Want create site? Find Free WordPress Themes and plugins.

Şimpanzelər ilə insanların genetik kod zəncirləri yan-yana qoyulduğu zaman aradakı fərq yalnız 1.5 faizdir. Ancaq bu 1/100 nisbət belə genlərdəki 30 milyon fərqli mutasiyaya işarə edir. Məsələn insanların “FOX P2” adlı genini istehsal etdiyi bir zülal insanda danışmağı təmin edir. Şimpanzelər isə bu zülalı istehsal edə bilmir. Yale Universitetindən professor Ceyms Noonan, genlərin düzülmə formalarının da insanlarla şimpanzelər arasında böyük fərqlər yaratdığını qeyd edir

 

Niyə iki ayaq üzərində qalxdıq?

Təkamül nəzəriyyəsinin memarı Çarlz Darvinə görə insanların iki ayaq üzərində qalxmağa başlamasının səbəbi alət istifadə etməyinin başladığı tarixə söykənir. Ancaq alətlər ilk dəfə 2.6 milyon il əvvəl kəşf edildiyi üçün bu arqument çox güclü deyil. Çünki ilk insanların iki ayaq üzərində dayanmağa başlaması 4.2 hətta 6 milyon il əvvələ söykənir. London Təbii Tarix Muzeyindən Kris Stringer, “Oranqutanların bəslənmək istədikləri zaman ağaclara uzanmaq üçün iki ayaq üzərində dayandıqlarını görürük. İnsanlar da bu çür başlamış ola bilər “deyir. İki ayaq üzərində dayanmağa başlamağın bir digər əhəmiyyətli səbəbi isə uzaqdan gələcək düşmənləri daha asan müəyyən etmək olaraq izah olunur.

 

Texnoloji inkişaf niyə sürətlə yayılmadı?

London Təbiət Tarix Muzeyindən Kris Stringer alət texnologiyasının çox yavaş inkişafını cəmiyyətlər arasındakı şəbəkənin zəifliyinə bağlayır. Müasir insanlar kimi aralarında inkişaf etmiş bir bağ olmayan cəmiyyətlər məlumatları də bir-birlərinə ötürə bilmirdi. Məlumat ötürülməsi baş vermədikcə də alətlər kəşf edilmiş olsa belə kütləvi olaraq yayılmırdı.

 

Dil nə zaman inkişaf etdi?

Müasir insanın atası olan Homo sapiens dil qabiliyyətinə sahib tək insan növü idi. Keçmişdə danışmağın yerini alan əl hərəkətləri isə dilin inkişafına öz töhfəsini verib. Oksford Universitetindən Robin Dunbar, meymunlardakı kimi bir diafraqma-sinə əlaqəsinin təxminən 1.6 milyon illik tarixi olduğunu deyir. Danışmaq isə təxminən 600 min il əvvəl ortaya çıxıb.

 

Niyə beynimiz bu qədər böyükdü?

İnsan beyni  bir meymunun beyninin iki qatı ağırlığındadır. Bunun səbəbi tək bir mutasiyaya bağlanır. Digər məməlilərin çənə əzələləri insanlarınkına nisbətən daha güclüdür. Bu əzələ də kəlləni sıxışdıraraq beynin böyüməsinə mane olur. İnsanlar 2 milyon il əvvəl bu əzələdən xilas olub. Daha sonra isə beyinin inkişafı başladı. Missouri Universitetindən David Geary, sıx cəmiyyətlərdə yaşamağın çətinliyini də beynin böyüməsinə köməkçi olduğu fikirlərini müdafiə edir.

 

Tükümüzü niyə  itirdik?

İnsanlar da tüklərinin azalmasının səbəbi planetimizin istiləşməsinə bağlanır. Çünki insanlar havalar istiləndikcə tüklərinə görə tərləməyə başladı. Stringer bu vəziyyəti belə izah edir: “Çünki bizim fillər kimi böyük qulaqlarımız yox idi”. Fillər qulaqlarını sallamağıyla havadan alınan soyuqla bədənini soyutmaq üçün istifadə edir. İnsanların tüklərinin tökülməsinini digər səbəbi isə cinsi münasibətdir. Tüklərin arasındakı parazitlərin xəstəlik yaymasına görə insanlara qarşı cinsdən az tükü olanlarda daha çox cazibədarlıq tapmağa başladı. Daha az tük sahibi olanların genləri dominant olunca da insanlar tüklərini zamanla itirməyə başladı.

 

Başqa insana bənzər canlılar qaldımı?

İllərdir nəhəng ayaqlılar kimi əfsanələrin danışılması başqa insana bənzər olub olmadığı sualını ortaya atır. Az sayda da olsa bəzi elm insanları hələ də insana bənzərlərin  tapılacağına inanır, Homo Sapiensin tək olmadığını düşünürlər. Idaho State Universitetindən Jeffrey Meldrum, ABŞ-ın şimal-qərb və Kanadanın qərb bölgələrində yaşadığına inanılan iri, tüklü, meymuna bənzəri varlıq Sasquatchın həqiqətən yaşayıb yaşamadığına dair əmin ola bilmədiyini deyir.

 

Calaq (hibrid) ola bilərikmi?

Bəzi insanların genlərinin təxminən 4/100-ü Neandertalların genləri ilə eyni xüsusiyyətlərə sahibdir. Afrika mənşəli olmayan bu insanların genlərindəki Neandertal izi yüzdə 1 ilə 4 arasında dəyişir. Kalifornia Universitetindən Richard Green, “Bu, Homo sapienslerin digər insan növləri ilə cinsi əlaqəyə girdiyini göstərir” deyərək izah edib. Ancaq Homo sapienslərin Neandertallardan çox olması dominant gen olmağını və müasir insanın bu gün mövcud olmağını təmin etmişdir.

 

Niyə planetə yayıldıq?

Afrikadan 65 min il əvvəl köç  edən Homo Sapienslər qloballaşmanın başlanğıcı oldu. Homo sapiensin Afrikadan köçməsinin səbəbi isə əhali artımına bağlanılır. Əhalinin artması nəticəsində başqa imkanlar axtarmaq istəyən Homo sapiens  Asiya və Avropaya doğru köçməyə başladı. Kembridc Universitetindən Paul Mellars da əhali artımının dünyadakı texnoloji, iqtisadi və ictimai sahələrinin inkişaf etməsini  təmin etdiyini qeyd edir.

 

Neandertalları biz yox etdik?

Günümüzdən 200 min ildən 28 min il əvvəl qədər yaşamış insan növü olan Neandertalların yox olması müasir insanın atası olan Homo sapienslə əlqaləndirlir. Homo sapiensin Avropa və Asiyaya ərazisinə yayılmağa başlamasıyla xəstəlikləri də özləri ilə apardılar. Orda yaşayan Neandertalların bu xəstəliklərə tab gətirə bilmədikləri üçün yox olduqları düşünülür. Toronto Universitetindən Clive Finlayson isə Neandertalların yox olmasını dünya üzərindəki iqlim dəyişməsinə bağlayır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

2 rəy

Rəy yazın