Want create site? Find Free WordPress Themes and plugins.

Tədqiqatçılar neandertallarla qarışdıqdan sonra Homo sapiens növü nümayəndələrinin hansı təkamül üstünlükləri qazandığını aydınlaşdırmaq qərarına gəliblər.

2010-cu ildə genetiklər EPAS1 genini ətraflı araşdırıb, onun xroniki oksigen çatışmazlığı hallarında orqanizmin fəaliyyətini normaya saldığını öyrənmişdilər. Tibetlilərdə bu gen digər millətlərlə müqayisədə ətraf-mühitə adaptasiya ola bilmək üstünlüyü qazandırırdı. Rasmus Nilsenin başçılıq etdiyi tədqiqatçı komanda əvvəlcə belə düşünürdü ki, EPAS1 geni təbiət şərtlərindən dolayı təkamül edib. Lakin daha sonra bəlli oldu ki, tibetlilərin əcdadlarına bu gen nəsli kəsilmiş qədim insan növü olan denisovalardan keçib.

İndi isə Emiliya Uerta-Sançes və həmkarları oxşar “faydalı” genləri tapmağa çalışıblar. Araşdırma çərçivəsində neandertal və denisovaların DNT-ləri müqayisə edilib. Məlum olub ki, əksər dünya xalqları qədim insan növlərindən müxtəlif genlər “oğurlayıb” – söhbət xüsusən neandertal və denisovalara məxsus BNC2, POU2F3, HYAL2, SIPA1L2 kimi gen versiyalarından gedir. Bu genlərdən bəziləri dəri rəngi və strukturuna, digərləri isə beyin fəaliyyətinə cavabdehdir.

Alimlərin aşkar etdiyi faktlar göstərir ki, Asiya sakinləri neandertallardan əsasən əzələ inkişafına səbəb olan genləri alıb. Avropalıların payına düşən genlər isə immunitet, saç rəngi, üz forması və piy qatı fəaliyyətinə nəzarət edir.

Daha əvvəlki tədqiqatlardan məlumdur ki, digər millətlərlə müqayisədə Cənub-Şərqi Asiya və Cənubi Çində yaşayan insanlar denisovalardan daha çox “genetik miras” götürüb. Bununla yanaşı son araşdırmalar asiyalıların avropalılardan çox neandertal genləri daşıdığını göstərir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin