BiologiyaTəkamül

İnsanlarda əmakdaşlığın mənşəyi

Want create site? Find Free WordPress Themes and plugins.

 İnsanın da daxil olduğu bəzi primat növlərində qrupdakı digər fərdlərə kömək etmək, bunu özbaşına etmək tez-tez müşahidə edilən bir davranış növü. Halbuki şimpanzelər üçün bundan bəhs edə bilmirik. Yaxşı, bizi əməkdaşlığa meyilli edən xüsusiyyətimiz haradan gəlir?

Uzun illər yalnız insana aid olduğu, insanı yeganə etdiyi iddia edilən bir çox xüsusiyyət son zamanlarda bu mülahizəni tənqidçi bir dünyagörüşüylə ələ alan araşdırmalarla yeni bir ölçü qazanır. Məsələn, insana xas qəbul edilən planlama və xatırlama (geri çağırma) bacarıqlarının əslində böyük meymunlarda da görüldüyü, fərqləndirici olmadığı bu cür araşdırmalar nəticəsində ortaya çıxarıldı. Bu iki zehni bacarıq və alət istifadə edə bilmə bacarığı, bizləri ən yaxın bioloji qohumlarımızla bağlayan xüsusiyyətlərdəndir. Üstəlik hələ məsələ insanı yeganə edən zehni ya da mədəni bacarıqlardan bəhs etməyə gələndə nəyi istinad aldığımız əhəmiyyətli bir fərqlilik yaradır.

Bu fərqlilik davranışlarla əlaqədardır. Məsələn şimpanzelər başqa şimpanzelərin köməyinə tətikləyici bir səbəb olmadan qaçmır, özbaşına yeməklərini növün digər fərdləriylə paylaşmır. Halbuki bu “ictimai” davranışın uşaqlarda müşahidə edildiyini bilirik. Nature Communications jurnalında nümayiş olunan yeni bir araşdırmaya görə bənzər bir davranış ipək meymunlarında da sıx müşahidə edilir.

Bütün genom xəritəsi çıxarılmış ilk Yeni Dünya meymunu olan ipək meymunlarının həyat sahəsi Braziliyadır. Digər qohumlarına görə bədənləri olduqca kiçik olan bu sevimli canlılar ortalama doqquz fərdin birlikdə hərəkət etdiyi “ailələr” halında yaşayır, müxtəlif səslər ya da vizual işarələrlə bir-birləriylə əlaqə qura bilirlər. Araşdırmağa dəyən bir növdür.

Araşdırmanı icra edən İsveçrəli alimlər insanın da daxil olduğu on beş fərqli primat növündən 24 ictimai qrupu qrupdakı bir fərdin digərləri ilə nə qədər əməkdaşlıq qurduğunu müqayisə etmək üzrə araşdırdılar. Antropoloqlardan ibarət olan qrup tərəfindən bu müşahidə üçün istifadə edilən qurğu hər qrupdan primatın qəfəsinin qarşısında yemək qoyulan hərəkətli bir taxta vasitəsilə yaradıldı. Taxtanın bir tərəfində taxtanın ucundakı yeməyi qəfəsə çəkməyə yarayan bir tutacaq olurdu. Yemək də taxtanın o biri ucunda idi və əgər qrupdan bir fərd tutacağı çəksə, digər fərdin də yeməyə əli çata bilirdi. Bir yay isə taxtanı hərəkət etdirib başlanğıc mövqesinə göndərir, yemək qəfəsdən uzaqlaşmış olurdu. Taxta tək başına həm tutacağı çəkmək həm də yeməyə uzanmaq üçün çox uzun olduğundan yeməyi götürmək bir fərdin digərlərinə yeməyi yaxına gətirərək xidmət etmiş olmasıyla təmin edilə bilərdi. Yəni tamamilə qrupdan birinin digərləri üçün könüllü olmasını tələb edən bir qurğu qurulmuşdu.

İpək meymunları oynayarkən. Biri tutacağı tutub çəkir, digər ikisinin əli yeməyə çatmış olur. (Fotoşəkil: Judith Burkart)

Araşdırılan primatlardan makaka meymunları və şimpanzelər taxtadakı yeməyi yaxınlaşdırmağı demək olar ki, heç sınamadı. Halbuki ipək meymunları və kiçik uşaqlar (təbii qəfəsdə deyil, taxtanın görülə bildiyi bir kabinədə taxtayla oynayarkən) dərhal hər dəfə yeməyi götürməyi bacara bildilər. Başqalarına kömək üçün könüllülük beynin böyüklüyü ilə əlaqədar olmayan, bu səbəblə də zəka ilə də açıqlana bilməyən bir parametrdir. Araşdırmaçılar da ipək meymunlarının kiçik beyinlərə sahib olduqlarını və çox da ağıllı olmadıqlarını ifadə edir, məsələn yaddaş testlərində və ya səbəb əlaqələri qurmaqda şimpanzelərdən geridədirlər. Dgər yandan ictimai öyrənmə baxımından da şimpanzelərdən irəlidə olduqları bilinir, məsələn ana ipək meymunu balalara işlərinə yarayacaq davranışlar göstərir.

Araşdırma özgəçilik (altruizm) davranışı ilə əlaqədar indiyə qədər bilinənlərdən fərqli bir nəticəyə işarə edir. Yüksək zehni bacarıqlar ya da zəka bir fərdin aid olduğu qrupa nə qədər xidmət edə biləcəyini təyin edən xüsusiyyətlər deyil. Növün digər fərdlərinə kömək etməkdə əhəmiyyətli bir faktor balanın ana xaricində qrupun digər üzvlərindən nə qədər qayğı gördüyüdür. İpək meymunlarında yeni doğulanın böyüdülməsində ailənin digər fərdləri də könüllü olur, onlar da yeməklərini ya da bildiklərini paylaşır.

İnsanlarda isə bu baxım “bir uşağı yetişdirməkdən bütün kənd məsuldur”* kimi atalar sözlərini yaradacaq qədər yayılmış bir məsuliyyətdir. Yəni zehni bəzi bacarıqlardan çox daha kompleks funksiyalara sahib bir quruluşdan danışırıq, araşdırmaçılar “İnsan beyninin potensialı ancaq əməkdaşlıq ilə bəslənə bilər” deyir.

*Köhnə bir Afrika atalar sözü.

Əlaqəli məqalə: Burkart, JM, Nature Communications, 2014.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: