Təkamül və təsadüf.

0
271
Want create site? Find Free WordPress Themes and plugins.

Təbiət qanunları təsadüfü deyil, ancaq nəticələri elə ola bilər.

Təbiət qanunları təsadüfü deyil və həmişə eyni şəkildə işləyirlər; ancaq bu qanunların sistemlər üzərində yaratdığı təsir tamamilə təsadüfü ola bilər (ki ümumiyyətlə elədir). Məsələn bütün cisimlər yerə düşür, bu təsadüf deyil, cazibənin nəticəsidir. Ancaq o almanın sizin başınıza, yoxsa yeni bir alma ağacı yetişdirəcək şəkildə nəm torpağa düşəcəyi təsadüfü bir hadisədir. Təsadüfü hadisələrin də nə mənanı verdiyini yaxşı anlamaq lazımdır: təsadüfü hadisələri baş vermədən analiz etmək çox çətindir, çünki təsadüfi baş verirlər. Ancaq o təsadüf reallaşdıqdan sonra analiz edilə bilərlər. Məsələn, başınıza düşən bir almanın niyə başınıza düşdüyünü aerodinamika, cazibə, məkan-zaman içərisindəki mövqeniz kimi məlumatlar əsasında analiz edə bilərik. Lakin nə vaxt başınıza alma düşəcəyini bilə bilməzsiniz. Almanın yerə düşməsinə səbəb olan qüvvələr şüurlu bir şəkildə işləməz. Alma da şüurlu bir şəkildə yerə düşməz. Ancaq bir almanın yerə düşməsinə səbəb olan müddətin və bu müddət ərzində ona təsir göstərən qüvvələrin hər biri elmi olaraq analiz edilə bilər.

Buna veriləcək bir başqa nümunə suyun axarkən dönəcəyi istiqamətləri bilərək və hesablayarkәn suyun hәmin istiqamәtdә dönməməsi, önündəki maneələrin, yəni təbii müddətlərin bu gedişə istiqamət verməsidir. Suyun hara dəyib, hansı istiqamətə dönəcəyi tamamilə təsadüfdür. Çünki suyun önünə çıxacaq maneələri bilməsi mümkün deyil. Ancaq su bir yerə dəydikdən sonra onun nə istiqamətə doğru axacağını tamamilə elmi üsullarla hesablaya bilərik. Çünki su fizika qanunlarına boyun əymək məcburiyyətindədir. Cazibə və ya ümumiyyətlə cisimlər arasındakı qarşılıqlı təsir tamamilə təsadüfü deyil, kainatın var oluşundan qaynaqlı fiziki qüvvələrə tabedir və bu qüvvələr şüurlu bir şəkildə nəzarət etmir. Ancaq bu qüvvələrin səbəb olduğu hadislərin baş vermə müddəti içində xeyli təsadüflər olur.

Təkamül də eynilə bu şəkildədir. Canlılar üzərinə təsir edən qüvvələr hər zaman sabitdir və özünü təkrar edər. Ancaq sistemin mürəkkəblik səviyyəsindən ötrü nəticələri öncədən görülməyən ola bilər. Sadələşdirilmiş nümunələrdə analizlərimiz doğru bir şəkildə işləyər, ancaq sistemi kompleksləşdirərək (mürəkkəbləşdirərək) hәqiq həyatdakına yaxınlaşdıqca, modellərimiz səhvlər etməyə başlayar və bu səhvlər gedərək böyüyər. Əslində bu vəziyyəti riyazi olaraq “bilinənlər” və “bilinməyənlər” çərçivəsində də analiz edə bilərsiniz. Bildiyimiz və təyin etdiyimiz təbiət qanunlarının sayı o qanunların təsir etdiyi sistemlərdəki bilinməyənlərə müqayisədə çox daha azdır. Bu səbəblə əlimizdə bütün sistemi modelləşdirə biləcək bir riyazi analiz metodu yoxdur. Bu səbəblə ya sadələşdirilmiş bir model yaratmaq məcburiyyətindəyik ya da böyük səhv payını qəbul etməliyik. Çünki bir növün var ola biləcək yüz minlərlə fərdinin hər bir fәrdinin ömürü boyunca başından hər bir saniyə boyunca keçən hadisələrin bədənindəki hər bir komponentə təsirini hesablayaraq növün gələcəyini nəzərdə tutmamız qeyri-mümkündür. Ancaq təbiət riyaziyyatla irəliləmədiyi üçün və xaotik bir quruluşda olduğu üçün onsuz da bu hesablara ehtiyacı olmaz. Əgər təbiət xaotik olmasaydı, içində əvvəldən hesablanmış ünsürlər olduğu düşünülə bilərdi. Lakin təbiətdə gördüyümüz bu deyil, üstəlik kvant (subatom) səviyyəsinə endikcə, sistemlərin deterministik xüsusiyyətləri azalır və ehtimalçı (probabilistik) xüsusiyyətləri artır.

Canlıların hər birinin üzərinə təsir edən sonsuz sayda dəyişən olduğu üçün bir-birinin yanında yaşayan canlılarda belə olduqca fərqli xüsusiyyətlər təkamülləşə bilir. Ancaq buna baxmayaraq coğrafi olaraq bir-birinə yaxın bölgələrdə olub, bir-biriylə əlaqəli təsirlər altında qalan növlərdə bu coğrafi qohumluğun izlərini görə bilirik. Onsuz da biz buna görə təkamülün işlədiyini bilirik. Məsələn bir balina ilə bir köpəkbalığında çox bənzər üzmə strukturları təkamülləşmiş olması təsadüf deyil. Buna baxmayaraq aralarındakı fərqlər (məsələn quyruq hərəkət oxlarındakı fәqlilik kimi) təkamüllü müddətin təsadüfü nəticələrini bizlərə göstərir. Əslində iki növün nәsil xəttinə də tәxminәn eyni qüvvələr təsir edir: ov, ovçu, həyat sahəsi və daha nə qədəri… Ancaq məsələn, bir qrupda digərindəkinin birə-bir eyni müxtəliflik səviyyəsi olmadığından eyni xüsusiyyətlərin eyni şəkildə təkamülləşməsi qeyri-mümkün olur. Bəli, nəhayət çox bənzər strukturlar təkamülləşir, ancaq həm anatomiyada, həm fiziologiyada, həm də davranışda canlılarda bir-birindən müstəqil olaraq eyni xüsusiyyətləri təkamülləşdiyini göstərən aşkar ipucları var. Qurudan dənizə qayıdan məməliləri bunu edən nәsil xəttlərində hansı variasiyaların olacağı həddindən artıq xaotik bir müddətə görə təyin olunduğu üçün (nәsil xəttlərinin tarixlərindən tutmuş hansılarının hansı anda hansı bölgədə var olduğunda qədər…) bu müddəti artıq “təsadüfü” olaraq təyin edə bilərik. Lakin bu təkamüllü çığırda olan canlılara hər vaxt eyni təbiət qanunları (məsələn Təbii Seçmə) eyni şəkildə təsir etmişdir. Qanunlar təsadüfü deyil, ancaq nəticə içərisində təsadüfü ünsürlər var.

Təbii ki, bir təkamüllü müddətin hər nəticəsini bir bütün olaraq təsadüfü olaraq qiymətləndirmək də səhvdir. Çünki bəzən şans faktoru növlər üzərində çox çox zəif bir şəkildə işləyə bilər. Təkamülün Genetik Süründürülmə adını verdiyimiz mexanizmi bu nəzərdə tutula bilməz şans faktorlarının təkamüllü müddət üzərindəki təsirlərini təyin edir.

Təkamülün xaotikliyi, təsadüflüyü

Təkamülün xaotik, amma təsadüfü olmayan bir müddət olduğundan dedik. Bunu təkrar etməyə gərək görmürük. Ancaq yuxarıda dediyimizdən çıxan nəticə olaraq təkamül bir “qanunlar bütünü”dür. Bu səbəbdən bu qisimi biraz daha açıqlamaq istəyirik.

Təkamül nəzəriyyəsi içərisində eynilə həyatımızda olduğu kimi tamamilə təsadüfü olan və ya heç təsadüfü olmayan hissələr vardır. Məsələn genetik mutasiyalar, crossing-over, transpozonal sıçramalar – yəni ümumiyyətlə Təkamülün Müxtəliflik Mexanizmləri dediyimiz təbiət qanunları demək olar ki, tamamilə təsadüfü işləyir. Lakin bir mutasiya meydana gəldikdən sonra onun niyə meydana gəldiyini analiz etmək mümkündür. Hətta yeni aparılan araşdırmalar mutasiyaların nəzərdə tutula biləcək olamasına dair izlər də daşıyır. Bu bu anda hələ də araşdırılmaqda olan bir mövzudur, ancaq müasir elmdə çox yaxşı bildiyimiz bir nöqtə mutasiyaların sıxlığını artıra biləcək bəzi digər mutasiyaların ola bildiyidir. Bu səbəbdən əslində mutasiyalar kimi tamamilə təsadüfi olduğu düşünülən ünsürlər belə başqa faktorlardan təsirlənirlər. Ehtimalla, irəlidə mutasiyaları da eynilə təkamül kimi, “təsadüfü” olaraq deyil amma “xaotik” olaraq kateqoriyalayacayıq. Lakin bunun üçün hələ də bir az daha araşdırma etməmiz lazımdır. Çünki mutasiyalar cazibə ya da təkamülün əksinə hər vaxt özünü təkrar edəcək bir bir şəkildə işləmir. Eyni mühitdə olan eyni canlılarda mutasiyalar birə-bir eyni şəkildə baş vermir. Bu vəziyyət bizə bunu göstərir: bir müddətin xaotiklik miqdarı artdıqca o müddət təsadüfü olma sәviyyәsinә yaxınlaşmaqdadır. Bir başqa deyişlə, xaotizmin təsadüfülüyü əhatə etdiyini söyləyə bilərik. Təsadüflər xaosun ən son nöqtəsidir.

Ancaq təkamülün yalnız müxtəliflik mexanizmlərinə diqqət yetirmək, məhz ora baxmaq səhv olacaq. Çünki təkamül yalnızca müxtəliflik yaratmaqdan ibarət deyil. Əsl təkamüllü müddət müxtəliflik mexanizmləri sayəsində yaradılan bu variasiyaların o anda olduqları mühitə uyğunluğuna görə həyatda qalıb ya da çıxdaş edilməsi ilə əlaqəlidir. Eynilə suyun o anda təsadüfən axdığı bölgədəki coğrafi şərtlərin suyun axın istiqamətini təyin etməsi kimi… Bunlar heç təsadüfü deyil və tamamilə öncədən görülə bilər. Qara torpaq üzərində olan ağ və qara siçanlardan qara olanları demək olar ki, hər zaman üstün olacaq. Seçmә mexanizmləri davamlı olaraq özünü təkrar edir. Xaos səviyyələri son dərəcə aşağıdır. Əlbəttə bir qәdәr xaos müşahidə etmək də mümkündür, ancaq bunun səbəbi qanunların özlərinin xaotik olmasından daha çox təsir etdikləri canlıların kompleks olmasındandır. Çünki məsələn qara siçan nümunəsində həyatda qalmağa təsir edən tək ünsür rəng olmayacaq. Bu demək deyil ki, təbii seçmə təsadüfüdür. Tam tərsinə, təbii seçmə hər vaxt eyni şəkildə təsir edir, ancaq çox sayda fərqli ünsürün çox sayda ekoloji dəyişənə bağlı olaraq təbii seçmə təsirləri yaratması baxdığımızda təkamülün xaos səviyyəsini artırır.

Bütün bunlara baxmayaraq Riyazi Təkamül adlı elm sahəsinin var olması belə təkamülün sanıldığından çox daha az xaotik olduğunu görməmizə kifayətdir. Bu elm sahəsi sayəsində növlərin gələcəklərini analiz edə bilərik. Bu faktorların varlığı ümumiyyətlə baxdığımızda növlərin dəyişməsini təmin edən müddətlərin heç bir şəkildə təsadüfi olmadığını, tamamilə aydın ola bilər və mexaniki bir şablona görə irəlilədiyini göstərməkdədir. Bu, bir elmin xaotik olma səviyyəsini anlamanızı təmin edən sadə testlərdən biridir. Əgər tək bir analizlə hər növün təkamüllü çığırını müəyyən bəzi ətraf şərtləri təsiri altında doğru bir şəkildə hesablaya bilirsinizsə, bu müddətə “təsadüf” deyə bilməzsiniz, bu elmə zidddir. Eynilə meteorologiyada olduğu kimi daha uzaq gələcəyi hesablamağa çalışdıqca səhv payları da gedərək artar, ancaq bu, sistemin xaos səviyyəsinin aşağı olmamasındandır. Yəni təkamül orta bir xaos səviyyəsinə malikdir. Tamamilə sadə bir sistem demək, təkamül tamamilə təsadüfüdür demək qədər səhvdir.

Nəticə olaraq:

Burada bu sadə testi özünüzə tətbiq edə bilərsiniz: əgər yerə düşən hər cisimin bir şüurlu idarədən keçərək bunu etdiyinə inanmırsınızsa, təkamülün də şüurlu bir şəkildə nəzarət edilmədiyini anlaya bilərsiniz. Əgər əksinə inanırsınızsa, deməli elmin özüylə əlaqədar problemlər yaşayırsınız.

Təkamüllü Biologiya içərisindəki xaotik komponentlərə baxmayaraq elm tarixinin gördüyü ən güclü elm sahələrindən biridir, çünki həm keçmişi, həm bu günü, həm də gələcəyi birləşmiş bir şəkildə izah edə bilmə gücünə malikdir. Ayrıca təsadüflərdən bu qədər qorxulmamalıdır, çünki yaşadığımız kainat tamamilə xaotikdir. Tam olaraq bu səbəblə riyaziyyatın ən güclü və təsirli araşdırma sahələrindən biri Xaos Nəzəriyyəsi və Ehtimal Nəzəriyyəsidir. Bu nəzəriyyələr kainatdakı nəzərdə tutula bilməz və təsadüfü müddətləri riyazi olaraq modelləşdirmək üzərinə qurulub. Yəni təkamül içərisində kainatda nə qədər təsadüf varsa o qədər təsadüf vardır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin