Want create site? Find Free WordPress Themes and plugins.

Sosial beyin hipotezinə görə, ictimai inkişaf səviyyəsi primatlarda anlayışları öyrənmə və təyin etmə qabiliyyətləri üçün ən əhəmiyyətli faktordur. Bu hipotezə görə ictimai təzyiqlər, insan beyninin təkamül müddətində gedərək daha çox böyüməsinə səbəb olmuşdur. Bu fikir bir çox araşdırma ilə də dəstəklənməyinə baxmayaraq, mövzu haqqında edilən araşdırmalar daha çox bu hipotezlə uyğunlaşmayan məlumatları da ortaya qoyur. Bunlardan ən əhəmiyyətlisi də qidalanma ilə beyin ölçüsü arasındakı əlaqəyə istiqamətli araşdırmalardan gəlir.

 

Bilirik ki, primatlar digər məməlilərlə müqayisədə nisbətən daha böyük beyinlərə malikdir. Keçmişdən günümüzə qədər antropoloqlar və təkamül bioloqları çox sayda fərqli metoddan istifadə edərək primatların beyinlərinin ölçülərinin artmasının arxasında dayanan səbəbləri şərh etməyə çalışmışlar. Edilən ilkin araşdırmalarda ekoloji faktorları daha prioritetli olaraq əsas alınırdı.

 
Məsələn qidalanmanın rolu və əhəmiyyəti kimi mövzular ön planda idi. Bu araşdırmalarda daha çox insandan başqa digər primatlar incələnirdi. Daha sonralar edilən müqayisəli araşdırmalardan gələn aktual statistik məlumatlar sayəsində, ictimai faktorların rolunun da bu müddətdə böyük bir əhəmiyyətə sahib olduğu fərq edilməyə başlanmışdır.

 
Yaxşı bunlardan hansı daha əhəmiyyətlidir və iri beyinlərə sahib olmağımızda hansı daha böyük rol oynamışdır?

 
Alex R. DeCasien və qrupunun, Nature Ecology and Evolution jurnalında bu ilin mart ayında dərc etdirdikləri araşdırma bu suala işıq tutmağa çalışır. Etdikləri araşdırmada genetik olaraq yaxın qohum olan çox sayda primatdan istifadə edərək qrup, beynin inkişafının primatların ictimai fəaliyyətlərindən çox, qidalanma tipinə bağlı olaraq inkişafını ortaya qoymuşlar. Xüsusilə meyvə ilə qidalanan primatların, yarpaq ilə bəslənənlərə görə daha böyük beyinə sahib olduqları təyin edilmişdir. Araşdırmanın nəticələrindən yola çıxaraq, primatlarda böyük beyinlərin təkamülünün arxasında yatan səbəbi açıqlamaq üçün keçmişdə tez-tez istifadə edilən ekoloji şərhlərdən çox, yaxın dövrdə tədqiqatçıların araşdırmaya başlamış olduğu cəmiyyətə istiqamətli mövcud vurğunu sorğulayır.

 

DeCasien və qrupunun nəticələrinə görə məkan olaraq məlumat saxlama, yeməkləri axtararaq tapmaq, qidalanma, metabolik məhdudlaşdırmaların öhdəsindən gəlmə kimi meyvə ilə qidalanan primatlarda müşahidə edilən davranışlardan yola çıxaraq, daha iri bir beynin təkamül keçirməsinin arxasında yatan səbəbin ekoloji və inkişafa əsaslanan hipotezlərlə açıqlana biləcəkyini iddia etmişlər.

 

Bu araşdırmaya baxaraq anlaya bilərik ki, ictimai mürəkkəblik beynin inkişafı və ölçüsü üzərindəki təsirini izah etmək mövzusunda tək başına kafi deyil. Ən əsas ehtiyacımız olan qidalanmağın tərcihi və tipinin canlıların təkamül dəyişməsi üzərində ciddi bir rolu var.

Mənbələr;
Evrim Ağacı
NATURE

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın