhvsiz bir şəkildə kopiyalanmadığı bilinən bir həqiqətdir. Bu təsadüfi, son dərəcə kiçik səhvlərin milyonlarla il sınağı nəticəsində böyük dəyişikliklər ortaya çıxmaqdadır. Lövhələrin hərəkəti və zəlzələlərin nəticəsində illik 1-2 sm-lik sürüşmələrlə Afrika və Cənub Amerika arasındakı məsafənin nə ölçüdə uzaqlaşdığına baxsaq, bu müddət içərisində canlılardakı dəyişikliyin də nə ölçülərə çata biləcəyini anlamaq mümkün olar.

Bəhs edilən DNT-nin kopiyalanması əsnasında reallaşan səhv çox kiçik bir rəqəmdir. Çünki digər tərəfdən böyük mutasiyaların nəticəsi ölümcül olmaqdadır. Ən yaxşı ehtimalla canlı yaşasa da digər kiçik nisbətdə mutasiyaya uğramış olan növlər əksəriyyət təşkil etdiyindən üstün gələcəklərdir. Bu mutasiyaya uğramış canlı hər istiqamətdən qüsursuz, mükəmməl və digərlərinə fərqlənəcək növ olsa da ünsiyyət və əlaqə qura bilmədiyi müddətdə yox olmağa məhkumdur. Təbii seçim ən yaxşı olanları deyil yaşamağa və törəməyə ən əlverişli olanları seçir.

Gözün həyati istiqamətdən daşıdığı əhəmiyyət bilindiyi üzrə olduqca böyükdür. Çox az bir görüş əhatəsi belə canlının taleyini dəyişdirə bilir. Gözün funksiyasının nə qədər yaxşı olduğu deyil, digər növlərə görə nə qədər yaxşı olduğu əhəmiyyətlidir. Bu səbəblə canlının bir az olsun görməsi heç görməməsindən daha yaxşıdır. Bu minvalla göz günümüzə qədər inkişaf edərək gəlmiş, fərqli növlərdə fərqli şəkillərdə özünü göstərmişdir.
lightbox

lightbox

Əvvəlcə insan gözünün quruluşunu araşdıraq:
 Göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gozləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur.Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncundən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır. Buna buynuz qişa deyilir. Buynuz qişa işıq süalarını sərbəst surətdə içəri buraxır. Ortadakı damarlı qişadan sıx qan damarları şəbəkəsi keçir, bunlar göz almasını qanla təchiz edir. Bu qişanın daxili səthində işıq şüalarını udan nazik boyayıcı maddə – qara piqment qatı vardır.Gözün damarlı qişasının ön hissəsinə qüzeyli qişa deyilir. Onun rəngi (açıq mavidən tutmuş tund qara rəngə qədər) piqmentin miqdarından və bu qişada paylanmasından asılıdır. Bəbək – qüzeyli qişanın mərkəzindəki dəlikdir. Bəbək gözün içərisinə işıq şüalarının düşməsini tənzim edir. Parlaq işıqda bəbək reflektor olaraq daralır. İşıq zəif olduqda bəbək genəlir. Bəbəyin arxasında iki tərəfi qabarıq şəffaf büllur yerləşir. Büllur kirpikli əzələlərlə əhatə olunur. Bu əzələlərin yığılması onun səthinin qabarma dərəcəsini dəyişdirə bilir. Şüallar büllurdan sonra göz almasının bütün içəri tərəfini tutan şəffaf şüşəyəbənzər cisimdən keçib gözün daxili və çox zərif olan tor qişasına düşür.Tor qişa çox mürəkkəb quruluşa malikdir. Burada işığa həssas hüceyrələr yerləşir. Bunlar görmə reseptorları rolunu oynayır. İşıq şüaları ilə qıcıqlandırıldıqda onlarda oyanmalar baş verir ki, bunlar da görmə sinirləri ilə baş beyinin görmə mərkəzinə otürülür.Torlu qişanın işığa həssas hüceyrələri çöpcüklər və kolbacıqlardan ibarətdir. Çöpcüklər zəif işıqlarla qıcıqlanır, lakin əşyaların rəngini qəbul etmir. Kolbacıqlar ancaq parlaq işıqdan qıcıqlanır və rəngləri seçmək qabiliyyətinə malikdir. Gözün arxa divarının ortasında torlu qişada kolbacıqlar topası yerləşərək sarı ləkəni əmələ gətirir. Bunlar da işıq qıcıqlarına həssasdır.Gözün daxili şəffaf şüşəyəbənzər cismlə tutulur. İşıq şüaları işıqlanan cisimdən gözün xarici səthinə düşüb buynuz qişasından, şəffaf mayedən və bəbəkdən keçərək, büllura düşür və burada əşyanın kiçilmiş əks xəyalı alınır. Büllur qişa daha qabarıq və daha yastı ola bilir. Yaxındakı əşyalara baxdıqda büllurun əyriliyi artır, buna görə də şüalar gözdə daha çox sınır və tor qişada əşyaların aydın xəyalı alınır. Biz uzaqdakı əşyalara baxdıqda büllur yastılaşır və burada şüalar az sınır. Yaxını görən adamlarda ya göz almasının forması uzanır və ya büllur qüvvətli qabarır. Hər iki halda uzaqda yerləşən cismin gözdə xəyalı torlu qişanın üzərinə düşür, ondan qabaqda alınır. Ona görə də uzaqda yerləşən cismə baxdıqada, o, aydın görünmür. Göz alması qısaldıqda və ya büllur basıldıqda uzaqda olan cismin xəyalı torlu qişanın arxasında alınır. Bu adamlar uzaqgörən adlanır. Yaxıngörənlər və uzaqgörənlər müvafiq eynək taxmaqla bu çatışmazlıqları aradan qaldırırlar.

Heyvanlarda isə çox müxtəlif göz formalarına rast gəlinməkdədir. Kimi canlıların gözləri bədənin qarşısında işığa həssas hüceyrələrdən meydana gələrkən kimiləri yalnız qaranlığı işıqlığı fərqləndirə bilir. Torpaq və dənizaltında yaşayan görmə funksiyasını itirmiş canlılar da var. Rəng koru olan canlılar, insanların görə bilmədiyi ultrabənövşəyi şüaları görə bilən böcəklər də vardır. Dərinliyi anlaya bilmədiyi üçün 3 ölçülü görə bilməyən canlılar olduğu kimi gecə fərqli gündüz fərqli görən canlılar da var. Bunlar fərqli işıq şiddətlərində korlaşarlar. Ancaq ümumi mənada canlılar rəng və ümumi forma fəqrqləndirməsi edə bilməkdədirlər.

İnsan gözünün görə bildiyi aralıq:lightbox
Gözün təkamülündə vizual pigmentlər kimi komponentlərin ortaq bir atadan gəldiyi düşünülməkdədir. Bu pigmentlər təkamüllərini tamamlamış və kompleks gözlər eyni zülalları və genetik vəsaitləri istifadə edərək görmə funksiyasını yerinə yetirməyə başlamışdır. Bir-birindən müstəqil olaraq canlılarda bu təkamül onlarla dəfə reallaşmışdır. Onurğalılarda, yumuşaq bədənlilərdə, böcəklərdə gözün təkamülü fərqli yollarda irəliləmişdir. Onurğalılarda deyildiyi üzrə sinirlərin tərs istiqamətdə olması qüsuru var. Bu onurğalıların ortaq atasına qədər müşahidə edilən bir şeydir.
İlk göz qalıqları, 540 milyon il əvvəlinə (Kambri Dövrü əvvəli) aiddir. “Kambri partlaması” olaraq adlandırılan dövrdə  təkamülləşən canlı müxtəlifliyi bir xeyli artmışdır. Kambri dövrünə aid qalıqlar zəif olduğundan təkamülün sürətini təyin etmək çətindir, ancaq bir neçə yüz min ildə insan gözü qədər kompleks bir gözün təkamülləşə biləcəyi görülmüşdür.
lightbox

Gözün təkamülünün başlanğıcına gedildiyində tək hüceyrəli orqanizmlərdə də olan “göz xalı” adlı fotoreseptor zülallara çatılır. Bu zülallar yalnız parlaqlığı hiss edə bilməkdədir.  Bu sayədə işıq qaranlıqdan fərqləndirə bilər. Ancaq işığın istiqamətini və şəkilləri fərqləndirə bilməzlər. Bunlar demək olar ki, bütün heyvan qruplarında var.
Gözün ən qədim atası təkhüceyrəli orqanizmlərdə belə olan işığa həssas fotoreseptor zülallar idi. Onlar yalnız ətrafdakı parlaqlığı hiss edə bilər: İşığı qaranlıqdan fərqləndirə bilərlər, ki bu fotoperiodizm və 24 saatlıq tempə bağlı gündəlik sinxronizasiya üçün kifayətdir. Ancaq şəkilləri fərqləndirə bilmədikləri və işığın istiqamətini təyin edə bilmədikləri üçün görmə duyğusu meydana gətirməkdə qeyri-kafidirlər. Göz xalları demək olar ki, bütün böyük heyvan qruplarında var və evqlena daxil olmaqla, təkhüceyrəli orqanizmlərdə ortaqdır. Evqlenanın göz bəbəyinə stigma deyilir və hüceyrənin ön tərəfində olur. Bu, bir sıra işığa həssas kristalın üzərini örtən qırmızı pigment ehtiva edən kiçik bir xaldır. Hərəkəti təmin edən qamçıyla birlikdə göz xalı, orqanizmin işığa görə mövqe ala bilməsinə imkan verir. Bu, ümumiyyətlə, fotosintezi asanlaşdımaq üçün işığa yönümlü şəkildədir. Göz xalı gecə və gündüzü fərqləndirir, bu 24 saatlıq həyat ritmi meydana gətirmədəki təməl funksiyadır. Daha kompleks orqanizmlərdə vizual pigmentler beyindədir və yumurtlamağı ayın dövrləri ilə sinxronizə etməkdə rol oynadıqları sanılmaqdadır. Orqanizmlər törəmə nisbətini ən üst səviyyəyə yükslətmək üçün, sperma və yumurta ifrazını gecə vaxtı işıq miqdarındakı kiçik dəyişmələri təsbit edərək sinxronizə edə bilər.

Görmə duyğusu bütün gözlərdə ortaq olan təməl bir biokimyəvi müddətə əsaslanır. Bununla birlikdə bir orqanizmin ekoloji xüsusiyyətlərini açıqlamaq üçün bu biokimyəvi mexanizmin istifadə formaları böyük fərqliliklər göstərir: Gözlər son dərəcə fərqli strukturlarda və fərqli formalardadır. Hamısı da mexanizmin təməlini meydana gətirən zülal və molekullara müqayisədə olduqca gec təkamülləşmişdir.

Gözün əsas işıq əməliyyat vahidi incə bir pərdə içində iki molekul saxlayan xüsusiləşmiş bir fotoreseptor hüceyrədir. Bu molekullar xromoforu əhatə edın, işığa həssas opsin zülalı və rəngləri fəərqləndirən bir pigmentdir. Bu tip hüceyrə qruplarına “göz xalı” deyilir və bu hüceyrə qrupları 40 – 65 arası bir sayla ifadə edilə biləcək dəfə bir-birlərindən müstəqil olaraq təkamülləşmişdir. Bu göz xalları heyvanların, işığın istiqamətini və şiddətini son dərəcə sadə bir səviyyədə qəbul etmələrinə imkan verər. Bu görüş bir mağaranın içində, etibarda olduqlarını bilmələrinə yetəcək, ancaq obyektləri ətraflarından fərqləndirə bilməyəcək səviyyədədir.

İşığın istiqamətini fəqrləndirə biləcək çox hüceyrəli optik sistemlər göz ləkələri olaraq başlamış, daha sonra isə çanaq formasını alacaq şəkildə içə köçmüşdür. Bu sayədə parlaqlığın istiqaməti təyin olunanaq hala gəlmişdir. Düz göz ləkələrinin işığın istiqamətini təyin edə bilməməsinin səbəbi işığın hansı istiqamətdən gəlirsə gəlsin eyni işığa həssas hüceyrə qrupunu aktiv etməsidir. Çuxurlu gözlər isə işığın inkişaf et bucağına görə üzərinə düşdüyü hüceyrələri aktiv etməsini təmin edər.
 Fotonlar xromofor tərəfindən udulmaqda və enerjisi elektrik enerjisi olaraq sinir sisteminə köçürülməkdədir. Bəzi meduzalarda isə beyin olmadığından məlumat birbaşa əzələlərə göndərilməkdədir. İynə dəliyi göz adı verilən əvvəl çanağa sonra da bir otağa çevrilən göz növü  da Notilus adı verilən canlılarda var. Kornea və lupa olmadığından görünüş dumanlıdır, ancaq dərinlik, istiqamət təyinini təmin edər. Göz almazının isə retinaya düşən işığın miqdarını artırmaq məqsədiylə təkamülləşdiyi düşünülməkdədir. Beləcə orqanizmlər o dövrdə daha dərin və qaranlıq sularda yaşaya bilmişdir. Göz almazının üstünlüklərindən faydalanan canlılar basqın gəlmişdir. Onurğalılarda bu almazlar yüksək sıxlıqda kristal zülalı ehtiva edən epitel hüceyrələrdən meydana gəlmişdir. Sınma əmsalı bu kristalların konsentrasiyasındakı dəyişmələrə bağlıdır.

lightbox

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: