Want create site? Find Free WordPress Themes and plugins.

British Columbia Universitetindən olan elm adamları Qan Araşdırmaları Mərkəzindən olan araştırmacılarla güclərini birləşdirərək bir ferment yaratdılar. Bu fermentin, qan uyğunlaşmazlığı problemini kökündən həll edə biləcəyi düşünülür. Ferment, A və B tipli qan qruplarında olan və antigen olaraq bilinən şəkərləri kəsərək qanın quruluşunu O qan qrupuna oxşada bilir. O qan qrupu da “universal verici” qan qrupu olaraq bilindiyi üçün, yəni digər bütün qan qruplarına qan verə bildiyi üçün qan uyğunsuzluğu problemi həll edilmiş olur.

Araşdırmanın mütəxəssislərindən və universitetin kimya fakultəsində olan David Kwan belə deyir: “A və B qan qruplarındakı şəkərləri çox məhsuldar bir şəkildə kəsə bilən mutant bir ferment yaratmağı bacardıq. Bu ferment onu istehsal etmək üçün istifadə etdiyimiz atasal fermentlə müqayisədə A qrupu antigenlərin alt tiplərini yox etməkdə daha çox müvəffəqiyyətlidi.”


Bu güclü fermenti yaratmaq üçün elm insanları təkamül biologiyasından bəhrələndilər. İstifadə etdikləri üsula “istiqamətləndirilmiş təkamül” adı verilir. Bunu etmək üçün mütəxəssislər fermentləri kodlaşdıran genlərə mutasiyalar əlavə edirlər. Bu mutant genlərdən çıxarılan fermentlər digərlərinə görə birazca daha fərqli fəaliyyət edir. Sonra bunlar arasından ən uyğun və ən işə yararlı olanları seçilir, çoxaldılır, təkrar mutasiyaya uğradılır, təkrar test edilir və yenidən ən uyğunları seçilir və təkrar çoxaldılır. Bu əməliyyat davamlı təkrarlanarak atasal formalara nisbətən daha çox müvəffəqiyyətli, daha çox güclü, daha çox funkisyanal fermentlər yaradılır. Yəni təbiətdəki təkamül qanunu və onun mexanizmlərindən biri olan Süni seçmə ferment səviyyəsində tətbiq olunur. Bu araşdırma təkamülün gücünü də yenidən gözlər önünə sərir ki, araşdırmaçılar yalnız 5 nəsildə atasal formalarına görə tam 170 qat daha məhsuldar fermentlər təkamül etirməyi bacardılar.

Təkamül sayəsində yaratdıqları bu fermenti istifadə edən araşdırmaçılar, A və B tipli qan qrupundakı antigenlərin çox böyük bir qisimini yox etməyi bacardılar. Ancaq bu fermentin klinik tətbiqə qoyulması üçün ilk növbədə bütün antigenlərdən tamamilə xilas olaq lazımdır. Yəni “böyük bir qismi” bu etapda onlar üçün kafi deyil. Müdafiə sistemi antigenlərə qarşı çox həssasdır və çox az miqdarda antigen belə müdafiə sistemini tətikləyə bilir. Bu da, “qan uyğunsuzluğu” olaraq bilinən bir sıra kimyəvi reaksiyanı tətikləyər və ölümlə belə nəticələnəcək problemləri yarada bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın