Want create site? Find Free WordPress Themes and plugins.

Şimpanzelər bizim mövcud olan ən yaxın qohumlarımızdır, buna baxmayaraq Çarlz Darvin 1859-cu ildə onlar haqqında yazana və onları məhşurlaşdırana qədər dünyanın əksər hissəsi onlardan bixəbər idi. Onlar haqqında bilgilərin çoxu son zamanlar meydana çıxıb və fantastik əsərlərdə istifadə olunan şişirtmələr və bədii mübaliğələrə görə yanlış təsəvvürlər çoxluq təşkil edir.

Buna baxmayaraq bizim bənzərliklərimiz və fərqlərimiz insanların çoxunun düşündüyü kimi deyil. Qohumlarımız haqqında öyrənərək özümüzü daha yaxşı anlaya bilərik.

 

  1. Növlərin sayı

Şimpanzeləri çox vaxt səhvən “meymun” adlandırırlar, lakin onlar əslində bizim kimi Böyük İnsanabənzərlər olub Hominini tribasına aiddirlər. Digər Böyük İnsanabənzərlər oranqutan və qorillalardır. İnsan növlərindən yalnız biri hal-hazırda mövcuddur: bu, homo sapiensdir və yarımnövü homo sapiens sapiens. Keçmişdə bir çox alim insanın bir neçə növü olması barədə məsələ qaldırmağa çalışırdılar və hər zaman əlavə etməyə tələsirdilər ki, onlar özləri “ali” növə daxildirlər. Buna baxmayaraq bütün insanlar nəsil artıra bilən övladlar dünyaya gətirirlər və cütləşə bilirlər, yəni hamımız eyni növük. Şimpanzelərin aid olduğu cins faktiki olaraq iki növə malikdir: pan troglodytes – adi şimpanze və pan paniscus – kiçik şimpanze və ya bonobo. Şimpanzelərin isə 3 yarımnövü mövcuddur: P .t. verus, P. t. ellioti  və Ekvatorial Afrikada yaşayan ənənəvi morfoloji yarımnövlərlə birlikdə 3 populyasiya. Pan cinsinə aid növlər tamamilə fərqlidir, Şimpanze yarımnövləri isə bir-birlərindən ciddi şəkildə fərqlənirlər. İnsanlar və hər iki Pan növü beş və yeddi milyon il əvvəl ortaq əcdaddan, böyük ehtimalla, sahelanthropus tchadensisdən təkamül etmişlər. Bu əcdadın yalnız fosilləri mövcuddur.

  1. DNT

Çox zaman qeyd olunur ki, insan və şimpanzelər 98.8% homoloq gen paylaşırlar. Genetik müqayisə yalnız gen təkrarlamalarının və mutasiyaların təbiətilə əlaqədar deyil, daha dəqiq nisbət təxminən 85-99% arasındadır. Nisbət fərqliliyi analizlərin metodlarına görə dəyişir. Lakin bütün canlılara hər hansı bir metodu tətbiq edib nəticələri ölçsək, yenə də şimpanzelərin genetik olaraq bizə ən yaxın qohum olduğunu görəcəyik. 99%-lik nisbət nəticəli müqayisə nöqtəvi mutasiya kimi mutativ dəyişmələri çıxdaş edib gen funksiyalarının bənzərliyi və homoloq genlərin strukturu göz önünə alınaraq edilir. Şimpanzelər insandan iki ədəd artıq – 48 xromosoma malikdirlər. Belə hesab olunur ki, bu, Roberston yerdəyişmə mutasiyası nəticəsində insan əcdadında iki cüt xromosomun bir cütdə birləşməsi ilə əlaqədardır. Maraqlıdır ki, insanlar bütün heyvanlarla müqayisədə en az genetik variantlara malikdir, buna görə də yaxın qohumlarla nəsil artırma genetik problemlerə səbəb ola bilir. Hətta iki, tamamilə qohum olmayan insan bacı-qardaş olan iki şimpanze ile müqayisədə genetik olaraq daha oxşardır.

  1. Beyin ölçüsü

Orta hesabla şimpanzenin beyni 370 mL-dir. Əksinə, insan beyni isə ortalama 1350 mL-ə bərabərdir. Beyin ölçüsü təklikdə intellektin göstəricisi deyil. Nobel mükafatçıları arasında beyin ölçüsü 900 mL-dən 2000 mL-dək olan insanlar vardır. Beynin müxtəlif hissələrinin strukturu və quruluşu intellekti müəyyənləşdirmək üçün daha yaxşı yoldur.  İnsan  beyni böyük səth sahəsinə malikdir, çünki insan beyni şimpanze beyninə nisbətən daha qırışlıdır və hissələri arasında daha çox sayda əlaqələr var. Bu və həmçinin nisbətən geniş alın hissə bizə daha çox abstarkt və məntiqli düşünmək üstünlüyünü verir.

  1. Sosiallıq

Şimpanzelər vaxtlarının çoxunu sosiallaşmaqla keçirirlər. Onların sosiallaşmasının mühüm hissəsi bir-birinin qayğısına qalmaqdan ibarətdir. Gənc və yeniyetmə şimpanzelər bir-birilə oynayır, qaçır ve qıdıqlayırlar, böyüklər də eyni hərəkətləri balaları ilə edir. Məhəbbəti ifadə etmə özünü qucaqlaşmaq və öpüşməklə büruzə verir, bunu istənilən yaşda və cinsdə olan şimpanzelər edirlər. Bonobolar daha şən və oynaqdırlar və hansı cinsdə olmasından asılı olmayaraq, hər zaman sevgini cazibədarlıqla ifadə edirlər. Şimpanzelər bir-birinin qayğısına qalmağa böyük vaxt sərf etməklə dostluqlarını möhkəmləndirirlər. İnsanlar sosiallaşmaq üçün qayğı çəkməkdən çox nitqdən istifadə edirlər. Buna baxmayaraq əhəmiyyətsiz söhbətlərimizin böyük qismi şimpanzelərin bir-birinin qayğısına qalmasının başqa variantıdır – lakin bu, qohumluq əlaqələrini möhkəmləndirməkdən daha fərqli məqsədə xidmət edir. İnsanlar həmçinin fiziki təmas – kürəyinə yüngülcə vurmaq, qucaqlamaq və ya dostcasına itələmək – vasitəsilə güclü münasibətlər ifadə edirlər. Primatların sosial qruplarının ölçüləri onların beyin ölçülərini əks etdirir. Şimpanzelərin təxminən 50-yə yaxın dostu və tanışı olur, insanlarda isə bu rəqəm 150 və 200-dür.

  1. Dil və üz ifadələri

Şimpanzelər onların sosial statusundan asılı olan mürəkkəb salamlaşma və əlaqə yaratma qabiliyyətinə malikdirlər. Onlar qışqırmaq, xortuldamaq, təngnəfəslik etmək, çığırmaq və digər səs ifadələrindən istifadə etməklə sözlü əlaqələr yaradırlar. Onların əlaqəsinin mühüm hissəsi daha çox jestlər və üz ifadələri vasitəsilə həyata keçirilir. Şimpanzelərin üz ifadələrinin çoxu – təəccüblü, gülümsəyən, yalvarıcı, təsəlli edici ifadələr  insanlarda olduğu kimidir. Buna baxmayaraq insanların dişini göstərməklə gülümsəməsi şimpanzelər və digər bir çox heyvanlar üçün aqressivlik və təhlükənin göstəricisi ola bilər. İnsan münasibətlərinin daha böyük hissəsi səs ifadələri ilə yaradılır. Bundan başqa bizim daha əzələli dilimiz və dodaqlarımız var, bu da bizə səsimizin səliqə ilə idarə olunmasına imkan verir. Yalnız insan mürəkkəb səs birləşmələrinə malikdir, bu da bizə geniş səs imkanları verir, lakin bizi şimpanzelərdən fərqli olaraq, eyni zamanda içmək və nəfəs almaq qabiliyyətindən məhrum edir. Məhz buna görə də bizim çənəmiz itiuclu, şimpanzelərin çənəsi geriyə çəkilmiş bir formadadır – biz dodaq əzələlərimizi qabarıq alt çənəmizə birləşdiririk, şimpanzelər isə bu əzələlərin çoxuna malik deyil, buna görə də irəli çıxan, qabarıq çənəyə ehtiyacları yoxdur.


5. Qidalanma

Şimpanzelər və insanlar – hər ikisi hərtərəfli qidalanan (həm ətlə, həm bitkilərlə) canlı növləridir. İnsanlar şimpanzelərə nisbətən daha çox ətyeyəndirlər və ətin həzm olunması üçün daha mükəmməl bağırsaqlara malikdir. Şimpanzelər nadir hallarda digər məməliləri (daha çox meymunları) ovlayır və öldürürlər, lakin qida rasionlarını meyvə, bəzən isə həşəratlarla məhdudlaşdırırlar. İnsanlar ətdən çox asılıdırlar – insanlar B12 vitaminini təbii olaraq heyvan məhsullarını yeməklə əldə edə bilərlər. Həzm sistemimizə və mövcud qəbilələrin həyat tərzlərinə əsaslanaraq hesab olunur ki, insanlar heç olmasa bir neçə gündən bir ət yemək üzrə təkamül etmişlər. İnsanlar həmçinin bütün gün ərzində davamlı olaraq deyil, yemək vaxtlarında qidalanırlar, bu da başqa bir xüsusiyyətdir. Bu, onunla əlaqədar ola bilər ki, ət yemək uğurlu ovdan sonra mümkün olur, buna görə də böyük miqdarda, lakin qeyri–müntəzəm olaraq yeyilir. Şimpanzelər meyvələri dayanmadan yeyirlər, insanlar isə gündə üç dəfə.

  1. Cinsi münasibət

Bonobolar cinsi iştahları ilə tanınırlar. Şimpanzelər acıqlı və əsəbi ola bilirlər, bonobolar isə hər hansı belə situasiyanı cinsi həzz yolu ilə kənarlaşdırırlar. Onlar həmçinin cinsi həyəcan vasitəsilə bir-birini salamlayır və məhəbbətlərini ifadə edirlər. Şimpanzelər əyləncəli cinsi münasibətə maraq göstərmirlər və cütləşmə yalnız 10-15 saniyə davam edir, çox zaman yemək yeyərkən və ya hər hansı başqa işlə məşğul olarkən baş verir. Adi şimpanzelərdə dostluq və emosional bağlılığın onların kiminlə cütləşməsi ilə heç bir əlaqəsi yoxdur və həyəcan vəziyyətində olan dişi bir qayda olaraq bir-birinin ardınca öz növbəsini səbrlə gözləyən bir neçə erkəklə cütləşir. İnsanlar bonobolar kimi cinsi həzz hiss edirlər, hətta çoxalma məqsədilə yaşanan cinsi münasibət də daha çox sürür və daha çox səy tələb edir. Bunun nəticəsində təbii olaraq uzunmüddətli münasibətlər yaranır. İnsanlardan fərqli olaraq şimpanzelər cinsi qısqanclıq və rəqabət hissindən məhrumdurlar, belə ki, onlar uzunmüddətli partnyora malik olmurlar.

  1.  Düz gəzmək

Həm insanlar, həm şimpanzelər iki ayaqüstə gəzməyi bacarırlar. Şimpanzelər çox zaman bunu uzağı görmək üçün edirlər, lakin əsasən dörd ayaqüstə gəzirlər. İnsanlar uşaqlıqdan düz gəzirlər və belə edərkən daxili orqanlarına dəstək vermək üçün kasa-şəkilli çanaq təkamül etdiriblər. Şimpanzelər hərəkət edərkən irəli əyilərkən öz orqanlarına dəstək vermək üçün çanağa ehtiyacları olmur, buna görə də enli budları var. Bu, uşaq dünyaya gətirməni insanlara nisbətən şimpanzelər üçün daha asan edir. İnsanlarda kasa-şəkilli çanaq doğum kanalının qarşısında dayanır. İnsanların ayaqları düzdür, ayaqların ucundakı barmaqlar gəzərkən irəli getməyə imkan verir, şimpanzelər isə xeyli böyük ayaq barmaqlarına malikdirlər və onlar ayaqdan daha çox, güclü əllərə bənzəyirlər. Onlardam dırmaşmaq, sürünmək, yanakı, diaqonal və dairəvi hərəkətlər etmək üçün istifadə olunur.

  1. Gözlər

İnsanlarda göz qişasının ətrafı ağ, şimpanzelərdə isə tünd qəhvəyi rəngdə olur. Bu, başqa insanların hara baxdığını görməyi asanlaşdırır, bunun hansı səbəbdən belə olması barədə bir neçə nəzəriyyə vardır. Bu, mürəkkəb sosial situasiyalara uyğunlaşma – başqalarının kimə baxdığını və nə düşündüyünü görmək üstünlüyü ilə əlaqədar ola bilər. Bu, dəstə şəklində sakitcə ov etmə zamanı – belə yerlər göz istiqamətlənməsi əlaqə qurmaq üçün çox əhəmiyyətlidir – kömək ola bilər. Və ya bu, hər hansı məqsəd olmadan sadəcə genetik mutasiya ola bilər – göz qişasının ətrafının ağ olması bəzi şimpanzelərdə də müşahidə edilmişdir. Həm insanlar, həm şimpanzelər ətrafı rəngli görür, bu onlara yemək üçün yetişmiş meyvələri və bitkiləri seçməkdə kömək edir. Onların hər ikisi binokulyar (ikigözlü) görüntü imkanına malikdir: gözləri irəliyə eyni istiqamətə yönəlib. Bu, dərinliyi görməyə yəni üçölçülü görüşə imkan verir və ovlama zamanı əhəmiyyət daşıyır, dovşanlarda gözlər başın hər iki tərəfində yerləşib və bu, onlara ovçudan müdafiə olunmaqda kömək edir.

  1. Alətlərdən istifadə

Uzun illər belə hesab olunub ki, insan alətlərdən istifadə edən yeganə canlıdır. 1960-cı ildə termit balıqlarını tutmaq üçün itiuclu budaqdan istifadə edən şimpanzeləri müşahidə etdikdən sonra bu fikir dəyişildi. Həm insanlar, həm şimpanzelər gündəlik qayğıları həll etmək üçün alət ixtira etmək məqsədilə öz ətraf-mühitini dəyişmək qabiliyyətinə malikdirlər. Şimpanzelər nizələr düzəldir, daşlardan çəkic və döymə aləti kimi istifadə edirlər, süngər kimi istifadə etmək üçün yarpaqları əzib yumşaq kütlə halına gətirirlər. Hesab edilir ki, düz gəzməyin nəticəsində bizim ön əzalarımız alətlərdən istifadə etmək üçün sərbəstləşiblər və biz incəsənət əsərləri kimi mükəmməl alətlər yarada bilirik. Biz bu qabiliyyətin məhsulları ilə daimi olaraq əhatə olunmuşuq və insanları “uğurlu” edən məsələ məhz bizim alətlər hazırlamaq qabiliyyətimizə əsaslanır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın