Kitablarımız

Təkamülə giriş

  Bu kitab Yaşıl Elm platforması tərəfindən tərtib edilmiş elmi-kütləvi kitabdır. Kitab "Yaşıl Elm"in nəşrə hazırladığı elmi-kütləvi kitab seriyasının ilkidir. Kitabda təkamül düşüncəsinin tarixi, təkamül prosesinin mexanizmləri, təkamül prosesinə aid digər elm sahələrinin təqdim etdiyi elmi sübutlar yer alır.

  Ölkəmizdə Təkamül Nəzəriyyəsinə aid kitab olmadığı üçün bu layihə ilə elmi-kütləvi kitab nəşrinə dəstək verməklə bərabər Təkamül Nəzəriyyəsi barədə yanlış fikirləri ortadan qaldırmaq üçün hazırlanıb.

    Kitabda sıra ilə Təkamül nəzəriyyəsinin tarixi və bu günü, Yer planetində həyatın tarixi, bizi biz edən genetik mirasımız və onu təşkil edən komponentlər, genetik məlumatlarımızın necə dəyişdiyi, çeşidləndiyi və bu çeşidliliyin təkamülə necə təsir etdiyi və hər biri bir-birindən fərqli genetik materiyala sahib fərdlərin necə seçilərək həyatına davam etdiyi və öz mirasını bir sonrakı nəsillərə necə ötürdüyü barədə məlumat ala biləcəksiniz. Ən böyük hədəfimiz isə kitabın sonuna çatdığınızda təkamülün necə işlədiyini anlayıb suallara müstəqil şəkildə cavab verməniz üçün lazım olan məlumatı müvəffəqiyyətli şəkildə sizə çatdırmağımızdır.

______________________________________________________________________________

Nil Deqrass Tayson - Tələsən insanlar üçün Astrofizika

  Yaşıl Elm Platforması Amerikalı astrofizik, fizika üzrə fəlsəfə doktoru və kosmoloq Nil Deqrass Tayson-nun "Tələsən insanlar üçün Astrofizika" kitabını dilimizə tərcümə edərək çap etdirmişdir.

  Zaman və məkanın xüsusiyyətləri nələrdir? Kainatdakı yerimiz və dəyərimiz nədir? Necə bu kainatın içində yaşayırıq? Və necə olur ki, kainat da bizim daxilimizdə yaşayır? Bu, baxış bucağınızı genişləndirəcək sualları sizin üçün asan və geniş şəkildə cavablandırmaq üçün astrofizik Nil Deqrass Taysondan daha yaxşı rəhbər tapa bilməzsiniz.

  Taysonun rəhbərliyi ilə bu kitabda kosmik bir gəzintiyə çıxacaqsınız. Kainatın yaranışına şahid olacaq, onun böyüməsini, təkamülləşməsini izləyəcək, kainatı anlamağa nə vaxt başladığımızı görəcəksiniz. Bizi yaradan kimyəvi maddələrin sirlərini, tarixlərini öyrənəcək, kvarklardan qara dəliklərə səyahət edəcək, qaranlıq enerji ilə tanış olacaq və eyni zamanda bir elm insanının dünyanı necə gördüyünü anlayacaq, ekzoplanetlərin kəşfinə çıxacaqsınız. Həm də yadplanetlilərlə!

_______________________________________________________________________________

Ali Demirsoy - Məktəblilər üçün Təkamül

  Yaşıl Elm Platformasının üzvləri məktəblilər üçün Türkiyəli bioloq, təkamül nəzəriyyəsi, zoocoğrafiya və genetika üzrə tədqiqat sahələri olan Pror. Dr. Ali Demirsoyun "Məktəblilər üçün Təkamül" kitabını tərcümə edərək çap etdirmişdir. Bu kitab platformanın çap etdirmiş olduğu üçüncü kitabdır.

  Bu kitab, gənclərimizin universal dəyərlər və azad düşüncəyə sahiblənməyə, doqmalardan, qədim doktrinalardan uzaqlaşaraq, həyatlarının heç bir mərhələsinin xurafatlarla korlanmasına imkan verməmələri, gənc beyinlərinin bilgi yollarını açaraq təhsilinə dəstək olmaq və onu obyektiv öyrənmək üçün yazılmışdır. Bu kitab gənclərə, qaranlıq dünyaya deyil, işıqlı dünyaya keçməyə imkan verəcəkdir. Unutmayın ki, təkamül qısa müddət yaşayan və uzun müddət düşünən insanların elmidir. Əgər onlardan biri sizsinizsə, o zaman kəmərlərinizi bağlayıb rahat əyləşin, çünki səyahətimiz 542 milyon il əvvəl başlayır!

______________________________________________________________________________

                 Kosmos - Uşaq ədəbiyyatı          

   Kitab Yaşıl Elm platforması tərəfindən, məktəbli uşaqların astronomiya biliklərinin möhkəmləndirilməsi üçün elmi mənbələrə istinad olunaraq hazırlanmışdır. Bu kitab vasitəsilə məktəblilər kainatın yaranması ilə əlaqəli elmdə ən məqbul qəbul edilən Böyük Partlayış nəzəriyyəsi, qalaktikalar, ulduzlar və qara dəliklərin necə formalaşdığı haqqında ilkin biliklərə yiyələnəcək, bununla yanaşı Günəş sistemi və onun planetlərini yaxından tanıyacaqlar.

    Kitab vasitəsi ilə, cırtdan planetlər, peyklər, asteroidlər, kometlər, ekzoplanetlərin nə olduğunu və bunların necə formalaşdığını öyrənməklə yanaşı, kosmik cihazlar və onların missiyaları ilə də yaxından tanış olacaqlar. Kitabda bədənlərimizi təşkil edən kimyəvi elementlərin harada və necə yaranaraq gəldiyini,beləliklə də nəyə görə ulduz tozu olduğumuz geniş şəkildə izah edilib. Hər mövzuya uyğun olaraq rəngli şəkillərə yer verilib.

Картинки по запросу kosmos uşaq

_______________________________________________________________________________

Rendell Munro - Absurd Nəzəri Suallara Ciddi Elmi Cavablar

      Rendell Munro – Amerikalı karikaturaçı, müəllif, mühəndis və xkcd veb-komiksinin yaradıcısıdır. Munro Pensilvaniya ştatının Easton şəhərində anadan olub. 2006-cı ildə Fizika dərəcəsi ilə Kristofer Nyuport Universitetini bitirib. Munro məzuniyyətdən əvvəl və sonra Langley Araşdırma Mərkəzində NASA üçün programçı və robotist kimi işləyib. 2006-cı ilin oktyabrında NASA müqaviləsini yeniləmədiyi üçün o, yenidən xkcd-da veb-komikslər hazırlamağa başlayıb. 2013-cü ilin sentyabr ayında Munro bir qrup xkcd oxucusunun 1987 DU6 adlı ateroidin adını 4942 Munroe olaraq dəyişdirmək üçün təklif etdiklərini elan etdi. Ad Beynəlxalaq Astronomiya Birliyi tərəfindən qəbul edildi.
   Bu kitab Munro-nun bəzi maraqlı və qəribə nəzəri suallara verdiyi elmi cavabların toplusundan ibarət olub, 10 yaş və üzəri uşaqlarda elmi, rasionalist və kritik düşüncə vərdişləri yaratmaq, analitik qabiliyyətlərini artırmaq üçün qələmə alınmışdır.