Haqqımızda

   Yaşıl Elm — 12 mart 2014-cü ildə Bakı şəhərində universitet tələbələri tərəfindən elmi sayt olaraq fəaliyyətə başlamışdır. Hazırda, elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi portaldır. Facebook soasial şəbəkəsində 54.000 izləyicisi vardır.

   Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Beləki, intellektinə güvənən hər kəs məqalə yaza bilər; yazılan məqalələr portalın redaktorları tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın ən nüfuzlu universitetlərində tədris edilən kitablara və elmi mənbələrə istinad edilərək hazırlanır. Heç bir şəxsin, siyasi görüşlərin, din və inancsızlığın təbliği və propoqandasına icazə verilmir.

   Azərbaycanda ilk dəfə olaraq, bioloji müxtəliflikdən, təkamül nəzəriyyəsindən aydın şəkildə bəhs edən “Təkamülə Giriş” adlı kitabı məhz portal tərəfindən çap edilmişdir.  Bununla yanaşı, amerikali astrofizik Nil Deqrass Taysonun “Tələsən insanlar üçün astrofizika” çap olunan kitablardan biridir.

  Portalın təşkilatçılığı ilə azərbaycanlı alimlərlə mütəmadi olaraq elmi-kütləvi mövzuda görüşlər keçirilir. Maarifləndirməklə yanaşı, görüşlərin əsas məqsədi seminar iştirakçıları və oxucuları maraqlandıran suallarını cavablandırmaqdır. Elmi seminarlara çox yer verilməsinin məqsədi gənclərimizin elm ətrafında sosiallaşmasına nail olmaqdır.

   Yaşıl Elm portalı həm də uşaqlar üçün seminarlar və elmi ədəbiyyatın çapında maraqlıdır. Bunun üçün portal, türkiyəli genetik və bioloq Ali Demirsoyun “Məktəblilər üçün təkamül” kitabını tərcümə etmişdir. Qeyd edək ki, Yaşıl Elm, ümumi astronomiya fənni tədris edilmədiyi üçün buna alternativ olaraq “Kosmos - uşaq ədəbiyyatı” kitabını çap etmişdir.

   Yaşıl Elmin əsas məqsədi elmi xalqa çatdırmaq və maariflənmədə rol oynamaq, elmi həqiqətlərlə bağlı məlumatları təlqin etmək, elmi savadlılığı artırmaqdır. Xüsusilə də, son dövrlərdə elmi nəzəriyyələri heç bir əsas olmadan, psevdo elmdən istifadə edərək saxtalaşdıran, elmi həqiqətləri fərqli formada insanlara çatdıran portallara qarşı mübarizə aparmaqdır. Yaşıl Elm platformasında 600-dən çox elmi məqalə çap olunmuşdur.

 

Baş redaktor: Taryel Abdullayev

Texniki məsələlər üzrə təşkilatçı: Üzeyir Ağazadə

 

Yazarlar:  Tahirə Qarabəyli, İlahə Musayeva, Sadiq Şamilov, Nərmin Beydizadə, Təravət Eyvazlı, Sahib Altay, Nuranə Süleymanzadə, Aygün Qurbanlı, İlkin Cəfarov, Rəvan Quluzadə, Aygün Qocayeva

 

Yaşıl Elm - Sizin elmi bələdçiniz!