BiologiyaTəkamül

Quru sürünənlərini su sürünənləri ilə əlaqələndirən delfinəbənzər ”ara növ” kəşf edildi!

Want create site? Find Free WordPress Themes and plugins.


Yeni ortaya çıxarılan bir fosil delfinəbənzər ixtiozavrları amfibik keçmişlərinə bağlayır. Bu qalıq delfinəbənzər ixtiozavrların quru həyatından su həyatına keçidinin ilk birbaşa nümunəsi oldu və fosil qeydindəki boşluğu doldurdu. Fosil Davisdə olan Kaliforniya Universitetinin araşdırmaçıların səyi sayəsində Yaponiyanın Anhui bölgəsində kəşf edildi.


İxtiozavrlar günümüzdən 250 milyon il qədər əvvəl dinozavrlar çağında yaşamış su sürünənlərdir (dəniz sürünənləridir). Bu tapıntıdan əvvəl bu canlıların qurudan suya keçdikləri zamana aid fosil nümunəsi yox idi. Davis Kaliforniya Universitetindən Yer haqqında elmlər və Astronomiya bölümündən Prof. Dr. Ryosuke Motani belə açıqlama verib:

“Artıq bu keçidi göstərən bir fosilimiz var. Dənizlərə adaptasiya olmuş olmasına baxmayaraq, quruya da çıxmasını maneə törədən heç bir şey yoxdur.”


Fosil 248 milyon il əvvələ, Trias dövrünə (250-200 milyon il əvvəl) aiddir və canlının uzunluğu 45 santimetr qədərdir. Bu yeni ixtiozavr qalığı bu günə qədər müəyyən edilən ixtiozavrlar nümunələrindən də müəyyən fərqliliklər nümayiş edir. Məsələn, normalda ixtiozavrlar arın hamısı yalnız dənizdə yaşaya bilirlər, ancaq bu növ həm suda, həm də quruda rahatlıqla yaşaya bilir. Ayrıca yeni qalıq üzərində standart olmayan böyüklükdə üzgəclər var. Bu üzgəclərin quruda da hərəkətə icazə verdiyi düşünülür. Ayrıca bilək sümükləri bədəninin ağırlığını torpaq səthində də daşıya biləcək qədər güclüdür, buna digər ixtiozavr qalıqlarında rast gəlinmir.


Bundan başqa yeni kəşf edilən amfibik (həm suda, həm quruda yaşaya bilən) ixtiozavrda olan qısa burun torpaq sürünənlərilə bənzərlik göstərir. Bundan əlavə eynilə digər sucul ixtiozavr ardaki kimi uzun və dimdiyə bənzəyən bir burna sahibdir. Yəni “atalarıyla nəvələri” arasında tam bir keçid xüsusiyyəti göstərir.

Keçid fosilinin xüsusiyyətləri bunlarla da bitmir: fosildə eyni zamanda adətən sucul sürünənlərdə müşahidə edilən qalın sümüklər var. Ancaq sümüklərin bu quruluşu quru və su canlıların sümükləri arasında xüsusiyyətlərə sahibdir. Bu keçid sürünənində olan daha iri sümüklər canlının daha da iriləşə bildiyini göstərir. Bu da tamamilə dəniz həyatına adaptasiya olacaq nəvələrindən əvvəl suların quru sahələri ilə birləşdiyi sahillərdə həyatda qala bildiyinə işarə edir.

Araşdırmanın nəticələri 5 noyabr 2014-ci ildə Nature jurnalında dərc olundu.

Vizual: Tapılan qalığın bir rekonstruksiyası (bərpası).

Qaynaq və daha çox:

  • Nature
  • Washington Post
  • Discovery
  • Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

    Did you find apk for android? You can find new Free Android Games and apps.
    Davamını oxu

    Ilkin Jafarov

    Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

    Əlaqəli məqalələr

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

    Buna da nəzər salın

    Close
    Close

    Spelling error report

    The following text will be sent to our editors: