Kitablarımız

Təkamülə giriş

 

 

 

 

 

 

 

 Bu kitab Yaşıl Elm platforması tərəfindən tərtib edilmiş elmi-kütləvi kitabdır. Kitab "Yaşıl Elm"in nəşrə hazırladığı elmi-kütləvi kitab seriyasının ilkidir. Kitabda təkamül düşüncəsinin tarixi, təkamül prosesinin mexanizmləri, təkamül prosesinə aid digər elm sahələrinin təqdim etdiyi elmi sübutlar yer alır.

  Ölkəmizdə təkamül nəzəriyyəsinə aid kitab olmadığı üçün bu layihə ilə elmi-kütləvi kitab nəşrinə dəstək verməklə barəbər təkamül nəzəriyyəsi barədə yanlış fikirləri ortadan qaldırmaq üçün hazırlanıb.

  Kitabda sıra ilə təkamül nəzəriyyəsinin tarixi və bu günü, Yer planetində həyatın tarixi, bizi biz edən genetik mirasımız və onu təşkil edən komponentlər, genetik məlumatlarımızın necə dəyişdiyi, çeşidləndiyi və bu çeşidliliyin təkamülə necə təsir etdiyi və hər biri bir-birindən fərqli genetik materiala sahib fərdlərin necə seçilərək həyatına davam etdiyi və öz mirasını bir sonrakı nəsillərə necə ötürdüyü barədə məlumat ala biləcəksiniz. Ən böyük hədəfimiz isə kitabın sonuna çatdığınızda təkamülün necə işlədiyini anlayıb suallara müstəqil şəkildə cavab verməniz üçün lazım olan məlumatı müvəffəqiyyətli şəkildə sizə çatdırmağımızdır.

Nil Deqrass Tayson - Tələsən insanlar üçün Astrofizika

  Yaşıl Elm Platforması Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloq Nil Deqrass Tayson "Tələsən insanlar üçün Astrofizika" kitabını dilimizə tərcümə edəərk çap etdirmişdir.

  Zaman və məkanın xüsusiyyətləri nələrdir? Kainatdakı yerimiz və dəyərimiz nədir? Necə bu kainatın içində yaşayırıq? Və necə olur ki, kainat da bizim daxilimizdə yaşayır? Bu, baxış bucağınızı genişləndirəcək sualları sizin üçün asan və güniş şəkildə cavablandırmaq üçün astrofizik Nil Deqrass Taysondan daha yaxşı rəhbər tapa bilməzsiniz.

  Taysonun rəhbərliyi ilə bu kitabda kosmik bir gəzintiyə çıxacaqsınız. Kainatın yaranışına şahid olacaq, onun böyüməsini, təkamülləşməsini izləyəcək, kainatı anlmağa nə vaxt başladığımı görəcəksiniz. Bizi yaradan kimyəvi maddələrin sirlərini, tarixlərini öyrənəcək, kvarklardan qara dəliklərə səyahət edəcək, qaranlıq enerji ilə tanış olacaq və eyni zamanda bir elm insanının dünyanı necə gördüyünü anlayacaq, ekzoplanetlərin kəşfinə çıxacaqsınız. Həm də yadplanetlilərlə!

Ali Demirsoy - Məktəblilər üçün Təkamül

 Yaşıl Elm Platformasının üzvləri məktəblilər üçün Türkiyəli bioloq, təkamül nəzəriyyəsi, zoocoğrafiya və genetika üzrə tədqiqat sahələri olan akademik Ali Demirsoyun "Məktəblilər üçün Təkamül" kitabını tərcümə edəərk çap etdirmişdir. Bu kitab platformanın çap etdirmiş olduğu üçüncü kitabdır.

  Bu kitab, gənclərimizin universal dəyərlər və azad düşüncəyə sahiblənməyə, doqmalardan, qədim doktrinalardan uzaqlaşaraq, həyatlarının heç bir mərhələsinin xurafatlarla korlanmasına imkan verməmələri, gənc beyinlərinin bilgi yollarını açaraq təkamül təhsilinə dəstək olmaq və onu obyektiv öyrənmək üçün yazılmışdır.Bu kitab gənclərə, qaranlıq dünyaya deyil, işıqlı dünyaya keçməyə imkan verəcəkdir. Unutmayın ki, təkamül qısa müddət yaşayan və uzun müddət düşünən insanların elmidir. Əgər onlardan biri sizsinizsə, o zaman kəmərlərinizi bağlayıb rahat əyləşin, çünki səyahətimiz 542 milyon il əvvəl başlayır!

Kosmos - Uşaq ədəbiyyatı