"Alisa möcüzələr ölkəsində" sindromu

Reallığın mövhumi dərk edilməsi ilə xarakterizə olunan bu xəsətlik dünyanın ən nadir və qəribə psixi xəstəliklərindəndir. Xəstəlik ingilis riyaziyyatçısı, yazıçısı və filosof Lewis Carroll tərəfindən 1865-ci ildə unikal nağılın şərəfinə adlanıb. İnsan onu əhatə edən dünyanı başqa prizmadan görür: reallıqda ölçücə kiçik olan əşyalar həddən artıq giqant, böyük əşyalar isə xırda.. Belə insanlar ətrafdakı əşyaları real qavraya bilmədiklərindən onlara qədər olan məsafəni, praporsiyaları də təyin edə bilmirlər hansı ki bu onların həyatını həddən artıq gərginləşdirir-orientasiyanı çətinləşdirir.  

Əksərən Alisa sindromu 5-13 yaş arası uşaqlarda rast gəlinir. lakin yaşlılarda da əmələ gəlməsi müstəsna deyil. Sindrom epizodik və zaman xarakterlidir-belə ki o qəfil törəndiyi kimi qəfil də yox olur. Lakin tibb tarixində bu xəstəlikdən uzun müddət əziyyət çəkən pasientlər də olmuşdur.

Ruhi xəstəliyin 2 forması var: Makropsiya və mikropsiya.

Birinci halda xəstə onu əhatə edən cisimləri və hətta öz bədən hissələrini belə böyük ölçüdə qavrayır. Mikrposkopiy isə bunun əksi klinik prosesi olub, əşyaların mikro ölçüdə oyuncaq kimi qəbul edilməsidir. Bu qəribə xəstəlikdən əziyyət çəkənlər üçün sosial həyatın bir hisssəsi olmaq çətin olur (məsələn dostlara sahib olmaq, münasibət qurmaq) və ümumiyyətlə sadəcə küçəyə çıxmaq belə...

Möcüzəli qallyusinasiyalarla dolu olan bu xəstəlik xəstənin bütün hiss orqanları vasitəsilə qəbul edilir təkcə görmə ilə yox. Odur ki, xəstəyə real olan ilə qeyri-real olan arasında fərqi qavramaq və ona qarşı mübarizə aparmaq çox çətin olur. Hər birimiz üçün olan adi bir gün, bu xəstələr üçün təhlükələrlə doludur.

Bu sirli xəstəliklə necə yaşamalı? Rik Hemsli adlı bir xəstənin bəxti gətirmiş və o xatirələrini belə paylaşır: ‘’Alisa möcüzələr ölkəsində sindromunu ilk dəfə özümdə hiss edəndə, 21 yaşım var idi. Həmin an mənimlə nə baş verdiyini dərk etmədiyimdən, düşünürdüm ki, sadəcə mən dəli oluram. Hər şey çox gərgin imtahan qabağı gecə yuxusuzluğundna başladı. Mən bir səhər oyandım və gördüm mənim ayaqlarım yataqdan nə dərəcədə uzanmışdır. Baxmayaraq ki, bu xoş olmayan hisslər cəmi bir neçə saniyə davam edirdi amma getdikcə bu dəhşətli görüntülər kəskinləşir və tezləşirdi. Yataqda ikən, tavana baxaraq mənimlə nə baş verdiyini düşünürdüm, qəfildən tavan sanki yüksəyə uçdu. Elə bir hiss idi ki, sankı mənim otağım genişlənirdi...Bu gündən etibarən mənim həyatım dəyişdir. Mən artəq bir yerdə qalaraq işləyə bilmirdim, çünki mən həmişə dizkanfort hiss edərək reallığı səhv salırdım..Mən sindrom Alisa haqda bilməyənə kimi, çox üzün müddət həkimə getməli oldum. Çox təəssüf olsun ki, xəstəliyin təbiəti və onun müalicəsi haqda da mütəxəssislərə hələ çox az çey məlumdur’’.

Patologiyanın mümkün səbəbləri:

Alimlər bu xəstəliyə səbəb ola biləcək və ya onu stimul edə biləcək bir sıra xəstəlikləri göstərirlər

1. Miqren- requlyar olaraq əzabverici baş ağrıları ilə xarakterizə olunan bu nevroloji xəstəlik Alisa sindromunun əsas səbəbkarlarından biridir. Ehtimal edilir ki, kitabı yazan yazıçı nağılı yazan ərəfədə məhz bu xəsətlikdən əziyyət çəkmişdir.

2. Şizofreniya-polimorf psixi xəstəlik olub sağlam düşünmək qabiliyyətinin və emosional reaksiyanın  düşməsi ilə xarakterizə olunur.

3. Mononukleoz-beynin funksiyasını zədələyənməsinə səbəb olan limfatik sistemin dağılması ilə xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Əksər hallarda xəstəliyə Epşteyn-Barra virusu səbəkar olur.

4. Epilepsiya-nevroloji xəstəlik olub, qəfil tutmalarla və eləcə də qəribə qallyusinasiyalarla xarakterizə olunur.

5. Beyin şişləri-beyində fiziki-mexaniki zədə verərək onun normal funksiyasının pozğunluğuna da səbəb olur.

Alisa sindromu həmçinin hallyusiogen və narkotik preparatların qəbulu zamanı da yarana bilər. Buna görə də, qəsdən "həqiqətdən uzaqlaşmağa" çalışmayın, çünki bu vəziyyət bir neçə saniyə amma həm də bir insanın bütün həyatı boyunca narahat edə bilər.

 

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçıdır.