Alan Türinq və Apple firmasının dişlənilmiş alması

Məşhur riyaziyyatçı Alan Türinqin həyatından bəhs edilən filmdə baş rolu yaxından tanışımız Benedikt Kamberbitç canlandırır. Filmin mövzusu 2-ci Dünya Müharibəsi zamanında Almanların düşmən dövlətlərin anlamaması üçün istifadə etdiyi şifrəli xəbərləşmə üsulundan bəhs edir. Bu gizli kodlarını deşifrə edən Alan Türinqin müvəffəqiyyəti sayəsində Naziləri dayandırma üsulu izah edilir.

Alan Türinqin bioqrafiyası


Alan Medison Türinq 23 İyun 1912-ci il tarixində İngiltərənin paytaxtı Londonda doğulmuşdur. 6 yaşındaykən "St Michaels" məktəbində oxumağa başladı. 1926-da 14 yaşındaykən Dorsetdə məşhur, çox bahalı bir xüsusi məktəb olan "Sherborne" məktəbinə daxil oldu.
Alan Türinq "Sherborne" məktəbində şagirdkən bir üst sinifdəki bir şagird olan Kristofer Markomla yaxın yoldaşlıq və eşq münasibəti qurdu. Markom vərəm xəstəliyi səbəbiylə "Sherborne"dan məzun olmadan az əvvəl ölüncə Türinq dini inancını itirdi və ateist oldu. Buradan məzun olub 1931-ci ildən 1934-ci ilə qədər "Cambridge Kings" kollecinə getdi. 1935-ci ildə universitet diplomunu alar-almaz Kings kollecinə akademik üzv seçildi.


28 May 1936-da təqdim etdiyi "Hesablana bilən ədədlər: Qərar vermə probleminin tətbiqi" adlı çox əhəmiyyətli bir məqaləsində əgər bir alqoritm ilə təmsil edilməsi mümkünsə, düşünülməsi mümkün olan hər cür riyazi problemin belə bir çesid maşın istifadə edilərək həll edilə biləcəyini isbat etmiş oldu. İyun 1938-ci ildə tezisini bitirib Fəlsəfə doktoru ünvanını qazandı. Ayrıca 19380ci il sentyabr tarixindən etibarən Hökumət Kod və Şifrə Məktəbində (GCCS) İngilis şifrə kod qırma təşkilatında yarı-zamanlı işləmişdir. 4 Sentyabr 1939-cu ildə İngiltərənin də 2-ci Dünya Müharibəsinə daxil olmasının ardından Alan Türinq əsgəri xidmət üçün GCCS-in qərargahı "Bletchley Park"da vəzifələndirildi, 8 nömrəli daxmada (Turing Hut-8) olan "Alman dəniz qüvvələrinin şifrəli ünsiyyətini oxumaqdan" məsul hissəyə başçılıq etmişdi. Və Eniqmanı sürətli qırmağa köməkçi olacaq elektromexanik bir maşın hazırladı. Bu, ilk kompüter sayılır.


Riyaziyyatçı və bir kriptoloq olan Alan Türinq Almanların şifrələrini qıraraq ikinci dünya müharibəsində qəhrəman elan edildi. Döyüşdən sonra da xüsusilə kompüter və süni zəka məntiqi üzərinə işləyən Türinq kompüterin olmadığı 1948-ci ildə hazırladığı bir proqramla bu sahədə qabaqcıllardan biri də olmuşdur. Manchester Universitetində işlədiyi illərdə Türinq maşını deyilən alqoritm tərifi ilə müasir kompüterlərin nəzəri təməlini atmışdır.


Alan Türinq 1941 yazında vəzifə yerindəki (Turing Hut-8) həmkarı qadın Coan Klarka evlilik təklifi etdi, nişanlandılar, amma homosekdual olduğunu öyrəndiyində Klark nişanı pozdu.
1948-ci ildə Mançester Riyaziyyat Müəssisəsinə repetitor təyin edildi. 1949-cı ildə Mançester Universitetindəki kompüter laboratoriyasında idarəçi oldu və ilk əsl kompüterlərdən biri üçün Mançester Mark 1 proqramı üzərində işlədi.


O illərdə Homoseksuallıq İngiltərədə qeyri-qanuni idi və cinayət sayılırdı.1952-ci ildə Alan Murrey adında biri ilə birlikdə oldu. Daha sonra o evini soydu. Polis oğruları tutdu və istintaq əsnasında Alan Murreyın Türinq ilə homoseksual əlaqəsi olduğu gerçəyi ortaya çıxdı. Homoseksuallıqdan mühakimə olunub 1 il boyunca kimyəvi olaraq xədim etmə üsulu olaraq istifadə edilən estrogen iynəsi vurulmağa məhkum edilmişdi. Günahkar olmasından dolayı dövlətin gizli işləri üçün etibarlılılıq icazəsi ləğv edildi və o zamanlar çox gizli olan GCHQ-dəki kriptoqrafik mövzular üzərinə davam edən məsləhətçiliyi də sona çatdırıldı.


8 İyun 1954-ci ildə təmizlikçisi onu Mançesterdəki evində ölü tapdı. Bir gün əvvəl yatağının kənarında qoyduğu yarı-yeyilmiş sianurlanmış zəhərli almanı yemək surətiylə sianur zəhərlənməsindən 7 İyun 1954-ci il tarixində öldüyü açıqlandı. Ölümü üzərindəki sirr pərdəsi hələ də tam olaraq aralanmamışdır. 19660cı ildən bəri Alan Türinq xatirəsinə "Kompüter Mexanizmləri Birliyi" tərəfindən hər il kompüter ictimaiyyətinə texniki məqalələr yazan bir adama kompüter elminin Nobeli sayılan "Türinq Mükafatı" verilir.


23 İyun 2001də Mançesterdə Whitworth Küçəsindəki universitet binaları arasında olan Sakvayl Parkda Türinqin bir bürünc heykəli qoyuldu. Hazırkı zamanda "Apple" firmasının dişlənilmiş alma loqosunun Türinqin intihar etmə üsulundan gəldiyi düşünülür.

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru