Want create site? Find Free WordPress Themes and plugins.
Zəif əzələlər böyük beyindən daha sürətli şəkildə təkamül etdi. Biz insanlar bəlkə də təbiət tərəfindən zəif hala gətirildik.
 
İnsanlarla, şimpanzelərin və meymunların müqayisə edildiyi metabolik araşdırma, insan təkamülü prosesində əzələlərin güçsüzləşməyi, böyük beyinin təkamülündən daha sürətli reallaşmış olduğunu ortaya çıxardı.
 
Bioloq Roland Roberts, “Zəif əzələlər bəlkə də, şüurlu qabiliyyətlərimizin metabolik ehtiyacının bir əvəzi olaraq təkamül etmişdir.”deyir
 
Elm adamları uzun zamandır insanlar və şimpanze kimi digər quyruqsuz iri meymunlarla olan təməl fərqin böyük və çox enerjiyə ehtiyac hiss edən beynimiz olduğuna diqqət çəkirlər. Beynimizin inkişafı təxminən 6 milyon əvvəl bizi quyruqsuz iri meymun bənzəri ortaq atalarımızdan ayrılmağa səbəb olan ünsür olmuşdur.
 
Lakin əsl sual; enerjimizin 20%ini xərcləyən bu böyük beyin, niyə və necə təkamül etdi?
 
Araşdırmanı idarə edən Almaniyadakı Max Planck Təkamüllü Biologiya İnstitutundan Katarzyna Bozen, “İnsanlar və insan xarici primatlar arasındakı əzələ qüvvəsi fərqi bəlkə də bu suala bir şərh gətirə bilər.”deyir
 
Araşdırmanın nəticələri, May 2014-cü ildə PLoS Biology adlı akademik jurnalda nəşr olundu. Araşdırmada müxtəlif orqanların metabolik ehtiyaclarının hansı sürətdə təkamül etdiyini təsbit edilməyə çalışıldı. Bəzi elm adamları, nümunə olaraq sürətli təkamül edən insan bağırsağı metabolizmasının beynin təkamülünə qatqı təmin edə biləcəyini düşünürlər. Lakin araşdırmanın nəticələrinə görə, əzələlər və beyin, enerji istifadə etmə nisbətlərini mübadilə etmiş kimi görünür.
 
Araşdırmaçılar əzələlərin zəifləmə istiqamətindəki təkamülünün bədənin digər hissələrindən səkkiz qat daha sürətli olduğunu təyin etmişlər. İlk atalarımız, daha çox quyruqsuz iri meymun bənzəri bir gücə sahib idilər, ən azından skeletlər üzərindən edilən əzələ analizlərinə görə. İndiki vaxtda, əzələlərimiz olduqca kiçikdir, lakin bədənimizin digər toxumaları, məsələn, böyrəklər nisbi olaraq milyonlarla il dəyişmədən qalmışdır.
 
Eyni dövrdə, beyin isə digər bədən hissələrindən dörd qat sürətli təkamül etmişdir. Roland Roberts, “İnsan əzələlərinin son 6 milyon ildə siçanların 130 milyon il içərisində keçirdiyi dəyişikliyə qədər dəyişmə göstərdiyini vurğulamışdır.
 
 
 
“İnək Tələbə” Qaydası
 
10,000 molekulun analiz edilməsiylə əldə edilən tapıntılarını təsdiqləmək üçün, insanlar, şimpanzelər və makaklar ilə güc testi etdilər. Bütün iştirakçılar, tutacağı olan bir ağırlığı qaldıracaqdılar. Roberts, “inanılmaz bir şəkildə, təhsilsiz şimpanze və makaklar, universitet səviyyəsindəki basketbol oyunçuları və professional alpinistlərdən daha yaxşı bir performans göstərdilər.” demişdi. İnsanlar həqiqətən digər növlərdən yarı yarıya daha qüvvətsizdir.
 
Bu təcrübəyə bir şərh gətirə bilmək üçün, qrup ayrıca makakların iki ay ərzində “couch patato” adı verilən bir həyat formasını mənimsəməsini təmin etdilər. Az hərəkət, yüksək stress və bəsləyici xüsusiyyəti olmayan yeməklər.
 
İki aydan sonra makakın gücündə çox böyük bir azalma olmadığını müşahidə etdilər. Elm adamları bu təcrübədən insanların zəif həyat formalarının belə insanlar və digər meymunlar arasındakı güc fərqini 3% təsir etdiyi nəticəsini çıxardılar.
 
Bu araşdırma bəlkə də, beyin işlətməyə səbəb olan kresloda oturub kitab oxuma və ya film izləmə kimi əzələ gücünün əhəmiyyətsiz olduğu davranışların təkamül mirasımız olduğu iddiasını təsdiqləyir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply