BiologiyaTəkamül

Qara ayaqlı gәlincik vә tәkamülün qәlәbәsi.

Want create site? Find Free WordPress Themes and plugins.

Qara ayaqlı gәlinciyin (Mustela nigripes) balaları ilə tanış olun! İnsanlıq tarixinin gəlmiş keçmiş ən müvəffəqiyyətli “xilasetmə əməliyyatları”ndan birinin ulduzudur bu balacalar. Növün bilinən son koloniyasının də ölməsi nəticəsində nәslinin 1979-cu ildə tükəndiyi elan edildi. 1981-ci ilin Sentyabr ayında ABŞ-ın Wyoming əyalətində tәxmini 30 әdәd fərd aşkar edildi. Bioloqlar üçün bu möhtəşəm xəbər idi! Təkamüllü biologiyadan öyrəndiklərimiz istifadə edәrәk, əvvəlcə bu bir ovuc fərdin genləri analiz edildi (o zamanın texnologiyasıyla ola bildiyincə). Beləcə ən düzgün cütləşmə təyin olundu, təkamüllü müddətdə “qohum cütləşməsi depresiyası” olaraq bilinən problemin yatançaması üçün lazım olan hәr şey edildi.

1982-ci ildə diqqətlə baxılan canlıların sayı 61-ә yüksəldi. 1984-də isə alimlәrin səyi sayəsində bu sayı 129-a çıxdı. Təəssüf ki təkamülün genetik sürüklәnmә mexanizmi və qohum artımı səbəbindən, sayları artmış olsa da sağlamlıqları çox yaxşıya getmirdi. Nümayiş olunan bir məqalə yalnız 5 ildə populyasiyanın genetik müxtəlifliyinin 60%-nin yox olduğunu elan etdi. Sonunda, təkamüllü müddətdə azalan genetik müxtəlifliyin qorxulu yuxusu da gerçək oldu: 1985-ci ildə ölümcül olan karbaril xəstəliyini daşıyıcı bitlәr populyasiyaya daxil oldu və bir anda qurtarılan populyasiya az qala tamamilə yox oldu, yalnız bir neçə fərdə qədər azaldı. Hər nə qədər dərmanlarla bitləri öldürərək gəlincikləri qurtarsa ​​da, bu müalicədən sonra da həyatda qalan fərdlərin 22%-i öldü.

Qoruma daxilində bir qrup gәlincik 1985 və 1986 illərində iki ayrı partiyada vəhşi həyata buraxıldı, çünki təbii müxtəliflik lazım idi. Təkamülün işini insanlar bilmirdi! Əllərində qalan 18 fərdlə davam edən alimlәr 1986-ci ilin yazında 8 bala əldə etdilər. Sonra işlər daha yaxşı getdi: yalnız 4 ildә sayları 190-a qalxdı. 1991-ci ildən bu yana isә yox oluşdan dönən həlinciklər təbiətə buraxılmağa başladı.

İndiki vaxtda, 1.000 ətrafında qara ayaqlı çöl gәlinciyi vəhşi təbiətdə var. Papulyasiyalar artıq öz özlərinə yetәcәk sәviyyәdәdirlәr. Heyvanat və üzüm bağları, xüsusi qoruma proqramları sayəsində davamlı yeni balalar əldə edir və nizamlı olaraq təbiətə yeni populyasiyalar buraxılır. Yəqin ki, bir çatışmazlıq olmazsa, önümüzdəki illərdə sayları daha da artacaq və cür, bu anda hələ də kritik olaraq olduğu “nәsli təhdid altında” kateqoriyasından çıxacaq.

Belәcә təkamüllü biologiyanın və qoruma biologiyasınәn saysız zəfərlərindәn yalnız bir nümunə gördünüz!

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: