Hər hansı insan irqi mövcuddurmu?

0
1705
Want create site? Find Free WordPress Themes and plugins.

İnsanın təkamül biologiyasında və ya ümumiyyətlə təkamül biologiyasında ən önəmli mövzulardan biri insan irqi olub-olmamasıdır. Zamanda geri – yaxın qaranlıq dövrlərə qayıtsaq, cavab sadəcə “hə” olmayacaq, o zamanlar sadəcə insan irqinin mövcudluğu qəbul edilmir, insan irqləri başda “Qafqazlılar”, sonra “Asiyalılar”, ən sonra isə “qaradərilər” olaraq siniflərə ayırılırdı. Bioloji mənşəli irqçiliyin kədərli tarixi Stiv Qoldun “The Mismeasure of Man” kitabı daxil olmaqla bir çox mənbədə qeyd edilmişdi.

İnsan irqinin var olma ideyası o dövrlərdə bir tabu halına gəlmişdi. Biologiyanın yetərsiz inkişafı, genetik məlumatlar haqqında məlumatlarımızın olmaması nəticəsində insanların dəri rəngi, üz quruluşu, göz forması kimi bir sıra fiziki xüsusiyyətlərə əsaslanan irqi ayrıseçkiliklər ortaya çıxmış və təəssüf ki, bəzən missionerlər təkamül nəzəriyyəsinə məlumatsızcasına istinad edərək bəzi insan populyasiyalarından fərdləri zooparklarda nümayiş etdirərək əcdadlarımız və ya ara növ kimi qələmə verirdilər.

1. İrqçilik nədir? İrqçiliyin qısa tarixi

 

İrqçilik və ya rasizm insan irqlərinin bioloji və psixoloji bərabərsizliyi barəsində fikirlər toplusudur. Həmin fərqin irqlərin böyük toplum şəklində yaşadığı cəmiyyətlərin tarix və mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir. İrqçilik insanların dərisinin rənginə görə ali və aşağı dərəcələrə bölündüyünü və bir irqin digərlərindən üstün olub onlara hakim ola biləcəyini qəbul edir. Doktrinanın yaranma səbəbləri kimi psixoloji faktorlarla yanaşı iqtisadi baxışlar da əsas ola bilər. İrqçi nəzəriyyələrin həyatda tətbiqi irqi ayrıseçkiliyə gətirib çıxarır.

İrqçilik daha çox öz etnik xüsusiyyətlərini tək kriteriya kimi qəbul etmək, fərqlilik qorxusu (ksenofobiya), irqlər arasında birləşmələrə və münasibətlərə qarşı olmaq və millətçilik kimi anlayışları da özündə ehtiva edə bilər. İrqçilik sosial baxımdan ayrıseçkiliyin səbəbi olur, irqlər arasında fərq qoymaq və soyqırıma qədər gedib çıxan şiddətə haqq qazandırır. İrqçilik ümumi olaraq öz qanını daşıyan, eyni dildə danışan və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır.

Irqlərə bağlı ilk sinifləndirmələrdən birini Alman anatomiya və fiziologiya alimi Yohan Fridrix Blumnbax (1752-1840) etmişdi. Kəllə qutusu ölçülərinə əsaslanaraq insan növünü beş qrupa ayırdı: Qafqazlı, Monqol, Efiopiyalı, Amerika yerlisi və Malaziyalı. Daha sonra bütün canlıları sinifləndirən isveçli bioloq Karl Linney (1707-1778) dəri rənginə görə dörd müxtəlif irq olduğunu irəli sürdü. Ondan sonrakı bioloqlar da fiziki xüsusiyyətlərə əsaslanan irq qrupları üstündə işlədilər.

Fransız etnoloji mütəxəssisi Cozef-Artur Qobinau (1816-1882) və sonra ingilis siyasətçisi H.Ş. Çambrleyn (1855-1927) irqlər arasında bir xüsusiyyət fərqliliyi quraraq bunu ağ irqin üstünlüyünü sübut edəcək bir qaydaya uyğunlaşdırmaq istədilər. “Ari irqi” anlayışını ortaya ataraq bu irqin insanlığın əsasını qoyduğu bütün mədəniyyətlərin tək yaradıcısı olduğunu müdafiə etdilər. Bu tezislər Qərbi Avropada irqçiliyin qızışmasına yol açdı. Bu gün artıq əhəmiyyətini itirmiş olan bu tezislər arasında ağ irqin başqa irqlərə qarışmadığı müddətcə inkişaf edəcəyi fikri də vardı.

Avropalılar özləri kimi ağ olmayan insanlarla ilk coğrafi kəşflər zamanı rastlaşdılar. Ağ irqin üstünlüyü düşüncəsi müstəmləkə müharibələri və kölə ticarətinə paralel olaraq inkişaf etdi və bu günlərə qədər gəldi. İrqi ayrıseçkilik səbəbilə bəzi ölkələrdə bir arada yaşayan müxtəlif fiziki xüsusiyyətə sahib insanlar arasında düşmənçiliklər qırğınlara yol açdı.

ABŞ-da Afrikadan gətirtdikləri kölələri qırmanc gücünə sadəcə yemək verməklə işlədən fermerlər mərhəmətsiz davranışlarını haqlı göstərmək üçün köləliyin aşağı irqdən olanlar üçün təbii olduğunu irəli sürdülər. Köləliyin 1865-də qadağan olunmasına baxmayaraq irqçilik bitmədi. Xüsusilə cənubda məktəblərdə, avtobuslarda, restoranlarda, həbsxanalarda qaradərililərə qarşı ayrıseçkilik hələ də qalırdı. Qaradərililər ictimai xidmətlərdən ağdərililər qədər istifadə edə bilmirdilər. Bunun nəticəsində yoxsulluq yayıldı və qaradərililər arasında cinayət nisbəti artdı. Həmçinin, irqçi ön mühakimələrdən ötrü çox vaxt qaradərililər işləmədikləri cinayətlərdən belə məsul tutuldu.

Almaniyada Adolf Hitlerin liderliyində 1933-cü ildə rəhbərliyə keçən nazilər H.Ş Çambrleynin Ari irq fikrini mənimsədilər. Ən qatqısız Ari birliyinin Cermenlər, yəni saf qanlı almanlar olduğunu önə sürərək Almaniyanın içində olduğu böhrandan xilas ola bilməsi üçün Ari olmayan yəhudilərdən, qaraçılardan və o biri xarici irqlərdən təmizlənilməsi lazım olduğunu müdafiə etdilər. Bunun üçün Almaniyada və II. Dünya Müharibəsi zamanı işğal edilən torpaqlarda düşərgələr quruldu. Ac məhbuslara işgəncə və zorakılıq tətbiq etdilər. Yaşlı və ya gənc fərqi olmadan milyonlarla insanı qaz otaqlarında ölümə göndərdilər.

2.İrq nədir?

 

Problemin kökü yetərsiz bioloji məlumat azlığından qaynaqlandığı üçün ilk öncə bioloji irqin nə olduğuna baxmaq lazımdır. Bioloji irq və ya yayğın olaraq istifadə etdiyimiz formada irq sözü (ekotip da olaraq adlandırılır) biologiyada morfoloji olaraq bir-birindən fərqlənən, allopatridə (izolyasiya olunmuş coğrafi mühitlərdə) yaşayan populyasiyalara deyilir. Bu populyasiyalarda bəzi xüsusiyyətlər növün digər populyasiyalarına görə daha yüksək tezlikdə paylaşılır. Düzdür, bunu da vurğulamaq lazımdır ki, irq tərifinin kəskin sərhəddi yoxdur. Məsələn: bəzi siçan növləri bir və ya iki gendən qaynaqlanan dəri rənginə görə fərqlənir. Elmdə irəliləyişi təmin edən məhz bu kimi elastik mövhumlardır.

Dediyimiz kimi irqlər biologiyada bir-birindən morfoloji olaraq fərqlənən və izolyasiya olunmuş mühitlərdə yaşayan, eyni növə aid olan, lakin bəzi xüsusiyyətləri çox fərqli populyasiyalardır. İzolyasiya olunduqları üçün irqlər təkamül prosesinin ilk pilləsi sayılır. Çünki təkamül prosesinin, xüsusilə təbii seçmə mexanizminin gərək duyduğu ən önəmli faktorlardan biri coğrafi izolyasiyadır. Əgər şərtlər daha çox fərqliləşməyə yol açacaq şərtdə dəyişərsə, bu irqlər yarımnövə təkamül edəcək və daha sonra müstəqil növlərə çevriləcəklər. Təbii, bu olduqca uzun zaman dilimində baş verəcək. Lakin buna baxmayaraq bəzi sürətli təkamül sıçramaları da qeydə almaq mümkündür. Hər il demək olar ki, 1000-ə yaxın yeni bitki və böcək növü kəşf edilir və laboratoriyalarda xüsusi şərtlər altında bakteriyaların təkamülü müşahidə edilir.

Əslinə baxsaq “irq” sözü insan biologiyası xaricində biologiyada istifadə edilən bir mövhum deyil. Bioloqların digər növlərin alt qrupları üçün fərqli kəlimələri mövcuddur. Ən aşağı səviyyədə  nahiyə (ing. deme), lokal yerləşdirmə populyasiyalarıdır. Nahiyə növ daxilində alt bölmə və ya növ tipi olmaqdan başqa bir şey ifadə etmir. Kiçik insan etnik qrupları və qəbilələri belə bir neçə nahiyədən ibarətdir. Alt bölümün başqa bir tipi olan ekotip isə müəyyən mühitə və ya ortaq adaptasiyaya sahib qruplara deyilir. Ekotip nə qədər “irq” mövhumuna yaxın olsa da bütün növlər üçün irq olaraq ekotipi xarakteristikalandıra bilmərik.

Bir tərif “irq” populyasiyaları onları növlərinin digər fərdlərindən ayıran kəskin sərhədləri olan növdaxili izoliyasiya olaraq görür. Ənənəvi taksonomik araşdırmalarda sərhədlər morfoloji fərqliliklər əsasında müəyyən edilir, ancaq bu sərhədlər tipik olaraq bütün növlərdə obyektiv bir şəkildə dəyərləndiriləcək genetik fərqliliklər baxımından xarakterizə edilmişdir. Bir növün daxilindəki canlılar məsələn: bir lokal insan qrupu digər lokal qruplara görə bir dərəcəyə qədər genetik fərqlilik nümayiş etdirir, bəzi bənzərsiz alleləri ya da bəzi allel tezlikləri vardır. Əgər genetik cəhətdən fərqli olan hər bir qrup və ya populyasiyaya “irq” statusu versək, bir çox növün yüzlərlə və ya on minlərlə irqi olardı, bu da “irq”in lokal qrupun sinonimi olmaqdan başqa bir məna ifadə etməzdi. Bir “irq” və ya yarımnövlər lokal populyasiyalar arasında olan genetik fərqliliklərə görə daha çox fərqlilik gərəkdirir. Yayğın olaraq istifadə edilən bir qəlib kəskin sərhədləri olan iki populyasiyanın ümumi paylaşdıqları genetik fərqliliyin 25% və daha çox olduğu halda fərqli irqlər olaraq qəbul edilməsidir. Fərqliliyin dərəcəsini ölçmək üçün istifadə edilən ortaq üsul cütyönlü sabitləmə indeksi (pairwise  fst) adlanan bir statistikadır. Cütyönlü statistika heteroziqotluq dərəcəsinə bağlıdır. İki populyasiyadan təsadüfi seçilmiş iki genin fərqli allel tezliyi bütün populyasiyanın təxmin edilən heteroziqot xüsusiyyəti olan ht ilə göstərilir. Bənzər formada hs eyni altpopulyasiyalardan təsadüfi seçilmiş iki genin allelinin ortalama tezliyidir. Bu halda: fst = (ht-hs) / htDoyasıyla insan “irq”ləri əslində insan olmayan növlərə tətbiq edilən tamamilə eyni metodla analiz edilə bilər.

İkinci tərif isə növlər daxilində təkamül soyları olaraq bilinir. Təkamül soyu hər hansı bir zamanda populyasiyadakı fərdlərin ata/nəsildən gəlmə əlaqəsi ilə bağlı halda mütəmadi xətt ilə xarakterizə edilən orqanizmlər toplusudur. Filogenetik növ konsepti bütün təkamül soylarını növlərin mövqeyinə gətirir. Təkamül nəsilləri daha böyük, daha çox əcdadlara aid bir təkamül budağına aid edilə biləcəyi üçün mühafizə biologiyasında yarımnöv xarekteristikayla bağlı olan təkamül nəsilləri içində bir təkamül nəsili olaraq funskiya yerinə yetirən ən kiçik populyasiya vahididir. Filogenetik növ konsepti bütün təkamül nəsillərini növlərin mövqeyinə gətirir, ancaq bir çox növ konsepti bir növ daxilində birdən çox nəsilin olmasını təmin edir. Məsələn: qaynaşma növ konsepti bir növün zaman içində bağlılığını qoruyan təkamül nəsli olaraq xarakteristikalandırır, çünki bu, qametləri dəyişdirə bilən nəsil artırma topluluğudur və ya müvəffəqiyyətli nəsil artırma üçün lazımlı adaptasiyanı paylaşan ekoloji topluluqdur.

3.Şimpanzelərdə irq

 

3.1 fst metodu:

İnsanların irqlərə qarşı emosional problemlərin qarşısını almaq üçün “irq” sərhədləri və nəsil xarakteristikasını ən yaxın qohumumuz şimpanzelərə tətbiq edək. “Ortaq” şimpanze (Pan troglodytes) fundamental morfoloji fərqliliklərə görə ənənəvi olaraq 5 irqə və ya yarımnövə ayrılır: Şimali Afrikanın Yuxarı Qvineya bölgəsində P .t. verus, Qvineya körfəzi bölgəsində P. t. ellioti, Mərkəzi Afrikanın şimalında P. t. troglodytes, Ekvatorial Afrikada P. t. schweinfurthii, Ekvatorial və Şərqi Afrikada P. t. marungensis. Aparılan araşdırmalar göstərdi ki, Yuxarı Qvineya və Qvineya körfəzində yaşayan populyasiyalar bir-birilərindən və digərlərindən kəskin genetik fərqliliklərlə fərqlənirlər, lakin ekvatorial bölgədə olan populyasiyalar arasında daha az genetik fərqlilik mövcuddur. Yuxarı Qvineya və Qvineya körfəzindəki populyasiyaların genetik fərqlilikləri 25%dən çoxdur. Bununla yanaşı ekvatorda olan üç bölgədə genetik fərqlilik yarımnöv xarakteristikası üçün lazımi miqdardan, yəni 25% fərqlilikdən olduqca aşağıdır. Yəni şimpanzelərin 3 yarımnövü və ya “irqi” mövcuddur: P .t. verus, P. t. ellioti  və ekvatorialda yaşayan ənənəvi morfoloji yarımnövlərlə birlikdə 3 populyasiya.

Yuxarı QvineyaQvineya KörfəziŞimali KamerunMərkəzi Afrika
Qvineya Körfəzi0,41
Şimali Kamerun0,430,25
Mərkəzi Afrika0,460,270,7
Cənubi Afrika0,440,280,50,3
Tablo 1.Kamerundakı genetik dəlillər şimpanze populyasiyalarının genetik quruluşu və təkamül tarixindəki fərqlilikləri göz önünə sərir:
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3064329/

3.2 Təkamül soyu metodu:

Eyni araşdırmada əldə edilən genetik məlumata görə şimpanzelərin filogenetik ağaclarını müəyyən etmək üçün istifadə etdilər. Əldə edilən ağaca görə Yuxarı Qvineya ilk öncə ayrılır və onu Qvineya körfəzi izləyir. Daha sonra Ekvatorial Afrika populyasiyaları ayrılır. Ağac Yuxarı Qvineya populyasiyasının digərlərindən eyni məsafədə olması lazım olduğunu, Qvineya körfəzi populyasiyasının bütün Ekvatorial Afrika populyasilarından eyni məsafədə olması lazım olduğunu, ancaq Yuxari Qvineyaya olan məsafəyə görə daha kiçik olması lazım olduğunu təxmin edir. Və Tablo 1 də bunu dəstəkləyir. Bununla birlikdə ekvatorial populyasiyalar arasındakı genetik məsafələrin cənub-qərb oxu üzrə məsafə ilə təcrid qəlibini izlədiyi və ağacabənzər struktur yaratmadığı aşkar oldu. Dolayısı ilə bu 3 populyasiya tək bir nəsildən ibarətdir və sadəcə bu 3 populyasiyanı ehtiva edən yarımnöv daxil olmaqla 3 şimpanze yarımnövü mövcuddur.

Şəkil 1. Şimpanze populyasiyaları və filogenetik ağac: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3064329/figure/fig04/
4. İnsanlarda irq

 

İnsanlar üçün şimpanzelərə tətbiq etdiyimiz metodu tətbiq edərək insan “irqlərini” müəyyən edə bilərikmi? Bir araşdırmada 52 insan populyasiyası üzərində analizlər edildi. Fərdləri və ya genomlarının bir hissəsini 5 qrupa ayırmaq üçün kompyuter proqramı istifadə edildi və bir çox fərdin genetik mənşəyinin sadəcə bir qrupa aid olduğu kəşf edildi. Bu beş qrup bunlardır:

  • Səhra Afrikalıları
  • Avropalılar, Yaxın və Orta Şərqli, Orta Asiyalılar
  • Cənubi Asiyalılar
  • Okeaniya populyasiyaları
  • Amerika Hindliləri

Bu araşdırma 2002-ci ildə Science jurnalında ən çox danışılan yazı olmuşdu və bir çoxları bu məqalənin “irq”lərin insanlarda bioloji olaraq mənaya sahib olduğunu dəstəklədiyini iddia etmişdi. Amma tətqiqatçılar təmkinli davranaraq qrup sayını artıraraq daha kiçik, lokal qruplar üçün mükəmməl sinifləndirmə hazırladılar. Dolayısıyla kifayət qədər genetik məlumatlarla bir çox lokal insan populyasiyasını bir-birindən fərqləndirməyin mümkün olduğu göstərildi.
Sadəcə genetik fərqliliyin mütləq olaraq bu qruplardan hərhansı birinin “irq” olduğu demək olmadığını xatırlayın.

4.1 fst metodu:

Təsəvvür edək ki, bəhs edilən həmin əsas, 5 geoloji qrup irq olmağa ən yaxın namizədlərdir, elə isə onlar irq olmanın şərtlərini ödəyirlərmi? Tablo 2 bu 5 insan qrupu üçün şimpanze irqlərinin genetik və nəsil xətlərinin analizi ilə birlikdə araşdırma nəticələrini göstərir. Bu tablo genetik variasiyanın eyni lokal populyasiyalar daxilindəki fərdlərdə necə bölündüyünü və eyni “irq” və “irqlər” daxilindəki lokal populyasiyaların arasındakı fərqlilikləri göstərir. Tablo 2 şimpanzelər arasında irqləri mövcudluğunu təsdiqləyir (genetik variasyalar arasında 30,1% fərqlilik var), bu nəticə həmçinin Tablo 1-dən gözlənilən nəticə ilə eynidir. Şimpanzelərin əksinə, insanlarda olan 5 əsas “irq” sadəcə 4,3% fərqlilik ortaya qoyur ki, bu da irq olmaq üçün lazımlı 25%-lik sərhəddən çox-çox aşağıdır. Növümüzdəki genetik çeşidlilik fərdlər arasındakı variasiyanın böyük hissəsini ehtiva edir (93,2%).

Növlər“İrqlərin” sayıPopulyasiyaların sayı

Populyasiya daxilində
fərdlərin sayı

İrqdəki populyasiyalar
arasında
İrqlər arasında
Şimpanze3364.2%5.7%30.1%
İnsanlar55293.2%2.5%4.3%
Tablo 2. İnsan və şimpanzelərdə genetik fərqlilik:
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3737365/table/T2/

 

Genetik sərhəd tərifi irqlər arasında kəskin genetik sərhədlərin lazımlılığını ortaya qoyur. Şəkil 2 coğrafi məsafə funksiyası kimi insan cütyönlü fst dəyərlər sahəsini göstərir. Göründüyü kimi cütyönlü fst dəyəri coğrafi məsafənin artması ilə mütənasib şəkildə artır. Daha detallı bir analiz insanın genetik çeşidliliyinin coğrafi qəliblərinni uzun məsafəli köçlər və populyasiya qurucusu effektləri ilə təcrid olunmuş gen axışının birləşməsiylə açıqlandığını ortaya qoyur. Uzun məsafəli köçlərdən və məsafədən qaynaqlanan təcriddən qaynaqlanan gen axışı populyasiya qurucu effektlərdən sonra müvəqqəti mövcud olan və genetik fərqliliklərin kəmiyyət miqdarını azaltmış olan kəskin sərhədləri gizləyir. Nəticə olaraq genetik sərhədd anlayışının iki yönünün heç biri də insanlarda irqin mövcudluğu üçün kifayət etmir : İnsan populyasiyalarını bir-birindən ayıran kəskin sərhəd yoxdur və hətta ayrı-ayrı qitələrdə insan qrupları arasında belə genetik fərqlilik miqdarı olduqca azdır. Genetik sərhəd metoduna görə insanlarda heç bir irq mövcud deyil.

Şəkil 2. İnsan populyasiyalarında məsafə ilə izolyasiya: X oxu geoloji məsafəni, Y oxu populyasiyalar arasında cütyönlü fst dəyərini göstərir. National Academy of Sciences, U.S.A: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3737365/figure/F2/

4.2 Təkamül soyu metodu

Əgər nəsil ağacı metodu ilə Şəkil 2-ə baxsaq qrafikin təkamül ağacına yox, məsafə ilə təcrid formasına uyğun olduğunu görərik. Yəni ekvatorial Afrikada şimpanzelərin yarımnövlərinin irq statusunu ləğv etdiyimiz kriteriyaların eynisini istifadə edərək insanların da ayrı-ayrı irqlərə bölündüyü fikrinin və insanların (Homo sapiens) təkamül nəsillərinin varlığının da yanlışlığını ortaya qoyuruq. Bu dəyərləndirmə kofenetik əlaqə adlanan metodla ölçülür. Kofenetik əlaqə statistikada, xüsusilə biostatistikada bir dendroqramın(ağac formalı qrafik) məlumat dəstində cüt nöqtələrin sabitliyinə sadiq qalınaraq necə ölçü aparıldığının bir ölçüsüdür. İnsan populyasiyalarını təsvir etmək üçün istifadə edilən müxtəlif məlumat dəstləri üçün ortaq kofenetik əlaqə dəyəri 0,45-dən 0,79-a qədər dəyişir. Təkamül ağacına bənzəyən strukturun formalaşması üçün kofenetik əlaqə dəyəri isə 0,9 və daha yüksək olmalıdır. 0,8-dən daha aşağı bir dəyər isə təkamül ağacı formasına uyğun gəlmir və buna görə bütün məlumat dəsti əsasında insanların tək bir irq olduğunu və irqlərə bölünmədiyini deyə bilirik

Qaynaqlar:

Richard McCulloch. The Races of Humanity. http://www.racialcompact.com/racesofhumanity.html

Brues. (1977). A. M. People and Races. New York: Macmillan Publishing Company.

Dobzhansky. (1951). T. Genetics and the Origin of Species. New York: Columbia University.

Jackson, F. L. “Race and Ethnicity as Biological Constructs.” Ethnicity & Disease 2, no. 2 (Spring 1992): p 120–125.

Sickle Cell, Thalassemia, Tay Sacs, Cystic Fibrosis. HealthlinkUSA. http://www.healthlinkusa.com/

Smith HM, Chiszar D, Montanucci RR.(1997). Subspecies and classification. Herpetological Review. pp. 13–16.

Robert Lee Hotz.(1997). Race has no basis in biology, researchers say. Los Angeles Times

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın