Prof. Dr. Celal Şengör Bakıda!

   İstanbul Texniki Universitetinin professoru, dünya şöhrətli geoloq A. M. Celal Şengör Yaşıl Elm platformasının dəvəti və  25 noyabr tarixində Bakıda olacaq! ''Elm, Din və Fəlsəfə'' adlı konfrans isə 26-27 noyabr tarixlərində Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında baş tutacaq.

    Alim haqqında:

    Celal Şengör 1955-ci il 24 mart tarixində İstanbulda dünyaya gəlib. 1973-cü ildə Roberk Kollecini bitirən Şengör, 1978-ci ildə State University of New York at Albany-dən geoloq olaraq məzun oldu və ali təhsilini 1979-cu ildə həmin universitetdə başa vurdu. 1981-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakultəsinin, Ümumi geologiya bölümündə asistant kimi işləməyə başladı. 1982-ci ildə State University of New York at Albany-dən elmlər doktoru dərəcəsi aldı. 1984-cü ildə London Geologiya Cəmiyyətinin Direkrotluq mükafatına, 1986-cı ildə isə TUBİTAK Elm Mükafatına laiq görüldü. Eyni il İstanbul Texniki Uniersitetinin Mədən Geologiyası fakultəsinin Umumi geologiya ixtisası üzrə dosentlik dərəcəsi aldı. 1988-ci ildə Neuchatel Universitetinin humanitar elmlər fakultəsinin fəxri elmlər doktoru ünvanını aldı. Avropa Akademiyasına 1990-cı ildə üzv seçildi və ilk türk üzv kimi tarixə düşdü. 1991-ci ildə Avstriya Geologiya Dərnəyinin fəxri üzü seçildi. 1992-ci ildə İstanbul Texniki Universiteti Mədən Geologiyası fakultəsinin Umumi geologiya ixtisası üzrə professor adı aldı.

    1994-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Fransa və Amerika geologiya cəmiyyətlərinə fəxri üzv seçildi. Həmçinin alimə Fransa Fizika Cəmiyyəti və Ecole Normale Superioure Vəqfi tərəfidən Rammal medalı təqdim olundu. Şengör 1997-ci ildə Fransa Elmlər Akademiyasının Yerquruluşu elmləri sahəsi üzrə baş mükafata layiq görüldü. 2000-ci ildə ABŞ Elmlər Akademiyasının xarici əsilli üzvlüyünə seçilən ilk türk oldu. Rusiya Elmlər Akademiyasında Fuad Köprülüdən sonra seçilən ikinci türk oldu.

    Şengör geologiya sahəsində yer quruluşu elmləri və tektonika sahələri üzrə işləri ilə böyük şöhrət qazanmışdır. Sərhəd qitələrin dağ qurşaqlarının quruluşuna təsirini ortaya qoymuş və Kimmer Qitəsi adını verdiyi bir zolaq qitəsi kəşf etmişdir. Orta Asiyanın geoloji strukturunu üzə çıxarmış, qitə-qitə toqquşmasının sərhəd ölkələrə necə təsir etdiyi məsələsini həll etmişdir. Yücel Yılmazla birlikdə lövhə tektonikası içərisində Tükriyənin yerini təyin edən və bir istinad klassikası halına gələn bir məqalə yazmışdır. Geologiya və Tektonika sahələri üzrə 6 kitab, 175 akademik məqalə, 137 abstrakt, çox sayda elmi-kütləvi yazılar, tarix və fəlsəfə haqqında iki kitab və 300-ə yaxın esse yazmışdır.

    ABŞ, Rusiya, Avropa və Almaniyanın Elmlər Akademiyasının üzvü olan Şengörun 1826 məqaləsi yayımlanmış və bu məqalələrə ümumilikdə 12658 istinad edilmişdir. Həmçinin Şengör Birləşmiş Krallıqda Oxford, ABŞ-ın Californiya Texnologiya İnstitutu, Avstiyanın Salsburq Lodron-Paris Universitetində qonaq professor kimi fəaliyyətlərdə iştirak etmişdir. Celal Şengör yaxşı səviyyədə İngiliscə, Fransızca və Almanca bilir və Felemenkcə, İtalyanca, Portuqalca, İspanca və Osmanlı Türkcəsində yaxşı oxuya bilir.

Konfrans haqda bəzi vacib məqamlar:
- Konfransa giriş 1 saat öncədən başlayır
- Biletləri konfransa 1 həftə qalmışa qədər əldə etməlisiniz
- Bu konfrans üçün öncədən rezervasiya tətbiq olunmur
- Yalnız biletinizin üzərindəki ''sektor/sıra/yer''-də oturmağınız xahiş və tələb olunur
- Konfrans boyunca iştirakçıların sual verməsi üçün bütün texniki imkanlar mövcud olacaq

Konfrasda iştirak qiyməti:

Dəstək bileti - 100 AZN (Sektor A)
Premium bilet - 70 AZN (Sektor B)
Standart bilet - 50 AZN (Sektor C)
Ekonom bilet - 30 AZN (Sektor D)

Konfransımızın proqramı:
18:00 - Qapılar açılır
19:00 - Açılış hissəsi
19:10 - Celal Şengörün çıxışı
21:10 - Fasilə
21:30 - Sual-Cavab
22:30 - Son söz

Keçiriləcəyi məkan:
Opera Studiyası (Ünvan: Rəşid Behbudov 19, Musiqi Akademiyasının yanı)

Qeydiyyatdan keçmək üçün link:
http://celalsengor.info/

Tədbir və biletlər haqqında ətraflı məlumat üçün:
- 0516888559 Orxan
Sponsorluq təklifləri üçün:
- 0702262928 Taryel