Astronomlar qalaktikaların kütlələrini və kainatın genişləməsini ölçdü

British  Kolumbiya Universiteti və beynəlxalq astronomlardan ibarət  bir qrup Süd yolu və Andromeda qalaktikalarının kütlələrinin hesablayaraq əvvəlkinin əksinə kütlələrinin eyni olmadığı göstərdi. Əvvəlki hesablamaların əksinə Andromeda qalaktikası Süd yolundan iki qat daha ağırdır.Fizika və Astronomiya bölməsindən  Yin-Zhe Ma "Qalaktikaların kütlələrinin böyük qisimini görünməz qaranlıq maddə meydana gətirir. Qaranlıq maddə haqqında çox az şey bilirik, bu kəşf sayəsində qalaktikamız haqqında işlər mövzusunda daha çox şansımız olacaq və Andromedada Süd yoluna nisbətlə iki qat daha çox qaranlıq maddə var"- deyə açıqlama edib.
 
Həmçinin, Ma və həmkarları Süd yolu və Andromedanın orbitlərindəki kiçik peyk qalaktikaların hərəkətlərini müşahidə edərək kainatın genişləməsini ölçə bildilər. Hesablamalar Samanyolu və Andromedada təxminən 90%  qaranlıq maddə olduğunu göstərir. Ma "Lokal qalaktika qruplarından yola çıxaraq universal ölçüdə genişləməyi ölçə bildiyimizi görmək olduqca çaşdırıcıdır. Kosmik genişləməyə bağlı yaxınımızda reallaşan ilk dəlildir"-deyə bildirir. Araşdırmaçılar sanki bir dambıl kimi iki qalaktika üçün kompüter modelləri similə etdilər. Bu sayədə böyük qalaktikaların ətrafındakı kiçik qalaktikaların sürətləri, mövqeləri və hərəkətləri modelləşdirilərək, Süd yolu və Andromedanın quruluşu və kütləsi hesablana bilir. Elm adamları bu sayədə qaranlıq maddə və cazibə arasındakı qarşılıqlı təsiri anlamağı ümid edirlər. Araşdırama University of British Kolumbiya, the University of Edinburgh, Carnegie Mellon University və  NRC Herzberg Institute of Astrophysicsin əməkdaşlığı ilə edildi.
 
Jorge Peñarrubia, Yin-Zhe Ma, Matthew G. Walker, and Alan McConnachie. A dynamical model of the local cosmic expansion. Monthly Notices of the Royal Astronomical Society, 2014; 443: 2204-2222 DOI: 10.1093/mnras/stu879
 

İlkin Cəfərov