PsevdoelmTəkamül

Pareidoliya: Niyә orda olmayan şeylәri görürük?

Want create site? Find Free WordPress Themes and plugins.

Bir mәlәyә bәnzәyәn bulud bәzilәrindә güvәndә olduğu hissini oyadır, bәzilәrini qorxudur. İnsanlar hamamlarının pәncәrәsindә Müqәddәs Mәryәmin şәklini axtarır, insan sifәtinә , siçana vә xәrçәngә bәnzәyәn Mars qayalarını görürlәr.

Bu pareidoliyanın gücüdür. Bizə görüntü vә sәslәrin tәsadüfi kolleksiyası üzәrindә olan naxış vә ya çizgilәri görmәk istәdiyimiz şәkildә bizә göstәrәn insan beyninin qәribә, amma tamamilә tәbii bir funksiyası var.

Yunan mәnşәli pareidoliya anlayışı (“para – yerinә, eidolon -“görüntü, şәkil”) müәyyәn mәnzәrә içindә gizli tәhlükәlәri aşkar etmәk üçün gәrәkli olan, çox uzaq keçmişdә (elә günümüzdә dә) sağ qalmaq üçün işimizә yaramış bir qabiliyyәtә verilәn addır. Qısa izahla, pareidoliya hər hansı bir şeydə, görüntüdə, səthdə tanış bir forma görməkdir. Karl Saqanın fikrinə görə pareidoliya insanların bir-birini tanıması üçün təkamülləşmişdir. Təbii, bu barədə mübahisələr hələ də davam edir.

Qәribә yerlәr, tanış fiqurlar.

Nağıllardakı trollara, divlәrә oxşayan ağaclar, körpülәr bәhs etdiyimiz pareidoliya sәbәbindәndir. Bu, bizә buludlarda bir fiqur, Ayın sәthindә insan sifәti görmәkdә, gecә sәmadakı ulduzlarda bürclәr düzәtmәmizdә kömәk edәn bir şeydir.

Bu anlayış tәkamüllü tariximiz boyunca beynimizin tәkamülünün yan mәhsulu olaraq bizimlә günümüzә daşınmışdır. Әlbәttә, beynimizin xәtalı işlәmәsinә bir misal olsa da bәzәn hәyatımızı belә qurtara bilir. Mәsәlәn qaranlığı bir caniyә bәnzәtmәk vә oradan uzaqlaşmaq qaranlıqda hәqiqәtәn sizi gözlәyәn bir cani olması ehtimalına görә olduqca әlverişlidir. Lakin bu, çox zaman işә yaramaz.

Son illәrdә sosial mediyanın diqqәti sayәsindә bu kimi faktlar artıq yayılmağa vә bәzi xәyal gücü ehtiva edәn kitablara mövzu olmağa başladı. Әlbәttә ki, yanlış şәkildә. Mәsәlәn uzun müddәt xәbәrlәrdә vә bәzi kitablarda  Marsdan çәkilәrәk göndәrilәn bir şәkildә hәrkәs insan üzünә bәnzәr bir tiklini görür vә nәticәdә Marsda bir zamanlar ağıllı vә insana bәnzәyәn hәyat formları olduğunu düşünürdülәr. Bәzilәri isә daha irәli gedәrәk hәmin canlıların bizim planetdә hәyatı başlatdığını belә irәli sürdü. Günümüzdә Curiosity Rover tәrәfindәn Marsdan çəkilərək göndərilən şәkillәrdә hәlә dә dini fiqurlar tapan xeyli insan mövcuddur.

Qәribәdir, hәr kәs eyni şәkildә pareidoliya ilә qarşılaşı ya da qarşılaşmır. Psixoloji olaraq tәsadüfi mәlumatlarda mәna axtrmaq vә onu tapmaq güclü dini ya da paranormal inanclara sahb insanlar arasında daha yayğındır. Pareidoliya ilә bağlı saysız mәlumat yığını mövcuddur: Bunlara böyük dinlәrin simvolları vә ya Sinqapurda bir ağacın bәnzәdiyi meymun-tanrı Şourd vә ya 2004-ci il Asiyada olan sunamidә şәkillәrdә “Allah” yazısı vә s. daxildir.

Bir çox insan eyni görüntünü görsә belә onu fәrqli şәkildә xarakterizә edә bilәr:  Asiyada “Ay dovşanı”nı qәrbli hәr bir uşaq “Aydakı adam” olaraq bilir. Bu, fәrqli mәdәniyyәtlәrdә Ay buffalosu, әjdahası, qurbağası vә s. olaraq bilinir.Siz hətta öz dostunuzla Ayın səthində “gördüyünüz şey” barədə də mübahisə edə bilərsiniz.

Pareidoliya sadəcə görmәklә sәrhәddli deyil. Səs pareidoliyası təsadüfi səslərdən məna yaratmağa çalışmağa deyilir. Qəbirstanlıqda olan bəzi səslər ruh ovçuları üçün qəbrdən danışan ruhların səsidir. Ayrıca, şaiyəyə görə bəzi pop mahnılarını geriyә çaldıqda “Paul öldü” səsinin eşidilməsinə və bu kimi digər gizli mesajların olmasına Beatles qrupunun heyranları hələ də inanırmış.

Sənət və elmdə pareidoliya

Pareidoliya bəzən qorxunc və axmaq nəticələrə səbəb ola bilər. Bəzən də olmaz. Ancaq psixoloqlar üzərinə təsadüfi mürəkkəb çilənmiş Rorşax testində təltəlşüuru anlamaq üçün bundan istifadə edir. Rəssamlar da müxtəlif şəkillərdə vizuallarla oynayaraq pareidoliya effekti vasitəsi ilə özlərinə heyranlar qazana bilirlər. Məsələn, adətən güllərin rəsmini çəkən Georgia O’Keefe bir tablosunda güllərin şəklini çəksə də hər kəs onu qadının cinsi orqanına bənzədir.

Pareidoliya insan beynində minlərlə ildir dəyişməmişdir. Hətta üz tanıma və xəritələşdirmək formasında rəqəmsal dünyaya köçmüşdür. Xüsusi kompyuter proqamları bənzər yerləri və oxşar insanları məhz bu formada müəyyən edir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: