Ağıllı dizayn və gözün təkamülü

"Bəzi bioloji strukturların mürəkkəb komplekslilikdәki quruluşu təkamüllə açıqlana bilməz. Məsələn, insan gözü daha sadələşdirilə bilmәz, çünki bütün detallarla birlikdə var olmadığı müddətcə funksiya yerinә yetirә bilmәz. Bu səbəbdən göz kor təsadüflərlə irəliləyən təkamülün deyil, üstün ağıl sahibi Yaradanın əsəridir"
 
Yaradılışçılar və onların yeni versiyaları olan ağıllı dizaynçılarn bu gün əslində bütün ifadələri bir təməl tezisә әsaslanır. Bu tezisə görə canlılar, xüsusilə də insan ağlasığmaz bir mükəmməllik və fövqəladə bir mürәkkәb quruluş sərgiləyir. Hüceyrədən DNT-ə, immun sistemindən beynə, atomun quruluşundan gözlərə və qulaqlara, təbiətdəki hər quruluşda, hər yerdə fövqəladə bir ahəng, mükəmməl bir işləyiş və bir nizam vardır. Belə kompleks amma inkişaf etmiş bir quruluş mutasiyalarla, təkamüllü dәyişiklәrlә yaranması mümkün deyil, ancaq fövqəltəbii ilahi bir güc tərəfindən yaradılmış olmalıdır. Ağıllı dizaynçılara görə də üstün bir zəka tərəfindən dizayn edilmiş olmalıdır.
 
 
Bu fikirlәri dәstәklәyәn ana tezisləri də ağıllı dizaynçı nəzəriyyəçi, ABŞ-lı biokimyaçı Michael Behe ​​tərəfindən ortaya atılan və adına "mürəkkəb mükəmməllik" ya da "mürəkkəb komplekslik" deyilən tezisdir. Әslində bu tezis Michael Behe ​​tərəfindən deyil, 250 il əvvəl, 1750-ci ildә Barbadosdajı St. Lucy Keşiş Griffith Hughes tərəfindən "Barbadosun Təbii Tarixi" adlı kitabda ortaya atılmışdır. Behenin etdiyi yalnız bu köhnə tezisi bir az bәzәdikdәn sonra yeni ad verərək irәli sürmək oldu. Bu tezisə görə canlılardakı mükəmməl nizam tam da olması lazım olan forma və ölçüdәdir — nә bir az çox, nə də bir az əskikdir. Bir strukturun bir parçası belə yox olsa ya da xarab olsa bu mükəmməl quruluş işləyə bilmәz. Canlı təbiəti xüsusilə də insanın bioloji quruluşu və prosesləri əlbəttə ki, inkişaf etmiş və yetkindir. Bu quruluş və proseslərdə təbiətdəki saysız faktor və şərt iç-içə keçib bir-birini təsir edir, bir yerdə fövqəladə deyilə biləcək ölçüdə mürәkkәb və kompleksdir. Amma mükəmməl ola bilərmi? Deyil. Yalnız olması lazım olduğu formadadır. Mürәkkәb də olsa bir quruluş və prosesin işlәyә bilmәsi üçün, mükəmməl olması lazım deyil. Çox uzağa deyil, insana baxdığımızda bunu rahatlıqla görərik. Mükәmmәk olmadığı üçün, bu qәdәr insan müxtәkif xəstəliklərdən ölür, bu qədər insan və yaxını xərçəng və bir çox irsi xəstəlik üzündən acı çəkir. Buna görə mükəmməl deyilən DNT-dә hər gün minlərlə qəza, kodlaşdırma səhvi meydana gəlir. Tez müraciət etdikləri göz nümunəsindən yola çıxaq, gözlər mükəmməl deyil. Elә olmadığı üçün bu qədər insan eynəklə gəzir.
 
İnsan gözünün əslində çox qüsuru vardır. Gözdəki fotoreseptorlar retinada baş aşağı dayanmaqdadır: Fotoreseptorlar linzaya, linzaya aid qan damarlarına və bipolyar hüceyrələrə (qəbuledicilərə bağlanaraq məlumatı beynə çatdıran neyronlara) düzgün yönәlmәyiblәr, bu səbəbdən qəbuledicilər və billur arasındakı bölgәdә qalırlar. Bu səbəbdən insan fikirində buna neyronların nəzərdən çölə çıxdığı dəliyin yol açdığı görmə sahəsindəki kor nöqtə dә daxil olmaq üzrə, əksikliklərə gətirib çıxararlar. Osminoq gözü bu problemlərin heç birinə sahib deyil. Yaratdığı ən böyük şeyin insan olduğuna inandığımız bir yaradıcının insan gözündə ciddi bir mühəndislik səhvi etdiyinə, osminoq gözündə isə etmədiyinə inana bilərikmi? Eyni şəkildə məsələn, insanlar, çiçəklərdə yalnız tək bir növ ağ rәng görür. Halbuki arılar ultrabənövşəyi şüalarının da gördüklərindən bizdən daha başqa növdә ağ rәnglәr dә görürlər.
 
Digər canlılardakı göz quruluşu və funksiyasındakı çeşidlәnmәyә baxaq. Məsələn pişik və itlər әtrafı qara və ağ olaraq görür, amma yenə də gözləri işini çox yaxşı yerinә yetirir. Siçanların gözləri bədənlərinin ölçüsü göz qarşısında alındığında insanlarınkından böyükdür. Hörümçəyin gözüysә siçanla müqayisə həm çox sadə, həm də çox kiçikdir. Hörümçəyin gözü siçan qədər ətraflı görə bilməz, amma düşməninin uzaqlığını siçanın gözündən 30 qat daha yaxşı tәyin edir. Çünki onun bu uzaqlığı hesablayaraq obyekti təyin etmәsinә ehtiyacı var. Qaranlıq mağara və yeraltındakı dəhlizlərdə yaşayan bir çox heyvanın gözləri görməz. Korlaşmışdır, amma yenə də lazım olduğu qədəriylə işlərini yerinә yetirirlәr.
 
Bütün canlılar işığa yönəlir. Tekhüceyrәlilәrdә göz quruluşu yoxdur, amma onları işığa istiqamətləndirəcək, düşmənlərinin hücumunu xəbər verəcək sistemlər var. Qulaqlarımızın vəziyyəti də belədir. Bir çox heyvanın duyduğu səsləri bizlər eşidə bilmərik. Amma bizdən çox daha mükəmməl qulaq strukturlarına sahib olan heyvanlar da yaşayır, bizlər də. O qədər də mükəmməl göz və qulaqlara sahib olmadığımızın fərqində belə deyilik. Çox daha başqa rəngləri görә bilmәsәk də, dünya nə qədər rəngli və gözəl deyə xoşbəxt olarıq. Qısacası, ağıllı dizaynerlərin "mürəkkəb komplekslik" tezisinin əksinə bizdə və bir çox hayvandaki orqanlar o qədər mükəmməl olmasalar da, yenə də əhəmiyyətli bir problem yaratmadan funksiyalarını yerinə yetirirlәr.
 
Təkamül ən mükəmməlini deyil, əlindəki vəsaitə görə ancaq edə biləcəyinin ən yaxşısını "yaratmağa" çalışmışdır, daha çoxunu deyil. Bu da o canlının həyatını davam etdirməsinə kifayət edir. Çәtinlik çәkdiyi yerdə, zəruri olaraq təkamül dövrəyə girib və daha inkişaf etmiş bir quruluşu ortaya çıxarmış və ya o növü yox etmişdir. Canlılarda "mürəkkəb" "mükəmməl quruluş" deyil, əksinə sadələşdirilə bilәn və o qədər də mükəmməl olmayan bir nizam və işləyiş vardır. İstifadəsiz və səmərəsiz strukturlar da təbii dünyada çox var: məsələn uça bilməyən quşların içi boş sümükləri, pandanın kobud və yarıtmaz "baş barmağı", piton və balinaların korlaşmış pelvislәri. Әgər bu strukturlar təkamül nəticəsində ortaya çıxmadısa bütün bunlar ancaq yarıtmaz və ya hər kəsi təkamülün reallaşdığına inandırmaq istəyən bir yaradıcının əsəri ola bilər.

İlkin Cəfərov