Təkamül

Səhra sakinləri öldürücü arsen (mərgümüş) ilə zəhərli olan su içməklə bağlı təkamül edirlər

Want create site? Find Free WordPress Themes and plugins.

Cənubi Amerika sakinləri su təchizatlarının tərkib hissəsi olan potensial öldürücü mərgümüşü zərərsizləşdirmək üzrə təkamül ediblər.

Çilinin Atakama səhrasının Quebrado Kamarones rayonunun qurucuları təxminən 7000 il əvvəl su məsələsi bağlı ciddi problemlə üzləşdilər. Onlar dünyanın ən quru qeyri-polyar səhrasında yaşayırdılar və onların malik olduğu mümkün hazır su mənbələri, məsələn, çaylar və quyu suları isə yüksək dərəcədə mərgümüşdən ibarət idi ki, bu da müxtəlif sağlamlıq problemlərinə yol açırdı.

Burada mərgümüşlə çirklənmə 1 litr üçün 1 milliqramı aşır; bu, Amerikada ən yüksək və Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təhlükəsizlik hədlərindən 100 dəfə artıq olan bir göstəricidir. Hazırda, faktik olaraq, başqa alternativ su mənbələri yoxdur, buna baxmayaraq, insanlar bu ərazidə sağ qalırlar. Ola bilərmi ki, mərgümüşün insan sağlamlığına yönələn, məsələn, uşaqsalmalara səbəb olan mənfi təsirləri təbii seçmə kimi təzyiq göstərmiş və bu da əhalini buna adaptasiya etməklə bağlı təkamül etdirmişdir? Yeni araşdırma bunun məhz belə olduğunu göstərir. Bədən monometilarson (MMA) turşusu və dimetilarsin (DMA) turşusundan ibarət mərgümüşlə birləşmək üçün AS3MT adlı fermentdən istifadə edir. Mərgümüşü mənimsəyən insanlar onun mühüm hissəsini zərərsizəşdirməyi, DMA – nı asanlıqla kənar etməyi bacarırlar.

Santiaqoda Çili Universitetindən Mario Apata və onun həmkarları ölkənin üç rayonundan təxminən 150 insanda AS3MT üçün müxtəlif gen kodlaşdırmalarına baxıblar. Onlar Kamarondan olan insanlarda qoruyucu variantların daha yüksək tezliyini aşkar ediblər: buradakı insanlar, 48% və 7% olan digər rayonlardan fərqli olaraq, 68% tezliyə malikdirlər. “Bizim məlumat bazamız belə bir nəticəyə gətirir ki, yüksək mərgümüşü mənimsəmə bacarığı mərgümüşlə çirklənmiş mühitdə sağ qalmaq üçün bu insanlarda adaptiv (uyğunlaşdırıcı) mexanizmdir,”- tədqiqatçılar belə qərara gəlib (Amerika Fiziki Antropologiya Jurnalı, doi.org/bz4s)

Kamaron əhalisini qoruyan variantlar tək nukleotid polimorfizmlər, yəni genetik kodun tək DNT hərfində dəyişikliklərdir. Tampa Cənubi Florida Universitetindən antropoloq Lorena Madrigal deyir ki, bunlar o qədər kiçik mutasiyalardır ki, onlar dəyişikliklərin ferment molekuluna məhz necə təsir etdiyini və onun zərərsizləşdirici təsirləri barədə bizə heç nə demir.

Əvvəlki araşdırmalar Vyetnamda və Argentinada mərgümüşü mənimsəməni təmkilləşdirməyə kömək edən AS3MT genində oxşar mutasiyalar aşkar etmişdilər. Bu gen ətrafında bütöv xromosom sahəsini izləmək daha çox məsələni aşkar edə bilər, lakin mərgümüşə müqaviməti işə salan molekulyar mexanizmi tam anlamaq üçün hələ çox uzun bir yol getməliyik.

İnsanlarda müasir təkamülün heyranedici nümunəsi olmaqla yanaşı, bu məsələ bir çox insanların üzləşdiyi su keyfiyyəti ilə bağlı problemləri qabardır, Madrigal bildirir. Və bir çoxları bununla mübarizə aparmaq üçün təkamül etmək imkanında olmaya bilərlər.

Hazırki insan təkamülünün digər diqqətəlayiq nümunəsi laktoza dözümlülüyüdür. Bu mutasiya təxminən 7000 il əvvəl böyüklərdə südü həzm etmək üçün laktaza fermenti istehsal etməyə imkan verən mutasiyadır və hazırda böyüklərin 35% buna malik olub, südü həzm edir. “Mən deyərdim ki, mərgümüş dözümlülüyü laktoza dözümlülüyünün sürətli yayılması ilə müqayisə oluna bilər. Hər iki hal üçün baxdığımız zaman miqyası, şübhəsiz ki, müqayisə olunandır,” İllinois Evanston Şimal-qərb Universitetindən Aaron Miller deyir.

Bu məqalə çap şəklində “Suda mərgümüş? Biz uyğunlaşırıq” başlığı altında dərc olunub.

 

Mənbə; newscientist

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Etiketlər
Davamını oxu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: