Təkamül

Niyə görə dünyada bir insan növü qaldı?

Want create site? Find Free WordPress Themes and plugins.

2 milyon il əvvəl Afrikada bir çox insanabənzər canlı növü yaşayırdı. Bunların bəziləri bir-birinə olduqca oxşayarkən, bəzilərinin fərqli xüsusiyyətləri vardı.

Sentyabr 2015-də bu siyahıya yeni bir növ də əlavə olundu. Cənubi Afrikadakı mağarada Homo Naledi kimi tanınan yeni bir növə aid yüzlərlə sümük tapıldı. Bəlkə də hələ də kəşf edilməyi gözləyən nəsli kəsilmiş daha çox insan bənzəri növlər mövcud ola bilər. Öz növümüzə gələcək olsaq, Yer üzərində yaşayan insan növü təxminən 200 min il əvvəl ortaya çıxdı. Bu insan növünün ortaya çıxdığı zaman aralığında bir çox fərqli növ də həyatını davam etdirirdi. Lakin bu gün yalnız bir növ qaldı.

Fossilised skulls, Sima de los Huesos
Sima de los Huesosda tapılmış kəllə sümükləri (Mənbə; Xavyer Trueba/msf/spl)

Niyə bizim növümüz həyatda qalmağı bacararkən, bütün yaxın qohumlarımızın nəsli tükənib? Niyə görə dünyada bir insan növü qaldı?

İlk növbədə nəsillərin tükənməsi vəziyyətinin təkamülün normal bir hissəsi olduğunu qeyd edək. Bu baxımdan əslində təkamül prosesində insanabənzər canlıların nəsillərinin kəsilmiş olması o qədər də təəccüblü deyil. Amma niyə dünya yalnız bir insan növünə ev sahibliyi edir?” Sualın cavabı o qədər də dəqiq deyil. Hazırda yaşayan ən yaxın qohumlarımız böyük insanabənzər meymunlar və bu meymunların hazırda şimpanzelər, cırtdan şimpanzelər, iki növ qorilla və iki növ oranqutan olmaq üzrə 6 növü yer üzündə həyatına davam edir. Babalarımızdan bəzilərinin digərlərinə görə niyə daha uğurlu olduqlarını göstərən bir sıra ipucları da var.

Milyonlarla il əvvəl bir çox insanabənzər növ yan-yana həyatına davam edərkən onların qida rasionunun böyük hissəsini əsasən bitkilər təşkil edirdi. Stoni Bruk Üniversitetindən Con Şeyin bildirdiyinə görə sistematik olaraq böyük heyvanları ovladıqlarına dair bir dəlil yoxdur.

Foto2
Australopithecusun kəllə sümüyü

Lakin vəziyyət dəyişib insan kimi növlər meşələrdən və ağaclıq sahələrdən daha açıq ərazilərə, yəni geniş bölgələrə çıxandan sonra ət ilə qidalanmağa da başladılar. Açıq ərazilərdəki problem isə həm insan kimi növlər tərəfindən ovlanacaq heyvanların, həm də insan kimi növlərin istifadə edəcəyi bitki sayının az olması idi. Bu şərtlər bəzi növlərin nəslinin tükənməsinə səbəb oldu.

İnsan təkamülü bəzi üzvlərini daha yırtıcı olmağa məcbur etdiyi üçün üzvlərinin sayıhər gün getdikcə azalırdı.

 

 

 

Təbii ki; İnsanın daha da yırtıcı hala gəlməsi ilə ortaya çıxan dəyişiklik, Dünyayı tək insan növünün yaşadığı bir planet halına dərhal gətirmədi. Yaxın bir zamana qədər, planeti başqa insan növləri ilə bölüşürdük. Bundan 30,000 il əvvəl müasir insanların yanaşı, 3 fərqli insan bənzəri növ daha həyatını davam etdirirdi. Avropa və Asiyanın qərbində Neandertallar, Asiyada Denisovanlar və İndoneziyanın adası Floresdə “hobbitlər” (Homo floresiensis).

Sağda “Hobiit”, solda müasir insanın kəllə sümüyü (Equinox Graphics/SPL)

Hobbitlərin ən gec 18,000 il əvvələ qədər nəsillərinin davam etdirmiş ola biləcəyi düşünülür. Regionda əldə edilən geoloji dəlillərə görə nəsillərinin tükənməsinə böyük vulkan partlaması səbəb olmuş ola bilər. Ayrıca tək bir kiçik ada üzərində bir növün həyatını davam etdirməsi fəlakətlərin o soyun tükənməsinə səbəb olma ehtimalını da artırır. Denisovanlar ilə bağlı hələ kifayət qədər məlumat sahibi deyilik. Əlimizdəki tapıntılar yalnız kiçik bir barmaq sümüyü və iki ədəd dişdir. Lakin Neandertallar ilə bağlı daha çox məlumata malikik. Çünki Neandertalların varlığından daha uzun müddətdir ki, xəbərdarıq və əlimizdə bir çox sümük var. Bundan dolayı yer üzündə hazırda tək bir növün var olmasının səbəbini anlaya bilməyimiz üçün, digər növlərin nəsillərinin niyə tükəndiyini tapmalıyıq.

Neandertalların kəllə sümükləri

Maks Plank Üniversitetindən Jan-Jak Hablinin bildirdiyinə görə arxeoloji dəlillər güclü bir şəkildə Neandertalların nəslinin müasir insanlar tərəfindən kəsildiyinə işarə edir. Neandertalların yox olmasından qısa bir müddət sonra müasir insanlar Neandertalların həyat sahələrini qəsb etdilər. Hablinə görə bu, bir təsadüf ola bilməz. Neandertallar bizdən çox uzun zaman əvvəl təkamül etdmişdi və biz hələ Avropaya gəlməzdən əvvəl orada həyatlarına davam edirdilər. Bizim növümüz Avropaya gəldikdə, bundan yalnız 40,000 il əvvəl Neandertallar bu məkanda 200,000 ildən çox bir müddət idi ki, yaşayırdılar. Bu müddət onların soyuq iqlim şəraitinə uyğunlaşması üçün kifayət olmuşdu. Bundan başqa Neandartallar özlərini isti saxlayacaq geyimlər də geyirdilər, yaxşı ovçuları və daş alətləri vardı.

Lakin Avropada iqlim sürətli bir şəkildə dəyişməyə başlayanda bəzi tədqiqatçılara görə, Neandertallar da çətinliklə qarşılaşdılar.

Neandertalların sümükləri

Bornmut Üniversitetindən Con Stüarta görə temperatur əsas problem deyildi. Soyuq iqlim yalnız bu növün yaşadığı yerin görünüşü dəyişdirmədi, eyni zamanda bu dəyişən şərtlər ovlanma şərtlərini də dəyişmiş oldu. Neandertalların ovlanma tərzlərini bu yeni mühitə uyğunlaşmamış ola bilər.

Neandertallar müasir insanlara nisbətən meşələrdə daha yaxşı ovçuydular. Lakin Avropadakı iqlim dəyişikliyi meşə sahələrini daha açıq ərazilərə çevirdi. Bu bölgələr artıq müasir insanların yaşadığı Afrika savanalarına çevrildi. Meşələr Neandertalların yeməklərinin çoxunun mənbəyi idi. Meşələr getdikcə kiçildikcə Neandertallar kifayət qədər qida tapa bilməməyə başladılar.

Neandertal baltası

Müasir insanlar, daha çox sayda növü ovlayırdılar. Neandertal alətləri böyük heyvanları ovlamaq üçün daha uyğun idi, yəni kiçik heyvanları ovlamağı ya da ovlamağı yoxlasalar da belə görünür ki, bunda uğurlu ola bilməmişlər. Neandertalların quşları yediklərinə dair dəlillər var. Lakin quşları daim havadan ovlamaq əvəzinə digər ölü heyvanların qalıqlarından yem olaraq istifadə edərək, yəni tələlər quraraq ovlamış ola bilərlər. Böyük heyvanlardan yanaşı müasir insanlar dovşan kimi daha kiçik heyvanları da ovlayırdılar. Amma bunun əksinə, Neandertallar uzun müddət yaşadıqları yer olan Iberiyadakı arxeoloji qazıntı yerlərindən əldə edilən məlumatlara görə Neandertal kiçik yer heyvanlarını ovladıqlarına dair çox az dəlil var.

Stüarta görə müasir insanların təzyiq altındaykən edəcəkləri daha çox şey varmış. Yeniliyə uyğunlaşma və adaptasiya qabiliyyəti Neandertalların yerini bu qədər tez almağımızın bir açıqlaması ola bilər.

300 min illik heykəl

Hablin müasir insanın quruluşundan asılı olaraq çox asan uyğunlaşdığını hesab edir. Həmçinin bununla bağlı dəlillər də mövcuddur. Neandertalların texnikaları o texnikaların istifadə sahəsinə görə olduqca məhsuldar idi. Lakin müasir insan Avropaya gələndə daha uzun mənzilli, daha inkişaf etmiş və daha ölümcül vasitələrə malik idi. Bu texnikalar müasir insanların etdiyi yeganə şey deyildi. Müasir insanlar eyni zamanda dünya üzərindəki bütün digər növlərdən üstün olmasına köməkçi olan rəmzi sənəti yaratmışdı. Müasir insanların Afrikanı tərk etmələrindən qısa bir müddət sonra,Avropada sənətlə məşğul olduqlarına dair kifayət qədər dəlil var. Arxeoloqlar bu ana qədər apardıqları qazıntılarda bir çox bəzək əşyası, sırğa, fantastik heyvan fiquru və hətta musiqi aləti tapdılar.

Bu vaxta qədər bir çox qədim fosil kəşf etmiş olan Tübingen Universitetindən Nikolas Konardın bildirdiyinə görə müasir insanlar Avropaya ayaq basanda sayları çox sürətli bir şəkildə artıb. Sayımız artdıqca da daha mürəkkəb ictimai tikililərdə yaşamağa başladıq. Bu səbəblə ünsiyyət qurmaq üçün daha mürəkkəb yollara ehtiyac duyduq.

40 min il əvvəl Avropadakı insanlar hazırda baxdığımızda demək olar ki hamımızın sənət deyə biləcəyi şeylərlə məşğul idilər. Bu əsərlərin bəlkə də ən maraqlısı Almaniya da bir mağarada tapılmış və Lövenmensch adlanan fiqurdur. Bu fiqurun xüsusiyyətləri taxta oyma ilə düzəldilmiş olması və insan-pələng hibridi, xəyali bir canlını təmsil etməsidir. Bu əsər növünün tək nümunəsi də deyil. Avropanın başqa yerlərindəki qazıntılarda tapılmış, eyni zamanlara aid oxşar əsərlər də var. Bu vəziyyət insanların məlumatı özlərinə saxlamaq əvəzinə müxtəlif bölgələrdə yaşayan mədəni qruplar ilə bölüşdüyü təəssüratı oyadır. Belə görünür ki, sənət bizim kimliyimizin önəmli bir hissəsi kimi fərqli qrupları bir arada tutmağa köməkçi olur.

Başqa sözlə simvollar bir növ sosial yapışdırıcı kimidir. Konardın dediyi kimi “simvollar insanların sosial və iqtisadi əlaqələrini təşkil etməyə kömək edir.” Bunun tam əksinə, belə görünür ki, Neandertallar hansısa bir sənətə ya da simvola ehtiyac duymamışdılar. Bəzi bəzək əşyaları düzəltdiklərinə dair məhdud dəlil olsa da müasir insanların etdikləri qədər bu işdə inkişaf etmədikləri də aydın şəkildə görünür. Deyə bilərik ki, Neandertallar yalnız ovlanıb, yemək yeyib, yatıb, çoxalıb həyatlarına davam ediblər.

İnsanlar üçün simvolik informasiyanın bölüşdürülməsi uğur üçün olduqca əhəmiyyətlidir. Aldığımız hər yeni fikirlə sağ qalma ehtimalımız bir az daha artır. Bu vəziyyət də bizi əvvəlki nəsillərdən daha yaxşı bir mövqeyə gətirir.

Şeyin bildirdiyinə görə alət düzəltdiyimiz eyni əllərdən istifadə edərək sənətlə məşğul olmaq bizim bənzəri olmayan müxtəlifliyimizə işarə edir.

Bunlara nail olduğumuz üçün təşəkkür edəcəyimiz çox inkişaf etmiş bir beynimiz mi var?

Beynimizin inkişaf etmiş olduğu olduqca populyar bir fikirdi. Homo erectus uzun bir müddət həyatda qaldı və Afrikaya yayılan ilk insanabənzər növdür, Neandertallardan da əvvəl. Lakin Homo erectusun beyni olduqca kiçik idi.

Nəticə olaraq, antropoloqlar böyük beyinlərin bu prosesin tənzimlənməsi üçün yetərli olduğu fikrinə çox isti baxmırlar. Böyük beyinə sahib olmaq təkamüldə mühüm rol oynamış ola bilər. Lakin Neandertal beyinləri də bədən ölçülərinə nisbətlə özünə üstün gələn növ ilə eyni səviyyədəydi.

Davranışların, ya da içində olduğumuz mühütün genetik dəyişikliklər meydana gətirə biləcəyini bilirik. Məsələn, avropalıların çoxunda laktoza aslılığı atalarının südü gündəlik olaraq daha çox istifadə etməyə başlaması ilə inkişaf etmişdir. Bənzər bir şəkildə Hablin müasir insanların əsas genetik dəyişikliklərdən faydalandığını bildirir.

Yaşadığımız ilk 100 min illik müddət ərzində müasir insanlar daha çox Neandertallar kimi davrandılar. Amma sonra bir şeylər dəyişdi. İnkişaf etdirdiyimiz vasitələr daha mürəkkəb olmağa başladı, bu proses simvolik sənətlərin inkişafı ilə eyni zamana təsadüf edir. Bir nöqtədən sonra eyni atadan gəldiyimiz Neandertalların DNT-i ilə öz DNT-mizin fərqləndiyi ilə bağlı genetik dəlillərə sahibik.

Genetik quruluşlarımızı müqayisə etsək, Neandertallardan və Denisovalı qohumlarımızdan mühüm fərqlərimiz var. Genetika alimlərinin etdiyi genom araşdırmalarına görə bizim bir çox unikal xüsusiyyətimiz bu fərqlərdən irəli gəlir. Bunların arasında beyin inkişafı ilə əlaqəli olan çoxsaylı fərqlər də var. Bu tapıntılara görə Neandertallar bizim ilə bənzər beyin böyüklüyünə sahib olsalar belə, bizim həyatımız boyu beynimizi inkişaf etdirmək üsulumuz uğurumuzun da açarı ola bilər. Bu genetik fərqlərin necə bir faydası olduğunu hələ də tam olaraq bilmirik. Lakin düşüncələrə görə bizi fərqləndirən əsl şey hiper-sosial kooperativ beynimizdir. Dil, mədəniyyət, döyüş və məhəbbət – hamısı bizim sosial davranışlarımızdır. Yəni sosial həyata olan həvəsimizdir. Bunlar simvollardan istifadə etməyimiz və sənətlə məşğul olmamız ilə nəticələnmiş ola bilər.

Bu qabiliyyətləri inkişaf etdirmədən on minlərlə il əvvəl müasir insanlar və digər insan növləri olduqca yaxın xüsusiyyətlərə malik idi. Yəni bizim hazırda olduğumuz yerdə hər hansı bir növ də ola bilərdi. Amma digər növlər bunu bacarmadılar. Daha doğrusu, biz onları məhv etdik. Bizim sayımızın artması ilə digər növlər növlərarası müharibədə geri çəkildilər və nəhayət tamamilə məhv oldular. Yəni həyatda qalmağı yaradıcılığımıza borclu ola bilərik. Təbii ki, bir ehtimal da var və bu ehtimalı tamamilə görməzdən gələ bilmərik. Bəlkə də burada olmağımızın yeganə səbəbi şansdır. Bəlkə də bizim növümüz şans əsəri həyatda qalıb və Neandertalların “əli gətirməyib”.

Mənbə; BBC

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Etiketlər
Davamını oxu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: